Şənbə, 19 İyul 2014 21:00

“Ölkə yaxın zamanlarda ciddi təhlukə ilə uzləşəcək”

Ramil Hüseynov: “Hər nazir rəhbərlik etdiyi qurumu qanunların tələbləri ilə deyil, xarakterinə uyğun idarə edir”

“Ölkədə ciddi islahatlar aparılmalıdır. Çünki bütün sahələrdə silahatlara ehtiyac var” – bu sözləri Vətəndaş və İnkişaf  Partiyasının sədr müavini Ramil Hüseynov Azərbaycanın mövcud durumunu şərh edərkən “Doğru xəbər”-ə bildirdi. Onun sözlərinə görə ölkədə islahatlar aparılmadan ciddi dəyişikliyə nail olmaq mümkün deyil: “Hesab edirəm ki, ölkədə siyasi sahədə ciddi islahatlara ehtiyac var. Siyasi inkşafın qarşısını alan amillər aradan qaldırılmalı, sosial ədalət bərpa olunmalı, iqtisadi islahatlara ciddi nəzarət olmalıdır. Bütün sahələrdə monopoliya var. Monopoliya aradan qaldırılmalı, insanlara iqtisadiyyatda sərbəstlik verilməlidir.  Ölkədə bütün sahələr müxtəlif məmurlar tərəfindən bölüşdürülüb və konkret şəxsi obyekt kimi nəzarətə götürülüb. Bunun nəticəsi olaraq  ölkədə iqtisadi böhran yaranıb”

R.Hüseynov rəsmi dövlət idarələrinin şəxslərin istəklərinə uyğun idarə olunduğunu vurğuladı: “Hesab edirəm ki, hər nazir rəhbərlik etdiyi nazirliyi qanunların tələblərinə uyğun deyil, öz xarakterinə uyğun idarə edir. Onları başa salmaq lazımdır ki, sizin rəbərlik etdiyiniz qurum sizə babalarınızdan miras qalmayıb, şəxsi oyektiniz deyil, bu, dövlətin qurumudu, dövlətə və vətəndaşlarına xidmət etməlidir. Belə davam edərsə, ölkə yaxın zamanlarda ciddi təhlukə ilə uzləşəcək”.

R.Hüseynov qanunsuz həbslərdən də söz açıb: “Ölkədə yüzlərlə günahsız insan həbsə atılıb.  Bütün bu haqsızlıqlar ardan qalxmasa ölkədə qarşılıqlı etimadın yardılması mumkun olmayacaq. Bu da dövlətin bütün sahələrdə inkşafına mane olacaq. Deputata Milli Məclisin tribunasından danışmağa qadağa qoyulursa, qanunpozuntuları qəhrəmanlıq kimi təlqin olunursa, məmur özünü cəmiyyətdə hakimi-mütləq kimi aparırsa  insan hüquqlarının və demokratik dəyərlərin hansı səviyyəyə düşdüyü məlum olur. Deputatların əksəriyyəti bizneslə məşğul olur”.

Cavad Bədəlov 

Oxunuş sayı 2044 dəfə
Şərh vermək üçün giriş edin
Top