Çərşənbə, 15 İyul 2020 19:12

Qarabağın azadlığı Əliyev tayfa hakimiyyətinin süqutundan keçir - BƏYANAT

Almaniyada yaşayan bir qrup siyasi mühacir tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyi cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "İşğalçı Ermənistan ordusunun Tovuz rayonu ərazisinə hücumu nəticəsində biri general-mayor olmaqla 12 hərbçimizin şəhid olması və Bakıda “orduya dəstək“ şüariyla təşkil olunmuş mitinqlə bağlı “Kölgə“ Yardım Birliyinin BƏYANATı
İyul ayının 13-dən başlayaraq işğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycan Respublikası Dövlət Sərhədini pozaraq hərbçilərimizə hücum etmiş, nəticədə yüksəkçinli zabit və əsgərlərimizi şəhid etmişdirlər. “Kölgə“ YB bu hücumuun beynəlxalq hüquqa zidd olduğunu və müharibənin məhz Ermənistan tərəfindən başladıldığıni bəyan edir. Dərhal və təxirəsalınmaq hərbi əməliyyatlar başlanılmalı, şəhidlərimizin intiqamı alınmalıdır. İşğalçı orduya layiqli cavab verilməsə, Azərbaycan daha təslimçi vəziyyətə düşəcək, dövlət kimi mövcudluğunu itirə bilər.
“Kölgə“ YB hesab edir ki, işğal olunmuş torpaqları geri almaq üçün İlham Əliyev döyüş əmri verməlidir. Düşünürük ki, son 3 ildə Azərbaycan üçün belə bir şərait yaranmayıb. Əks halda İlahmın istefası tələb edilməli, xalq YAP hakimiyyətinə son qoyana qədər “İSTEFA“ şüarıyla meydanlara çıxmalıdır.
“Kölgə“ YB eyni zamanda düşünür ki, xain və satqın Əliyev rejimi Qarabağı işğaldan azad etmək gücündə deyil. Hər gün Azərbaycan dövləti və xalqı üçün itirilmiş zaman hesab olunmalıdır. Quldur və əxlaqsız rejim 27 ildə bizi Qarabağdan uzaqlaşdırmağa, unutdurmağa çalışıb. Bu illər ərzində ən azı hər həftə səmaya bir şəhid ruhu yüksəlir. Qəddar düşmən gülləsi hətta məsum zəhraların qəlbini parçalayır. Biz də xalq olaraq, işğala son qoymaq əvəzinə, qumarbazın əlini gücləndirməyə, ona dəstək olmağa çalışırıq.
“Kölgə“ YB hesab edir ki, 14 iyul gecə saatlarında Bakıda təşkil olunmuş yürüş YAP hakimiyyətinin növbəti təxribatı idi, qəzəblənmiş xalqın etiraz ehtirasını yatırtmağa xidmət edirdi. Xalq bütün olanları başa düşməli, YAP hakimiyyətindən xilas olmaq qərarı verməlidir.
Ölkə quldur və qəsbkar tayfa rejimindən xilas olmaq, şəhidlərimizin intiqamını almaq, torpaqlarımızı işğaldan və qız-gəlinlərimizi əsirlikdən azad etmək üçün “Rədd ol İlham“, “İSTEFA“ şüarları altından birləşməlidir!
Allah sizə rəhmət eləsin şəhidlər, bizə isə səbr verməsin!

15.07.2020

Almaniya"

Oxunuş sayı 1976 dəfə
Şərh vermək üçün giriş edin
Top