Çərşənbə axşamı, 05 Aprel 2016 22:00

Seysulan və “Lələ təpə”ni azad edənlər danışır: Bayrağımızı sancdıq - VİDEO

Aprelin 2-də Talış kəndi ətrafındakı strateji yüksəklikləri, Seysulan məntəqəsini və "Lələ təpə" yüksəkliyini işğaldan azad etmiş qəhrəman döyüşçülərimiz ilk dəfə müsahibə veriblər. Onlar əməliyyatda baş verənləri  təfərrüatı ilə danışıblar.
 Qorxmadan, çəkinmədən, düşmənin gözünə dik baxaraq hücuma keçdilər. Uzun illərdir işğal altında olan torpaqlarımızın bir hissəsini azad edərək Azərbaycan xalqını sevindirdilər. Onlar Seysulan məntəqəsi, "Lələ təpə" və Talış kəndindəki yüksəklikləri ölkəmizə qaytaran qəhrəman döyüşçülərdir.
 Çətin əməliyyatu uğurla başa vuran əsgərlərimiz ruh yüksəkliyi ilə növbəti əmrləri gözləyirlər. (Xəzər TV)
Oxunuş sayı 1762 dəfə

Media

Şərh vermək üçün giriş edin
Top