Bazar ertəsi, 04 Aprel 2016 22:00

"Biz cəbhəyə getməyə hazırıq" - polis əməkdaşlarından Zakir Həsənova müraciət

Birinci Qarabağ savaşında döyüşən polis əməkdaşları Azərbaycan Respublikasının müdafi naziri Zakir Həsənova müraciət ediblər. Bu barədə Xeber.İnfo-a məlumat daxil olub. Xeber.İnfo həmin müraciəti təqdim edir:

"Hörmətli nazir, cənab Zakir Həsənov

Bu gün Azərbaycanın güclü ordusu Sizin rəhbərliyinizlə işğal olunmuş Qarabağımızın düşmən tapdağından azad olması naminə canından, qanından keçərək uğurla irəliləyir. Bu mübarizədə əldə etdiyimiz uğur ölkə rəhbəri Prezident İlham Əliyevin beynəlxalq aləmdə erməni işğalına qarşı illərlə apardığıı güzəştsiz mövqeyinin, siyasi iradəsinin və qətiyyətinin nəticəsidir. Azərbaycan xalqı dövlət başçımız, Ali Baş Komandanın ətrafında sıx birləşmişdir. İgid, cəsur qəhrəman zabit və əsgərlərimiz erməni vandallarını buxovlayaraq işğal olunmuş torpaqlarımızı anbaan azad edir. Xalq sevinc içindədir və güclü ordumuzun qələbəsini alqışlayır.

Cənab Nazir, hazırda təqaüddə olan, lakin ilk Qarabağ savaşında döyüşlərdə iştirak etmiş təcrübəli polis əməkdaşlarının sizə müraciət etməkdə məqsədi torpaqlarımızın hər qarışı üçün canından keçməyə hazır olan əsgərlərimizlə bir səngərdə olmaq və döyüş tapşırıqlarını şücaətlə yerinə yetirməkdir. Biz -14 tağımın döyüşçüləri, komandirimiz baş leytenant Hüseynov Fazilin rəhbərliyi ilə Cəbrayıl. Fizuli, Zəngilan, Qubadlı rayonlarıında gedən döyüşlərdə iştirak etmişik. Həm bu yerlərə yaxşı bələdik, həm də müəyyən döyüş taktikasına malikik.

Cənab Nazir, xahiş edirik bizim yenidən işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən müqəddəs savaşda iştirak etməmizə razılıq verəsiniz. Biz bu gərgin döyüşlərdə kənarda qalmaq istəmirik.

Hörmətlə: Keçmiş döyüşçülər

Baş leytenant Hüseynov Fazil

Çavuş Sadıqov İbadət

Çavuş Məmmədov İlham

Çavuş Quliyev Elçin

Çavuş İmamverdiyev İsgəndər

Çavuş Əhmədov Tofik

Çavuş Əhmədov Salavat

Çavuş Qaytaranov Adil

 Çavuş Hüseynov İdris".

Xeber.İNfo

Oxunuş sayı 1715 dəfə
Şərh vermək üçün giriş edin
Top