Çərşənbə axşamı, 20 İyun 2017 22:00

Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Musavat.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri  çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Oxunuş sayı 1271 dəfə
Şərh vermək üçün giriş edin
Top