Çərşənbə, 09 Yanvar 2019 21:53

Siyasi Məhbusları Müdafiə Mərkəzi yeni hesabat hazırladı

Siyasi Məhbusları Müdafiə Mərkəzi

“Həbs yerlərində saxlanma şəraiti; mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair”

HESABAT

Bakı- 2018

Ümumi məlumat. Təqdim olunan hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanıb. Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş siyasi məhbusların və onların vəkillərinin təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb.

Hesabat 2 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir; həbs yerlərində saxlanma şəraiti və siyasi məhbus problemi.

Hesabatın hazırlanmasında məqsəd. Məqsəd Azərbaycanda siyasi məhbus problemini gündəmə gətirmək, problemi doğuran səbəbləri və çıxış yollarını araşdırmaq, həllinə nail olmaq, həbs yerlərində saxlanma şəraiti ilə bağlı vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə təsbit edilmiş qaydada təmin olunmasına yardımçı olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.

Hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar. Həbs yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti araşdırmaq, məhbusların hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını müəyyənləşdirmək, müqayisəli təhlil aparmaq üçün dəfələrlə cəhd edilsə də Hesabat müəllifləri Ədliyə nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən həbs yerlərinə buraxılmayıb.

Eyni zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv hazırlanması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Ədliyə nazirliyinin Penitensiar Xidmətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, bunun üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun şəkildə rəsmi sorğu ilə müraciət edilsə də adı çəkilən qurum qanunvericiliyin tələblərini pozaraq sorğunu cavablandırmaqdan boyun qaçırıb.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşə icazə və imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaradıb. Amma bütün bunlara baxmayaraq alternativ imkanlardan istifadə edilərək hesabatı hazırlayıb ərsəyə gətirmək mümkün olub.

Həbs yerləri və məhbusların sayı ilə bağlı ümumi məlumatlar. Pentensiar Xidmətin açıqladığı məlumatlara görə Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, bir həbsxana, 3 istintaq təcridxanası, bir tərbiyə müəssisəsi, məhkumlar üçün bir Müalicə Müəssisəsi, 15 məntəqə tipli müəssisə və 14 xüsusi müəssisə var. Bu müəssisələrdə 13 cəza növünün icrası həyata keçirilir.Rəsmi məlumatlarda Azərbaycanda həbs yerlərində saxlanılan məhbusların və təqsirləndirilən şəxslərin dəqiq sayı ya göstərilmir, ya da bu rəqəm reallıqdan az göstərilir. Bu da ölkədə beynəlxalq təcrübə ilə müqayisədə məhbusların say çoxluğunun gizlədilməsinə xidmət edir. Qeyri- rəsmi məlumatlara görə Azərbaycan həbsxanalarında 30 minə yaxın məhbus saxlanılır. Lozanna Universitetinin Avropa Şurası üçün apardığı araşdırmanın nəticələrinə görə Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə Avropada üçüncüdür. 2015-ci ilin məlumatına görə Azərbaycanda 24 min 117 məhbus var. Bu hər 100 min nəfərə 248, 5 məhbus deməkdir. Bu reytinqdə birinci yeri 641 min məhbusu olan Rusiya tutur. Orada əhalinin hər 100 min nəfərindən 438 nəfəri həbsxanadadır.

Rusiyanın ümumilikdə 144 milyon, Azərbaycanın isə təxminən 10 milyon nəfər əhalisi olduğu nəzərə alınarsa, Azərbaycanda məhbusetmə rəqəmi xeyli yüksəkdir (http://wp.unil.ch/space). Eyni zamanda aparılan araşdırmaya görə son illər ölkəmizdə məhkumların ümumi sayında 23 faiz, həbsxanalardakı sıxlıqda 25 faiz, qadın məhkumların sayında 83 faiz artım qeydə alınıb.

