Cəlilabad rayonu Söyüdlü kəndindən orduya çağrılmış Hüseynov Sənan Afət oğlu şəhid olub.
Bu barədə Zakir Ağayev (Cəlilabad rayonundan olan facebook istifadəçisi) sosial şəbəkədə məlumat verib.
Zakir Ağayev məlumatı belə açıqlayır:
“Yenə şəhidimiz var. 2000-ci il təvəllüdlü Cəlilabad rayonundan olan həmkəndlim Hüseynov Sənan Afət oğlu Sərhəd Qoşunlarının Ağstafa hərbi hissəsində (1 ili oktyabrda tamam olacaqdı) qeyri-döyüş şəraitində dünyasını dəyişib. Kəndlilərimin verdiyi məlumata görə, mərhum 4 gün idi ki, komada imiş və dünən artıq haqqın rəhmətinə qovuşub. Əsgərin ölüm səbəbini valideynlərinə belə acıqlamayıblar. Ölkəmizdə həmişə qeyri-döyüş şəraitində əsgər ölümlərinin baş vermə səbəbi gizlədilib və buna müxtəlif dön geyindirməklə cinayətin üstünü ört-basdır etməyə çalışıblar. Nə vaxta kimi buna məsuliyyət daşıyan şəxslər cəzalandırılmayacaq, o zamana qədər Azərbaycan ordusunda naməlum ölümlərin sonu olmayacaq və əsgərlərimiz cinayətin və cinayətkarların qurbanı olacaq!“