Şənbə, 02 Aprel 2016 21:55

Vurulmuş vertalyotumuzun görüntüləri yayıldı - VİDEO

Xəbər verildiyi kimi, dünən Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının bir qismi düşmən tapdağından azad edilib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, aprelin 1-dən 2-nə keçən gecə düşmənin hücumlarını dəf edən Ordumuz Tərtərin Seysulan, Goranboyun Talış kəndlərini azad edib. Bundan başqa, Füzuli istiqamətində həyata keçirilmiş hücum nəticəsində Lələ Təpə yüksəkliyi ələ keçirilib. 
Nazirlik yaydığı məlumatında Azərbaycan tərəfinin də itki verdiyini vurğulayıb. MN-in açıqlamasına görə, döyüşlərdə 12 Azərbaycan əsgəri şəhid olub. Bir tankımız minaya düşərək partlayıb. Düşmən Azərbaycan Ordusuna məxsus Mİ-24G döyüş təyyarəmizi də vuraraq, sıradan çıxarıb. Nəticədə, iki pilotumuz şəhid olub. 
Az öncə isə Facebookda vurulmuş Azərbaycan vertolyotunun görüntüləri yayımlanıb. «Sonuncu Ölən Umidlərdir» adlı səhifə tərəfindən paylaşılan videoda şəih pilotlardan birinin nəşi görünür. Bundan başqa, hərbi helikopterin yanaraq, kül olduğu da diqqəti çəkir. 

Oxunuş sayı 3663 dəfə

Media

Şərh vermək üçün giriş edin
Top