Maraqlıdır ki, Gürcüstan və Azərbaycanda azadlıqdan məhrumetmə hallarının böyük qismini narkotika ilə bağlıdır. Azərbaycanda 5600, Gürcüstanda isə 2700 məhbus narkotik maddə ittihamı ilə həbs edilib. Başqa sözlərlə Azərbaycanda bütün məhbusların 28 faizini “narkomanlar” təşkil edir. Azərbaycan və Gürcüstanda isə məhbusların ikinci böyük qrupu oğurluğa görə məhkum edilənlərdir.

Yeri gəlmişkən qeyd edək ki, son illər Azərbaycanda yeni həbs yerləri inşa edildiyi halda Hollandiyada 2014-cü ildə 14, 2016-cı ildə 5 həbsxana (cəza çəkmə müəssisəsi) bağlanıb. Hətta 2016-cı ilin sentyabr ayından türmələr boş qalmasın deyə Norveçdən 240 dustaq cəza çəkmək üçün Hollandiya həbsxanalarına yerləşdirilib. Hollandiya əhalinin hər 100 000 nəfərinə düşən məhbusların saylına görə 59 nəfərlə Avropada 49-cu yerdə qərarlaşıb (mənbə; http://www.prisonstudies.org/).

Həbs yerlərində ümumi vəziyyət

  1. Pozitiv məqamlar. Keçmiş SSRİ dövrü ilə müqayisədə Azərbaycanda hazırda həbsxanalardakı ümumi vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı az da olsa müəyyən nəzərə çarpacaq dəyişiklilər var. Bu proses ölkənin Avropa Şurasına daxil olması, “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiyaya qoşulduqdan sonra start götürüb. Bakıda Bayıl həbsxanası daxil olmaqla müasir tələblərə cavab verməyən bir sıra həbs düşərgələri ləğv edilərək yenilərinin tikintisinə başlanılıb. Paytaxtda Məhəmmədli Kürdəxanı ərazisində müasir tələblərə müəyyən qədər cavab verən Bakı İstintaq Təcridxanası, Şəkidə isə İstintaq Təcridxanası və qarışıq tipli Cəza çəkmə Müəsissəsi tikilib istifadəyə verilib. Hazırda ölkənin bir sıra bölgələrində yeni İstintaq Təcridxanalarının və Cəza Çəkmə Müəssisələrinin tikilməsinə başlanılıb. Bəzi rayon, şəhər polis idarələrinin Müvəqqəti Saxlama Təcridxanaları (MST) yenidən tikilib və ya təmir edilib. Əvvəlki illərlə müqayisədə məhbusların saxlanma şəraiti, yemək, tibbi xidmət, daşınma, nəzarət və s. məsələlərdə az da olsa müəyyən irəliləyişlər mövcuddur.

Hüquqi vəziyyətlə bağlıMilli Məclisdə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli yeni Qanun qəbul edilib. Qanunun bir sıra müddəaları Avropa Penitensiar Qaydalarının tələblərinə uyğun hazırlanıb. 2013- cü ildən etibarən sənəddə nəzərdə tutulan bir sıra hüquqlar tətbiq olunmağa başlanılıb. Xüsusən, məhbusların yaxınları ilə əlaqə saxlaması, onlarla həftədə iki dəfə telefonla danışmaları, görüşməsi, televiziya və radio verilişlərini dinləməsinə şərait yaradılması və s. Qanunun qəbul olunması dustaqların hüquq və vəzifələrinin yaxşılaşdırılmasına qanunvericilik əsası yaradıb. Amma təəssüf ki, qanunun tətbiq olunması istiqamətində işlər çox zəif gedir.

Əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət artıb. Həmin təşkilatların nümayəndələri (məsələn, BMT İşgəncələr Əleyhinə Komitə, AŞPA, Beynəlxalq Qırmızı Xaç Komitəsi və s.) həbs yerlərinə baş çəkir, məhbuslarla görüşür, onların saxlanma şəraiti və hüquqlarının necə təmin olunması ilə maraqlanırlar.

