Cümə axşamı, 27 Fevral 2020 10:47

Xocalı soyqırımı ilə bağlı Berlində yürüş keçirilib - VİDEO

Dünən (26.02.2020) Almaniyanın paytaxtı Berlində "Kölgə" Yardım Birliyinin təşkilatçılığı ilə yürüş-mitinq keçirilib. Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı təşkil olunmuş yürüş Amerikanın Berlindəki səfirliyinin qarşısından başlayıb, Fransa səfirliyinə qədər davam edib, tədbirin qətnaməsi Fransa səfirliyinə təqdim edildikdən sonra, Rusiyanın Berlindəki səfirliyinə tərəf yürüş davam edib. Rusiya səfirliyinin qarşısında şuarlar səsləndirilib, çıxışlar olub. 
Xeberinfo.de yürüş-mitinqin qətnaməsini təqdim edir:

"Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyinin Berlində Amerika, Fransa və Rusiya səfirlikləri qarşısında “Xocalıya ədalət“ şüarı ilə təşkil etdiyi yürüş-mitinqinin

QƏTNAMƏSİ

 Bu gün Azərbaycanın tarixi ərazisi olan Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində rus və erməni qoşunlarının birgə törətdikləri soyqırımın 28-ci ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarları – rusların köməyilə Azərbaycanın tarixi yaşayış məskəni olan Xocalı şəhərinə qəfil silahlı basqın etmiş və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətmişlər. Həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı şəhəri yerlə-yeksan edilmiş, 150 Azərbaycan vətəndaşı itkin düşmüş, 1275 vətəndaş əsir götürülərək ağır işgəncələrə məruz qalmışlar. Vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilmişdir.

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bir şəhər bütün əhalisilə ağır işgəncə və qəddarlıqla yox edilib. Lakin, bəşəri cinayətkarlar hələ də layiqli cəzalarını almayıblar. Belə bir faciə Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən törədilib.

Azərbaycanın ərazisini işğal, vətəndaşını şəhid edən Rusiya necə olur ki, Qarabağ probleminin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir? ATƏT 26 il bu missiyanın öhdəsindən niyə gələ bilmir? Çünki, həmsədr ölkələr – Rusiya, Fransa və Amerika Qarabağı Azərbaycandan qoparmaq istəyirlər. Biz Rusiya başda olmaqla, həmsədr ölkələrdən tələb edirik ki, ya Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyünü qorumaq şərtilə həll etsinlər, ya da vasitəçilikdən rədd olsunlar.

ABŞ, Fransa və Rusiya işğalçı Ermənistanı müdafiə etməkdən çəkinməlidir. Bu üç ölkə işğalçını müdafiə etməklə, Qafqazda aktiv münaqişə ocağı saxlayırlar. Beləliklə rejionda maraqlarını təmin etməyə çalışırlar. Amma belə ədalətsiz siyasətin ömrü uzun ola bilməz.

 Düşünürük ki, ATƏT-in Minsk Qrupu təkcə işğalçını müdafiə etmir, həm də Azərbaycanda qəsbkar və ədalətsiz bir rejimin hakimiyyətdə qalmasına ciddi dəstək verir. Bu dəstək Azərbaycanın neftini və qazını mənimsəmək üçündür. Qəsbkar Əliyev tayfa hakimiyyəti ölkənin varidatı hesabına iqtidarını qoruyur. Təəssüflər olsun ki, Amerika, Fransa və Rusiya demokratik dəyərləri ayaqlar altına ataraq, iqtisadi maraqlarını Azərbaycan dövləti və xalqının acı həqiqətlərini ört-basdır edərək qoruyurlar.

Məhz buna görədir ki, Xocalı Soyqırımı hələ də siyasi və hüquqi qiymətini almayıb.

Biz bu üç ölkədən (ABŞ, Fransa, Rusiya) tələb edirik:

  1. Ermənistanı müdafiə etməkdən çəkinin;
  2. Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində həll edilsin;
  3. ATƏT bir il ərzində bu münaqişəni həll edə bilmirsə, vasitəçilik missiyasından geri çəkilsin;
  4. Azərbaycan tarixi ərazilərinə (Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar) qayıtmaq üçün heç bir maneə yaradılmasın;
  5. Danışıqların yekunlaşması üçün dəqiq tarix müəyyənləşdirilsin;

Biz mühacirlər Azərbaycan xalqının haqq səsini sizə çatdırırıq. ATƏT vasitəçilik missiyasını ədalətli şəkildə dəqiq tarixə qədər davam etdirməsə, Azərbaycan xalqı silaha sarılıb, işğal edilmiş torpaqlarını azad edəcək.

Rədd olsun erməni işğalı, rus əsarəti!

Rədd olsun Qərbin ikili siyasəti

Rədd olsun ABŞ, Fransa, Rusiya vasitəçiliyi!

Şuarlar:

  1. ABŞ, Fransa, Rusiya vasitəçiliyinə son!
  2. ATƏT Ermənistanı müdafiə etmə - ədalətsizliyə son!
  3. Xocalıda öldürülən uşaqların qatillərini qorumayın!
  4. Xocalı cinayətkarları cəzalandırılsın
  5. Tarixi torpaqlarımıza – Xocalıya qayıdacağıq".

