Cümə axşamı, 19 Mart 2015 21:00

"Azərbaycan iqtidarı ölkəni qandalda saxlayır"

 

 “Azərbaycan iqtidarı bu ölkəni hələ də qandalda, buxovda saxlamaqdadır. Bu gün Azərbaycanın idarəçiliyi “güc fəlsəfəsi” ilə idarə olunur. Yəni, “Mən güclüyəm, sən zəif, pulu gətir qoy bura” fəlsəfəsi” – Bu sözləri Real Hərkatının Avropadakı fəali Rəşad Mehdi Xeber.İnfo-a bildirib.

Onun sözlərinə görə korrupsiyanın nə ölçüsü var, nə də əndazəsi: “Bu yeni idarəçilik fəlsəfəsi deyil. Belə fəlsəfə var, demokratiyadan qabaq bütün əvvəlki sistemlər belə idarə olunur. Bizdə liberalizmin rüşeymləri belə yoxdur. Liberalizm düzgün seçki, insan haqları və azad rəqabət deməkdir. Hələ ki, dünyada bundan başqa effektiv bir sistem yaranmayıb. Təəssüf ki, bizim ölkənin bəxtinə amma belə bir rejim və belə bir idarəçilik forması düşüb. Bəzən anlamaq olmur ki, nə üçün Qərb ölkələri Azərbaycanda insan hüquqları, media hüquqları və başqa hüquqlar məsələsinə daha sərt münasibət bildirmir. Əslində mütərəqqi Qərb ölkələrinin liderləri tərəfindən kəskin bəyanatlar daima səslənir. Tutaq ki, ABŞ-ın Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında Azərbaycanda söz azadlığının pozulmasından kifayət qədər xəbər verilir və bundan başqa hansısa konkret hadisəyə görə, həm ABŞ-dan, həm Avropa Birliyindən kəskin bəyanatlar eşidirik. Amma bu da reallıqdır ki, bəyanatlar var, sanksiyalar yoxdur. Yəni, bəyanatlar verməkdən başqa bizim hökumətə bu sahədə təzyiq göstərilmir. Lakin ABŞ və Avropanın tövsiyyələrnə laqeydsizlik ciddi əks təsir verə bilər.

Bəs çıxış nöqtəsi nə ola bilər – sualını, R.Mehdi belə cavablandırdı: “Avtoritar, dünyəvi hökumətin belə problemləri həll etmək üsulları başqadır – repressiya və nəzarəti gücləndirmək yolu ilə. Stalin də məhz bu yolla məsələni həll etmək istəyirdi. Demokratik hökumətin üsulları başqadır. Adətən onlar diskussiya, təbliğat, maarifləndirmə, təhsil yolu ilə bu problemi həll etməyə çalışır. Halbuki, demokratik dövlətdə də qanuni zorakılıq metodları nəzərdə tutulur. Fəqət, bunlara ən son variantda əl atılır. Bu gün ziyalıların vəzifəsi dini dözümlülük təbliğatıdır. Problemlər haqqında açıq danışmaq onların vəzifəsidir, – buna da böyük igidlik lazımdır.

Oxunuş sayı 1558 dəfə
Şərh vermək üçün giriş edin
Top