Real təsir gücünə malik olmasa da Ombudsman aparatının əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş şəkir, dustaqlarla görüşüb onların şikayətlərini dinləyirlər.

Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsinə nəzarətin təşkil edilməsi məqsədlə Ədliyyə Nazirliyinin strukturunda Cəzaların icrasına nəzarət üzrə müfəttişlik və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılıb.

Eyni zamanda əvvəlki illərlə müqayisədə aidiyyatı həbs yerlərində dövlət orqanları dustaqlara dini ayinlərə əməl etməyə icazə verirlər.

  1. Neqativ məqamlar. Azərbaycanda olan həbs yerlərinin (İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin- red.) əksəriyyəti Sovet dövründən qalma köhnə tikililərdir. Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi həbs yerlərində də qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı- seçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları mövcuddur. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Həbs yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə nazirliyinin Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri- şəffaf, hesabatlılıqdan qaçan, ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözü gedən qurum bu sahədə mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların faydalı işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri əksər hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz səhvlərindən nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən, qanunsuzluğun və ədalətsizliyin baş alıb getdiyi bir mühitdən bir az da kobud və qisasçı ruhda yenidən cəmiyyətə qaytaran müəssisə təəssüratı yaradır.

İstintaq Təcridxanalarında vəziyyət

Son dövrlərdə Azərbaycandakı Ədliyyə nazirliyi Penitensiar Xidmətin nəzdindəki həbsxanalar- İstintaq Təcridxanaları (İ.T), Cəzaçəkmə müəsisələri (CÇM -lər) və onların fəaliyyətləri, eyni zamanda insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulması barədə müxtəlif fikir, rəylər formalaşıb. Bu mülahizələrin içərisində obyektiv və subyektiv fikirlər mövcuddur. Məlumdur ki, ölkədə  1 saylı Bakı İstintaq Təcridxanası, 2 saylı Gəncə İstintaq Təcridxanası  və 3 saylı Süvəlan İstintaq Təcridxanası fəaliyyət göstərir. 1-saylı Bakı İstintaq Təcridxanası müəyyən qədər müasir standartlara uyğun olaraq dövlət vəsaiti hesabına tikilib istifadəyə verilib. İlk baxışdan elə görünürdü ki, buradakı işçi və xidmət personalı da Avropa həbsxanalarına uyğun hazırlanıb formalaşacaq, qanunlar öz gücü ilə işləyəcək. Çox təəsüf ki, Azərbaycan “standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. Məhkumların və onların yaxınlarının hüquqları ilk olaraq təcridxananın girəcəyindəki “sovqat qəbulu” məntəqəsində pozulur. Yaxınlarına sovqat ötürməyin müxtəlif qiymətləri mövcuddur. 5- 15 manat bir şəxsə göndərilən, qanuni sovqatın kasıblar üçün müəyyən olunmuş qiymətidir. ”Burjuylar” üçün daha yüksək məbləğ ödənilir və onlara göndərilən sovqatlara məhdudiyyət qoyulmur. ”Peredaça”- nı qəbul edən məhkumlar ilk öncə korpus “starşina”- sını görməlidir, eyni zamanda həmin korpuslarda növbə çəkən nəzarətçilərə də “milli mentalitet”-ə uyğun olaraq “hörmət” edilməli, yəni pul verilməlidir. Pul olmasa “humanist” nəzarətçilərin məhkum üçün evdən gələn yeməklərin ən yaxşısını seçib götürmək hüququ var. Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmənin 1 saylı Bakı İstintaq Təcridxanasında aylıq qiyməti 100- 150 manat arasındadır. Saxlanması qadağan olunan digər əşyaların istifadəsi  üçün də “rejim” tərəfindən dəqiq müəyyən edilmiş qiymətlər var. 1 saylı və 3 saylı İstintaq Təcridxanaları arasında gözlə görünən böyük fərqlər mövcuddur. Bakı İstintaq Təcridxanasının imkanlı işçilərinə rəğmən Şüvəlandakı xidmət personalı öz insafına görə fərqlənir. Buradakı zabit və gizirlər, nəzarətçilər bir qədər kasıb təbəqəyə mənsubdurlar və onlarla “dil tapmaq” daha asandır. Şüvəlan Təcridxanasındakı yaşayış korpusları köhnədir, əksər korpuslar Bakı neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin at tövləsi olub. İstilik və havalandırma sistemləri yoxdur. Bakı İstintaq Təcridxanasından fərqli olaraq Şüvəlan İstintaq Təcridxanasında elektrik qızdırıcıları üçün aylıq haqq alınmır. Burada “Titanik” adlanan 3 mərtəbəli, 100-dən yuxarı kamerası, nisbətən yaxşı şəraiti olan binada da əsasən “burjuylar” qalır. Siyasi məhbuslar, jurnalistlər də burada saxlanılır. Lakin “burjuylar”-dan fərqli olaraq siyasi məhbus və jurnalistlərdən təmənna güdülmür. Məhkumların yaxınlarının göndərdiyi sovqata görə 5-10 manat arası pul ödənilir. Bu yazılmamış qanunlar Azərbaycandakı bütün polis şöbələrindəki Müvəqqəti Saxlama Təcridxanalarında (MST), İstintaq Təcridxanası, Cəza Çəkmə Müəssisələrində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və onların yaxınlarını sorub yeyir. Polislərin nəzarətindəki MST- larda vəziyyət daha acınacaqlıdır, hər bir şey üçün pul ödəmək lazımdır. Əksər MST- lərdə verilən qanuni görüşə də pul ödənməlidir. Məhkuma göndərilən hər 10 siqaretdən biri xidmət çəkən ədliyyə əsgərlərinə verilir, üstəlik gecə növbəsində olan nəzarətçilər kameraları gəzərək əsgərlər üçün qənd, çay ”55” (yəni şirniyyat) yığırlar.

