Bazar, 03 Aprel 2016 12:39

Erməni politoloqdan sensasion açıqlamalar - "Qarabağda baş verənlərin arxasında Rusiya dayanır"

"Azərbaycanın ermənilərə tuşladığı hər bir güllə Rusiyanın vicdanına yazılır"
 Avropa.info xəbər verir ki, bunu  Ermənistan mətbuatına  erməni politoloq Ruben Meqrabyan deyib.
 Onun sözlərinə görə, cəbhə xəttində gərginliyin qarşını almaq mümkün idi, lakin özünü sözdə Ermənistanın strateji müttəfiqi adlandıran Rusiyanın riyakar fəaliyyəti buna imkan verməyib.
 Erməni politoloq qeyd edib ki,  Rusiya Azərbaycana çox milyardlı silah satıb və Qarabağ məsələsində Bakının mövqeyini gizli şəkildə müdafiə edir.
 "Düşünürəm ki, artıq rusların erməni sevgisi barədə söylədiyi sərsəmliyin bir cavabı ola bilər – başınıza dəysin belə dostluq, sevginiz də gözünüzə girsin, yetər ki, bizim işimizə burnunuzu soxmayın. Ruslardan bir tələbimiz var – yaxamızdan əl çəkin, bizi rahat buraxın və rədd olun, cəhənnəm olun. Sizi nə görmək, nə də eşitmək istəyirik”,- deyən R. Meqrabyan Kremlə sərt sözlər ünvanlayıb.
Oxunuş sayı 1560 dəfə
Şərh vermək üçün giriş edin
Top