Alman dilində: 

"ERKLÄRUNG
zur Kundgebung, die von aserbaidschanischen politischen Asylbewerbern in Europa unter dem Motto "Gerechtigkeit für Khodjali" vor den Botschaften der USA, Frankreichs und Russischen Föderation in Berlin organisiert wurde.
Heute gedenkt man den 28. Jahrestag des Massakers, das von russischen und armenischen Truppen gemeinsam in der Stadt Khodjali begangen wurde, auf dem historischen Gebiet Aserbaidschans in der Region Bergkarabach. In der Nacht vom 25. auf den 26. Februar 1992 überfielen plötzlich die bewaffneten armenischen Besatzer mit Hilfe ihrer Beschützer - Russen das historische Wohngebiet von Aserbaidschan, die Stadt Khodjali und verübten ein brutales und grausames Massaker gegen seine friedliche, unbewaffnete Bevölkerung. In dieser Nacht wurden 613 Aserbaidschaner, darunter ältere Menschen, Kinder und schwangere Frauen, mit besonderer Brutalität getötet. Die Stadt Khodjali wurde vollständig zerstört, 150 aserbaidschanische Bürger wurden vermisst und 1.275 Zivilisten wurden gefangen genommen und gefoltert. An den Leichen der friedlichen Bevölkerung wurden die kaltblutigen und unsittlichen Gräueltaten vorgenommen, die brutal ermordet wurden.
Der Völkermord an Khodjali ist eine der schlimmsten Tragödien des 20. Jahrhunderts. Eine Stadt wurde durch schwere Folter und Grausamkeiten mit der gesamten Bevölkerung zerstört. Aber die Verbrecher dieser Menschlichkeit haben jedoch noch nicht die gebührende Strafe erhalten. Eine solche Tragödie wurde vom 366. russischen Motorschützenregiment begangen.
Wie kann Russland, das die aserbaidschanische Gebiete besetzt hatte und die Bürger zum Opfer machte, als einer der Länder bei der Regelung des Konflikts um Bergkarabach sein und als Ko-Vorsitzende der OSZE-Minsk-Gruppe fungieren? Warum ist die OSZE seit 26 Jahren nicht in der Lage, diese Mission zu bewältigen? Weil alle Ko-Vorsitzenden wie Russland, Frankreich und Amerika wollen Bergkarabach von Aserbaidschan abtrennen. Wir fordern die die Länder und Ko-Vorsitzende, einschließlich Russland, auf, entweder den Konflikt um Bergkarabach unter der Bedingung zu lösen, dass es die territoriale Integrität Aserbaidschans bewahrt wird, oder die Vermittlung aufzugeben.
Die USA, Frankreich und Russische Föderation sollten es unterlassen, den Besatzer Armenien zu verteidigen. Diese drei Länder beschützen den Besatzer und somit unterhalten sie eine aktive Konfliktzone im Kaukasus. Also versuchen sie, ihre Interessen in der Region zu sichern. Aber das Leben einer solchen ungerechten Politik kann nicht lange dauern.

Wir glauben, dass die OSZE-Minsk-Gruppe nicht nur den Besatzer schützt, sondern auch ernsthaft die Errichtung eines grausamen und ungerechten Regimes in Aserbaidschan nachdrücklich unterstützt. Diese Unterstützung dient zur Aneignung von Öl und Gas in Aserbaidschan. Der grausame Familienclan Aliyev bewahrt seine Regierungsmacht im Land auf Kosten seines Reichtums. Zu unserem Bedauern stellen Amerika, Frankreich und Russland ihre demokratischen Werte in den Hintergrund und schützen ihre wirtschaftlichen Interessen, indem sie die bitteren Realitäten des aserbaidschanischen Staates und der Bevölkerung vertuschen.
Deshalb hat der Völkermord an Khodjali noch nicht den politischen und rechtlichen Wert erhalten. Wir fordern von diesen drei Ländern (USA, Frankreich, Russland):

1. Vermeiden Sie es, Armenien zu verteidigen;
2. Konflikt um die Region Bergkarabach im Rahmen der territorialen Integrität Aserbaidschans zu lösen;
3. Wenn die OSZE den Konflikt nicht innerhalb eines Jahres löst, ziehen Sie sich aus der Vermittlungsmission zurück.
4. Keine Hindernisse für Aserbaidschan für seine Rückkehr in die historischen Gebiete
(besetzte Gebiete um Berg-Karabach und andere angrenzenden Gebiete);
5. Festlegung der genauen Frist für den Abschluss der Verhandlungen;

Wir, Asylbewerber, übermitteln die Stimme der Gerechtigkeit des aserbaidschanischen Volkes an Sie. Sofern die OSZE ihre Vermittlungsmission in der gerechten Form nicht zu einem genauen Zeitpunkt fortsetzt, werden sich die Aserbaidschaner bewaffnen und die besetzten Land befreien.
Nieder mit der armenischen Besetzung und russischen Gefangenschaft!
Nieder mit der westlichen Politik von Doppelstandards!
Nieder mit der Vermittlung von USA, Frankreich, Russland!

Slogans:
1. Ende der Vermittlung von USA, Frankreich und Russland!
2. OSZE, keine Rechtfertigung für Armenien - Ende der Ungerechtigkeit!
3. Kein Schutz für die Mörder der Kinder, die in Khodjali getötet wurden!
4. Bestrafung der Verbrecher von Khodjali
5. Wir kehren in unsere historischen Gebiete zurück - nach Khodjali".

Oxunuş sayı 1608 dəfə
Şərh vermək üçün giriş edin
Top