İstintaq təcridxanalarında saxlanılan şəxslər bir çox hüquqlarından məhrum olurlar -  tibbi yardımdan, televiziyadan, mətbuatdan, idmandan  və bəzən də işgənçəyə məruz qalırlar. Kameralar 16- 17 kvadratmetrdir. İçəridə açıq ayaqyolu var (məsələn, Şüvəlan İstintaq Təcridxanası). Bu da işıqlandırma yeri kiçik (gözlükər 50 x 80 sm ölçüsündədir), havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər və hətta bir çox xəstəliklər yaradır. Saxlanma otaqlarında (kamerada) soyutma sistemi (kondisioner) yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustaqın öz hesabına alınır.  Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır.

Əyalətlərdəki İstintaq Təcridxanalarında vəziyyət. Bakı və Bakı ətrafı həbs yerləri ilə müqayisədə əyalətlərdəki anoloji müəssisələrin vəziyyəti daha fərqli, bəzilərində isə daha da acınacaqlıdır. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif, ictimai nəzarətin isə ümumiyyətlə olmadığı bu müəssisələrin həm texniki vəziyyəti, orda dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad vəziyyətdədir. Məsələn, Gəncədəki İstintaq Təcridxanasında saxlanılmış məhbuslar ordakı vəziyyətlə bağlı bildirir ki, məhbuslara verilən yeməyin keyfiyyəti çox aşağıdır, saxlanma yerində antisanitariya hökm sürür, tibbi xidmət bərbad haldadır; “Dustaqalara verilən yeməkləri yemək mümkün deyil. Təsəvvür edin ki, çürümüş toxumluq kartof soyutmasını verirlər. Çörəyi isə kəpəkdən bişirirlər. Evlərindən azuqə gəlməyən məhkumlar ondan yeməyə məcburdurlar. Burada davranış məsələsində SSRİ-dən qalma qaydalar əsas götürülür. Həm də kameralarda “qarmoşka” deyilən gözlüklər var. Ora açılarkən kamerada havalanma olur. Gəncə təcridxanasında “qarmoşkan”-ı gün ərzində beş manata açırlar.Burda da rüşvət mexanizmi geniş yayılıb və bu mexanizm mərkəzləşdirilib, hər bir müəssisədə bir nəfər pulun toplanması və ötürülməsi işi ilə məşğul olur”.

