Şənbə, 02 Aprel 2016 19:40

Türkiyədən Azərbaycana böyük dəstək

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz və Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulamış və Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib.
Oxunuş sayı 1819 dəfə
Şərh vermək üçün giriş edin
Top