Bazar ertəsi, 04 Aprel 2016 22:00

Şəhid ailələrinin kredit borcları ləğv edilsin - Deputatdan çağırış

Millət vəkili Qənirə Paşayeva parlamentdən banklara şəhidlər və şəhid ailələri ilə bağlı müraciət edib. 
 
Millət vəkili Qənirə Paşayeva parlamentdə Ombudsmanın illlik hesabatınin müzakirəsi zamanı bankları son günlər cəbhədə aparılan əməliyyatlar zamanı şəhid olan qardaşlarımızdan kimlərinsə banklara kredit borcları varsa, onları silməyə, bağlamağa çağırıb: "Banklara üz tutaraq deyirəm ki, əgər son günlər döyüşlərdə şəhid olmuş insanlarımızın özlərinin və ya ailələrinin kredit borcları varsa, onları bağlayardılar. Vətənimiz, torpaqlarımız uğrunda şəhid olan şəhidlərin və onların ailələri ilə bağlı bu cür addımlar həm şəhid ailələrimiz, həm də bütün cəmiyyətimiz üçün müsbət bir addım olardı.Ümid edirəm ki, bu çağırışa səs verəcəklər".
 Millət vəkili Qənirə Paşayeva MM-in iclasında həmçinin ön cəbhə kəndlərindən danışıb və bu kəndlərə müəyyən imtiyaz və güzəştləri nəzərdə tutan ön cəbhə kəndləri ilə bağlı xüsusi dövlət proqramının qəbul edilməsinin vacibliyini xüsusi vurğulayıb: "Son hadisələr zamanı da bütün dünya gördü ki, ön cəbhə kəndlərimizdə yaşayn insanlarımız necə qəhrəman insanlardır". 
Oxunuş sayı 1472 dəfə
Şərh vermək üçün giriş edin
Top