Salyanda yerləşən 5 saylı Xələc Cəza Çəkmə Müsəsisəsində də anoloji vəziyyət hökm sürür. Bu cəzaçəkmə müəssisəsində cəza çəkmiş dustaqlarburada vəziyyətin digər CÇM- lərdən fərqlənmədiyini bildirir:

«Azərbaycanda ümumiyyətlə cəzaçəkmə müəssisələri insan ləyaqətinin alçaldılması, tapdalanması üçün uyğunlaşdırılıb. Xüsusilə də Xələcdə 5 saylı Cəzaçəkmə müəssisəsi. Nə qədər orda vəziyyətin düzəldiyi bildirilsə də, əgər Salyanda dinc əhalinin su, istilik, elektrik problemi varsa, insanlar hüquq-mühafizə orqanları qarşısında öz hüquqlarını müdafiə edə bilmirlərsə, cəzaçəkmə müəssisələrində vəziyyətin fərqli olduğunu düşünmək absurddur və gülüncdür».

Şəkidə inşa edilən İstintaq Təcridxanası ilə bağlı həmin Təcridxanada cəza çəkmiş keçmiş siyasi məhbus Tofiq Yaqublu bildirir ki, bu müəssisə yenidir, müasir təcridxanadır; “Kameralar geniş, çarpayılar normaldır. Ancaq bir müddət keçdikdən sonra kameralara əlavə çarpayılar yerləşdirdilər. Soyuducuların sayı az idi. Evdən gələn sovqatı yerləşdirmək olmurdu və o üzdən ərzaq xarab olurdu. Gəncə İstintaq Təcridxanası isə köhnə tikilidir. Antisanitariya hökm sürür və kameralarda dəhşətli sıxlıqdır. Telefon danışıqları pulla verilir və qiyməti çox baha olur. Məhkəməyə aparılmış məhbusları geri qayıdarkən sıxlıq və antisanitariya olan yerə salırlar ki, onlar pul verib tezcə öz kameralarına keçsinlər”.

Tofiq Yaqublu qeyd edir ki, “Bakı İstintaq Təcridxanasında kameralarda çarpayı sayından çox məhbus yerləşdirirlər və nəticədə onlar növbə ilə yatmalı olurlar. Bu, yataq gigiyenasının kobud şəkildə pozulmasıdır. Şüvəlan İstintaq Təcridxanasında dəhşətli antisanitariya mövcuddur. Həmin Təcridxana köhnə tikilidir. Kameralarda tualetlər üstü açıqdır. Çarpayı və yemək stolu tualetə çox yaxındır”.

Cəza Çəkmə Müəssisələrində (CÇM) vəziyyət. Rəsmi məlumatlara görə Azərbaycanda həbs yerlərində 20 mindən çox məhbus saxlanılır. Qeyri- rəsmi məlumatlara görə isə məhbusların sayı daha artıqdır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində cəza çəkirlər. CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər barakda bəzən 150- 200 nəfər adam bir yerdə saxlanılır. Onların arasında hepatit (muxtəlif formada), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, Dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət cəkirlər.  Hər CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir- baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və Konvensiyaya muvafiq öhdəliklər götürüb, amma onlara əməl edilmir.

