Çərşənbə axşamı, 03 May 2016 22:00

Ermənilər Gülüstandan VİDEO yaydılar

Erməni jurnalistləri cəbhənin Goranboy rayonu istiqamətində yerləşən Gülüstan kəndinə yaxın ərazilərdən videoreportaj hazırlayıblar.

Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun nəzarəti altına keçən kənd təmas xəttində yerləşir.

Bu səbəbdən də kənddə heç kəs yaşamır. Gülüstan kəndi Goranboy rayonunu inzibati vahidi sayılır.

Kənd 1992-ci ilin yayında Azərbaycan ordusunun əks-hücumu zamanı ermənilərdən azad olunmuşdu. Gülüstan hazırda təmas xəttində neytral zona kimi bilinir. 

Qeyd edək ki, kəndin ərazisində 12-ci əsrdə tikilmiş məşhur Gülüstan qalası yerləşir. Qala tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

 

Oxunuş sayı 1767 dəfə
Şərh vermək üçün giriş edin
Top