Çərşənbə, 10 Aprel 2019 16:50

Fəxri Xiyabanda şəhidlərimiz anıldı - FOTO

Bu gün II Fəxri Xiyabanda 10 aprel 1997-ci ildə şəhid olmuş hərbçilərimiz üçün anım tədbiri təşkil olunub. Bu barədə Xeberinfo.de-ə tədbirin təşkilatçısı Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri, ictimai xadim Jalə Cəfərova məlumat verib. Tədbirdə şəhid ailələri, ictimaiyət nümayəndələri, 103 saylı orta məktəbin 3 və 5-ci sinif şagirdləri və Dəstənin yeganə sağ qalmış üzvü Aqil Əhmədov iştirak ediblər.

Qeyd edək ki, 10 aprel 1997-ci il tarixdə Xüsusi Təyinatlı Dəstə, (komandir, leytenant Elxan Ataxan oğlu Ağayev, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuş Dinar İbrahim oğlu Mustafayev, çavuş Anar Üzeyir oğlu Rzayev, çavuş Aqşin Əli oğlu Həsənov, çavuş Nizami Səfi oğlu Ələkbərov, çavuç Fariz Şəmil oğlu Cavadov və düşmən gülləsindən yaralanaraq meşədə saatlarla hüşsuz qalıb 1 il 11 aylıq əsirlikdən qayıdan Aqil Mürsəl oğlu Əhmədov) kəşfiyyat zamanı düşmən tərəfindən mühasirəyə alınıb, qəhrəmancasına düyüşmüş və şəhid olmuşlar.

57114766 1616880605122906 7301062610672156672 n

56615127 362866414326330 3588039146779705344 n

 

Oxunuş sayı 1009 dəfə
Şərh vermək üçün giriş edin
Top