Çərşənbə, 15 Yanvar 2020 16:48

Almaniyada Xocalı yürüş-mitinqi keçiriləcək

Almaniyada yaşayan azərbaycanlı mühacirlər tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü ilə bağlı yürüş-mitinqi keçiriləcək. Bu barədə Almaniyadan yaşayan jurnalist, "Kölgə"-nin sözçüsü Röya Rəfili Xeberinfo.de-yə məlumat verib. Onun sözlərinə görə, yürüş fevralın 26-ı Berlində Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinin qarşısından başlayıb, Fransa səfiriliyinə qətnamə təqdim etməklə, Rusiya səfirliyinə qədər davam edəcək və orada toplanış-mitinqi keçiriləcək.

R.Rəfili bildirib ki, marşrutun belə seçilməsi ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olmaları ilə əlaqədardır.

Sonra azərbaycanlı mühacirlər Xocalı soyqırımını birbaşa törədən Ermənistanın Berlindəki səfirliyi qarşısına toplaşacaqlar.

“Kölgə” Avropada yaşayan bütün azərbaycanlılara səslənir: Əsrin ən böyük faciələrindən biri olan Xocalı Soyqırımını dünyaya tanıtmaq üçün gəlin, Azərbaycanın haqq səsini birlikdə dünyaya duyduraq!

Oxunuş sayı 1187 dəfə
Şərh vermək üçün giriş edin
Top