Dustaqlara verilən ərzaq və geyim keyfiyyətsizdir  və bu səbəbdən dustaqlar  evdən gətirilən ərzaq, geyim və yataq dəstlərindən istifadə edirlər. CÇM- lərdə dustaqlar ücün dükan var, lakin satılan ərzaq, siqaret və digər lazımi əşyalar həddindən artiq bahadır. Tibbi xidmət otaqlarında lazımi xidmət olunmur və buna görə agır xəstələr dərmanları evdən öz hesabına aldırırlar, bir çox CÇM- lərində dustaqlar ücün idman zalı yoxdur və ya bərbad vəziyyətdədir.                  

 CÇM- nə təzə gələn dustaqlara qarşı alçaldıcı formada (bir- birinin gözü qabağında lüt soyundururlar- red.) onların üzərində axtarış əməliyyatı aparılır və sonra "karantin" adlanan otaqda geyri- normal şəraitdə saxlayırlar. Məhbuslara verilən yataq dəstləri köhnə, keyfiyyətsiz və pis vəziyyətdədir. Həftələrlə, bəzən aylarla dəyişdirilmir. Bir çox hallarda dustaqlar yorğan- döşək və digər yataq dəstlərini evlərindən gətirməyə məcbur olurlar.

Həbs yerlərində dustaqlara verilən yeməklərlə bağlı heç bir yerdə yemək cədvəli asılmayıb. Dustaqlar bunu tələb edəndə bildirirlər ki, rəisin otağındadır (!?). Eyni zmanda heç bir yerdə dustaqlara çatası ərzaq, qeyri- ərzaq, geyim və digər ləvazimatlarla bağlı hər hansı siyahı, bildiriş yoxdur. Və bunları öyrənmək mümkün deyil. Bəzi CÇM- lərində dustaqlara yeməkxanalarda 2 cür yemək verilir; pulsuz və pullu yeməklər.

Müstəqil qəzetləri əldə etmək, abunə yazılmaq mümkün deyil. Poçt sistemi çox zəif işləyir. 10 km-lik məsafəyə, əlaqədar təşkillatlara göndərilən məktuba bəzən 2 aya cavab gəlmir.

Keçmiş siyasi məhbus Tofiq YaqubluCəzaçəkmə Müəssisələrində də vəziyyətin acınacaqlı halda olduğunu bildirir. O qeyd edir ki, “saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsində;

-          Ora gətirilmiş məhbusları qəbul edərkən döyürlər. Bunu profilaktik tədbir sayırlar ki, məhbus hara gəldiyini “yaxşı” dərk etsin və üzüyola olsun;

-          Məhbuslar baraktipli tikililərdə qalırlar. Burada dəhşətli sıxlıq, üfunət və havasızlıq olur. Çarpayılar ikiyaruslu olmaqla çox kiçikdir. Çarpayılar arasındakı məsafə olduqca kiçikdir. Hər barakda pullu (imkanlı) məhbuslar üçün nisbətən geniş və səliqəli otaqlar var;

-          Həbsxanaya müxalifət yönlü mətbuat buraxılmır;

-          Həbsxananın ərazisi abad deyil, həbsxananın həyətindəki tualet namünasib və çirklidir;

-          Məhbusların yemək bişirdikləri mətbəx dəhşətli dərəcədə natəmiz, pinti və şəraitsizdir;

-          Məhbuslar şəxsi ərzaqlarını saxlamaq üçün divarboyu rəflərdəki yeşiyi pulla almalıdırlar.

-          Həbsxanada qrup halında dava- dalaş olanda konkret günahkarlardan savayı daha çox məhbusu şiddətli döyməklə cəzalandırırlar;

-          Kitabxana çox kiçik otaqda yerləşdirilib və s.

Danışıq məntəqəsinin dar olması və telefon aparatlarının sayının az olması ucbatından məhbuslar uzun növbəyə durmalı olurlar. Növbətçilik təmin olunmur. Stadion kələ- kötür bir sahədir və mətbəxin kanalzasiyasının bir hissəsi birbaşa bu sahəyə axır.

