Çərşənbə, 04 May 2016 22:00

"Döyüşlər hər an başlaya bilər" - Müdafiə naziri

Təmas xəttində vəziyyət gərgindir, döyüş əməliyyatları istənilən vaxt başlaya bilər.

Oxu.az-ın News.am-a istinadən məlumatına görə, bu barədə mayın 4-də jurnalistlərə açıqlmasında Ermənistan müdafiə naziri Seyran Ohanyan deyib.

"Biz müvafiq təhlillər aparırıq. Azərbaycanın gücü və mümkün hərəkətlərindən nəticə çıxarırıq”, - erməni nazir deyib. O əlavə edib ki, hələlik təmas xəttində müvəqqəti atəşkəs var.

S.Ohanyan həmçinin Rusiyanın Ermənistana silah tədarükünə də toxunub.

"Hərbi-texniki əməkdaşlığın sürətlənməsi üzrə işlər aparılır”, - o, deyib.

Oxunuş sayı 1439 dəfə
Şərh vermək üçün giriş edin
Top