Bazar, 03 Aprel 2016 22:00

Ordu düşmənə qarşı “cəhənnəm silahı”nı işə saldı - İLK DƏFƏ

Azərbaycan ordusu erməni işğalçılarının Silahlı Qüvvələrimizin mövqelərinə əks-hücumlarından müdafiə olunmaq məqsədilə düşmənin hərbi obyektlərinə qarşı "TOS-1A” "Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib.
 Bu barədə oxu.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.
 Qeyd edək ki, Azərbaycan Rusiyadan aldığı bu silahdan ilk dəfədir ki, hərbi əməliyyatlarda istifadə edir.
 Yüksək dağıdıcı gücünə, hədəfləri dəqiq məhv etmək imkanlarına görə bu odsaçanlar həm də "cəhənnəm silahları” kimi tanınırlar.
Oxunuş sayı 1902 dəfə

Media

Şərh vermək üçün giriş edin
Top