Həbs yerlərində korrupsiya halları mövcuddur. Dustağa gətirilən pulun 10%- ni götürürlər. Telefon danışığı pulludur. Vaxtından əvvəl 1/3- lə azadlığa çıxmaq üçün pul verilməlidir. Yaxşı yerdə çarpayıda yatmaq üçün rüşvət verməlisən. Dustağın yanına soyuducu gətirmək üçün 100 manat rüşvət verməlisən. Ərzaq və paltar qoymaq üçün yeşik saxlamağa pul verməlisən və s”.

Yeri gəlmişkən qeyd edək ki, Qaradağ rayonu Buta qəsəbəsində yerləşən 13 saylı CÇM daş karxanalarının arasında yerləşir, ekoloji baxımdan əlverişsiz və insan həyatı üçün təhlükəli olduğundan həmin müəssisəni bəzən “ölüm düşərgəsi” adlandırırlar. Bir sıra yerli və beynəlxalq təşkilatlar həmin CÇM- nin ləğv edilməsini tələb etsə də müəssisə fəaliyyətini davam etdirir. Əksinə hakimiyyət daha çox qəzəbli və qərəzli olduğu siyasi məhbusları bir çox hallarda 13 saylı CÇM- nə göndərir.

Məhbuslara verilən yeməyin keyfiyyəti barədə. Istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə Müəssisələrində məhkumlara verilən yeməyin keyfiyyəti çox aşağıdır. Minlərlə məhkumun 20- 30%- i bu yeməklərdən istifadə edir, böyük əksəriyyət isə evdən gələn ərzaqla qidalanırlar. Dövlətin hər məhkum üçün ayırdığı ərzaq normasının həcmini və hara getdiyini bilən yoxdur. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 2014- cü ildə Penitensiar Xidmətə rəsmi sorğu ilə müraciət edərək Azərbaycanda bir məhbusun saxlanmasının dövlətə hansı həcmdə maliyyə vəsaiti hesabına başa gəldiyini öyrənmək istəsə də təəssüf ki, adı çəkilən qurum qanunvericiliyə zidd olaraq ictimai vəsait olan dövlət büdcəsindən xərclənən vəsaitlə bağlı məlumatı verməkdən imtina edıb. Amma Avropa Şurası ekspertlərinin apardığı hesablamalara görə Azərbaycanda 1 dustağın saxlanmasına 2010-cu ildə gündəlik 8,79 avro ayrılıb. Avropa ölkələri ilə müqayisədə bu rəqəm çox azdır. Amma Azərbaycan reallığında dustağın ərzaq təminatı üçün faktiki xərclənən vəsait qeyd olunan vəsaitin həcmindən də azdır. Nəzərə alaq ki, bu rəqəm 8 il bundan öncəki bazar qiyməti ilə qeyd olunub. Göründüyü kimi dustaqların ərzaq təminatının ödənməsi üçün ayrılan maliyyə vəsaiti onlara faktiki olaraq verilən ərzaq, qida maddələri və yeməyin keyfiyyəti və həcminə adekvat deyil.

Həbsxana və müvəqqəti saxlama təcridxanalarındakı vəziyyətə beynəlxalq baxış. Azərbaycandakı saxlanma və həbs yerlərində vəziyyətlə bağlı vaxtaşırı olaraq beynəlxalq təşkilatlar və qurumlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Dövlət Departamenti, Amnesty İnternational, Human Rights Watch təşkilatı və s.) tərəfindən açıqlanan hesabatlarda məlumat və münasibətlər yer alır. Bu istiqamətdə son 3 ildə yayılan hesabatları ümumiləşdirsək bu qənaətə gəlmək olar ki, “Azərbaycanda həbsxana şəraiti ağır olaraq qalmışdır və infrastrukturun təkmilləşdirilməsinin davam etdirilməsinə baxmayaraq bəzi həbsxanalardakı şərait həyat üçün təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yolxucu xəstəliklərin yayılması probleminə səbəb olmuşdur” (ABŞ Dövlət Departamentinin Hesabatından; http://photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/).

