Bazar ertəsi, 08 May 2017 22:00

Vətənə xəyanətdə ittiham edilən hərbiçinin qardaşı xalqa müraciət etdi

Güc struktrularının yaydığı bəyanat mətbuatda və sosial şəbəklərdə ciddi müzakirə predmetinə çevrilib. İnsanlar xəbəri həyəcan içərisində qarşılayır. İbtidai istintaqa cəlb edilən 42 nəfər Azərbaycan vətəndaşının vətənini, torpağını mənfur ermənilərə satması təsdiq olunacaqmı?

“Azərbaycanın Səsi” nə müraciət edən İsgəndərov Elçin İlqar oğlu qardaşının “xəyanət”də ittiham edilib tutulmasını düzgün olmadığını bildirib. O, qardaşı İsgəndərov Elvinin Ağdamda qulluq etdiyini və dəfələrlə ordenlər və fəxri fərmanlarla mükafatlandırıldığını bildirdi:

“Mayın 4-ü axşam saatlarında qardaşım İsgəndərov Elvin evdə ailəsinin yanında imiş. Qardaşım Ağdam rayonun 190 saylı hərbi hissəsində qulluq edirdi. Komandiri zəng edib çağıtdırıbki “gəl, səni soruşurlar” qardaşımda gedib. O vaxtdan qardaşımdan nə xəbər var, nə də nömrəsinə zəng çatır. Qardaşım ölsə belə buna yol verməz, adım kimi buna əminəm. Elvin 6 ildi orda vətəni qoruyur, hər gün ölümlə üz-üzədir. Necə olur ki, qardaşımın ordenləri, fəxri fərmanları ola-ola “dövlətinə xəyanət” ittihamıyla tutub aparsınlar. Niyə göstərmirlər qardaşımı bizə? Biz ailəlikcə çox narahatıq.”

Xatırladaq ki, mayın 7-si Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda ermənilərə məxfi məlumat ötürən bir qrup hərbçi və mülki şəxsin həbs edildiyi qeyd edilir

Oxunuş sayı 1244 dəfə
Şərh vermək üçün giriş edin
Top