Bazar, 08 Mart 2015 21:00

“Hakimiyyət repressiya syasəti ilə istədiyinə nail olub”

Qismət Məmmədzadə: “Hesab edirəm ki, hökumətin davranışlarında Rusiya və Türkiyə faktoru danılmazdır”

“Son günlər ölkədə sürətli bahalaşma müşahidə olunrur. Bahalaşma daha çox qida və idxal olunan məhsullarda özünü göstərir. Hesab edirəm ki, bunun əsas səbəbi üçüncü devalvasiya ehtimalıdır” – bu sözləri Qismət Məmmədzadə “Doğru xəbər”-ə deyib. Q.Məmmədzadə referendum öncəsi bahalaşmanın heç bir fəsad verməyəcəyi qənaətindədir: “Hesab edirəm ki, referendum öncəsi qiymətlərin qaldırılması heç bir fəsad verməyəcək. Çünki bu illər ərzində belə bahalaşmanın çox şahidi olmuşuq. Kommunal xidmətlərin və yanacağıq qiyməti bir neçə dəfə qaldırılıb. Əhali sanki məmnunluqla qarşılayıb. Ailə və məhəllədaxili müzakirələr aparılıb. Düşünürəm ki, belə hallar insanların laqeyidsizliyindən irəli gəlir. İnsanlar gələcəklərinə, həyatlarına qarşı çox laqeyd davranırlar. “Bunlar getsə, kim gələcək” və sair  sözlərlə özlərinə həmişə təsəlli veriblər. Məncə heç bir kütləvi etiraz olmayacaq. 3-cü yox, lap 5-ci devalvasiya olsa da əhali sükutla qarşılayacaq. Bundan artığını gözləmək olmaz. Təəssüf ki, bu belədir”.

Q.Məmmədzadə  Milli Şuranın 11 sentiyabr mitinqindən də söz açdı: “Milli Şura 11 sentiyabrda mitinq planlaşdırır. Təbii ki, mitinq 26 sentuyabr 2016-cı il tarixdə keçirilməsi nəzərdə tutulan referenduma çıxarılan məsələlərə etiraz olacaq. Referendumda hakimiyyət Konstitusiyaya dəyişiklik və əlavə edərək, ölkədə monarxiya yaratmaq istəyir. Əslində hakimiyyət elə monarxiya idi. İndi isə rəsmiləşdirmək istəyirlər. Milli Şuranın bu addımını təqdir edirəm. Azərbaycan insanının etiraz edə biləcəyi tək məkan “facebook”dur. Burada da mitinqlər təşkil etmədikləri üçün hər zaman müxalifət liderləri təpki ilə qarşılaşırlar. Məni bir şey düşündürür – ölkədə etiraz etmək istəyən neçə nəfər var? Əsas məsələ bundadır. Doqquz milyonun  içində on min, iyirmi min etiraz etmək istəyən varsa, bu, çox azdır.  Sizcə, nə qədər insan Azərbaycanda referendumun niyə keçirilməsini düşünür? Nə qədər insan başa düşür ki, bunun sonrası nə olacaq? Məncə çox az. Belə olan halda, etiraz etmək istəyən insanların sayı on beş mini keçmirsə, mitinqlərə gələn də olmayacaq. Bir amerikalı deyir ki, mənim səsim çox şeyi dəyişə bilər, bir azərbaycanlı isə mənim səsim nəyi dəyişəcək, deyir.  Bu psixologiya dəyişməyincə nəsə dəyişməyəcək. Azərbaycan insanı ümidsizdir, içində xof var. Hamı həbs olmaqdan, işdən qovulmaqdan qorxur. Lakin düşünmürlər, yüz minlərlə insan küçəyə çıxsa heç kimi həbs edə bilməz hakimiyyət. Hətta könüllü şəkildə gedib Qarabağda döyüşən insanların qəlbinə hakimiyyət qorxu sala bilib. Mitinq də olacaq, referendum da, Konstitusiyaya dəyişikliklər də olacaq, insanlar da əvvəlki kimi hər şeyi qəbul edəcəklər. Heç bir dəyişiklik gözləmirəm”.

Hakimiyyət mitinqlərə qarşı niyə dözümsüz davranır – sualını, Q.Məmmədzadə belə cavablandırdı: “Azərbaycan təbii sərvətlər baxımından xeyli varlı ölkədir. Uzun illərdir hakimiyyət bu ölkənin sərvətlərini talamaqla məşğuldur. Nədənsə Səddam Hüseyn, Qəddafi və digər diktarorların aqibəti bu hakimiyyətə örnək olmur. Cəmiyyətdə belə bir fikir formalaşıb – bunlar yeyib, doyublar. Amma düşünmürlər ki, doymaq bir daha acmayacaq anlamında deyil. Hökumət ən kiçik etirazdan belə qorxur. Müxalif düşüncəli gəncləri saxta ittihamlarla həbs edir. Bu həbslər insanların ürəyində xof yaratmaq üçündür. Bu gün onun nəticəsidir ki, insanlar düşdükləri duruma etiraz etməyə qorxurlar. Hakimiyyət özünə rəqib istəmir və var-dövlətdən əl çəkmir. Ən kiçi problemi belə beşikdə boğmağa çalışır. Bizim üçün hər şey bitməyib. Özümüzü, gələcəyimizi düşnüb birləşərək, xilas ola bilərik. Hakimiyyət repressiya syasəti ilə istədiyinə nail olub. Ölkədə nə qədər siyasi və vicdan məhbusu var. Heç bir beynəlxalq təzyiq və qınağı nəzərə almadan istədiyini azad edir, istədiyini də həbsə salır. Hesab edirəm ki, hökumətin davranışlarında Rusiya və Türkiyə faktoru danılmazdır. Siyasi partiya liderlərini həbsə salsa, yaxşı başa düşür ki, həbsin səbəbini sorusacaq kütlə yoxdur”.

Cavad Bədəlov

Oxunuş sayı 1253 dəfə
Şərh vermək üçün giriş edin
Top