Cümə axşamı, 05 Mart 2020 20:46

DSX: Sərhədçi əsgər snayperlə vurulub

Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçusunu itirib. DSX-nın yaydığı məlumatda deyilir ki, martın 5-də, saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi pozulub. Ermənistana məxsus snayperdən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Nazim oğlu Paşazadə yaralanıb. O, dərhal Qazax rayonunun Diaqnostika Mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

“Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür”, - məlumatda deyilir.

Oxunuş sayı 1220 dəfə
Şərh vermək üçün giriş edin
Top