Çərşənbə, 06 İyul 2016 22:00

Putin Obama ilə Qarabağ münaqişəsini müzakirə edib

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya ilə birgə səyləri gücləndirməyə hazır olduğunu bildirib.

Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

"Prezident Obama Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq üçün Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri qismində səylərini artırmağa hazır olduğunu bildirib", məlumatda deyilir. 

Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair  Barak Obamanı məlumatlandırıb: “Rusiya görüşü təşkil etməklə münaqişə zonasında vəziyyətin sabitləşməsi və sülh prosesində irəliləyişə nail olunması üçün şəraitin yaradılmasının  vacibliyinə əsaslanıb.

Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib, məlumatda deyilir.(apa.az)

Oxunuş sayı 1272 dəfə
Şərh vermək üçün giriş edin
Top