Çərşənbə, 01 İyul 2020 11:41

Baxımsız qalan Qarabağ qazisi Məmməd Quliyev vəfat edib

Ağır xəstəlikdən əziyyət çəkən, Qarabağ qazini kapitan Məmməd Quliyev vəfat edib.

Bu barədə mərhumun həyat yoldaşı Aytac Quliyeva məlumat verib. O bildirib ki, ötən gün dünyasını dəyişən kapitan M. Quliyev bu gün Yasamal rayon ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. A.Quliyeva mərhumun dəfn mərasimində ailə üzvləri ilə yanaşı Müdafiə Nazirliyinin əməkdaşlarının da iştirak etdiyini deyib.

Qeyd edək ki, 2013-cü ildən ordu sıralarından təxris olunan Məmməd Quliyev bir neçə xəstəlikdən əziyyət çəkirdi.

Oxunuş sayı 1910 dəfə
Şərh vermək üçün giriş edin
Top