Hesabatlarda qeyd olunur ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Dövlət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsəsən gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırırlar.
Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxuyurlar. Həbsxana uçot sistemi lazımi səviyyədə təşkil edilməyib və s.

Həbs yerlərində dustaqların saxlanma sıxlığı. Yuxarıda qeyd olunduğu kimi Azərbaycanda mövcud olan həbs yerlərinin əksəriyyəti Sovet dövründə tikilib və müasir tələblərə cavab vermir. Digər tərəfdən son illər ölkədə həyata keçirilən geniş miqyaslı həbslərdən dolayı həbsxanalarda dustaqların saxlanma sıxlığının artdığı müşahidə olunmaqdadır. Aparılan araşdırmalar göstərir ki, istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə Müəssisələrində dustaqlar üçün nəzərdə tutulan adam başına saxlanma tutumu normadan artıqdır. Bir dustaq üçün saxlanma sıxlığı minumum 4 kv.m nəzərdə tutulduğu halda (bax; “Həbs yerində saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, Maddə 21.2) bu rəqəm bir çox hallarda 2- 2, 5 kv. m-ə düşür. İstintaq Təcridxanalarında (məsələn, 3 saylı Şüvəlan İstintaq Təcridxanası-red.) dustaqların saxlandığı kameralarda hündürlüyü 1 metr olan üstü açıq ayaq yolu var. Ümumi yaşayış sahəsinə daxil olan ayaq yolları kameralarda sanitar və havalanma nöqteyi- nəzərdən problemlər yaradır.

Aşağıdakı cədvəldə dustaqların saxlanma sıxlığı (kamera və baraklarda) real duruma uyğun qeyd olunub;

Cədvəl 1.

Həbs yerlərində dustaqların saxlanma sıxlığı (nəfər/kv.m-lə)

Sıra sayı Kamera və barakların ümumi sahəsi

Normada saxlanmalı olan

dustaqların sayı

Faktiki saxlanılan dustaqların sayı
1. 4 kv.m 1 nəfər 1- 2 nəfər
2. 8 kv.m 2 nəfər 3- 4 nəfər
3. 16 kv.m 4 nəfər 5- 6 nəfər
4. 40 kv.m 10 nəfər 13-15 nəfər
5. 60 kv.m 15 nəfər 20- 25 nəfər
6. 120 kv.m 30 nəfər 40- 45 nəfər
7. 200- 240 kv.m 50- 60 nəfər 80- 120 nəfər
8. 320- 360 kv.m 80-90 nəfər 130- 180 nəfər

Qışda kamera və baraklarda temperatur 18 dərəcədən aşağı olmamalıdır. Amma bəzən saxlanılan yerlər o qədər soyuq olur ki, dustaqlar evdən gətirdikləri 2 yorğana bürünüb yatırlar.

Dustaqların yanına gələn məhbus ailələri və yaxınları üçün həbs yerlərində gözləmə yerləri ya yoxdur, ya da bərbad vəziyyətdədir. Mövcud olan əksər gözləmə “sığınacaq”-ları isə uçuq- sökük, toz- torpaq içində, anti- sanitariya vəziyyətindədir. Qışda soyuqdan, yayda isə istidən orda dayanmaq mümkün deyil. Həmin yerlərin sərinləşdirici ventiliyasiya və istilik sistemi yoxdur.

Müalicə Müəssisəsində vəziyyət. Ədliyyə nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə almış keçmiş məhbusların verdiyi məlumatlara görə adı çəkilən müəssisədə saxlanma şəraiti və mualicə acınacaqlı və çox bərbad vəziyyətdədir. Tibbi xidmət çox zəifdir, pulu olmayan məhkumlar ciddi şəkildə müayinə və müalicə olunmurlar. Bir-iki ağrıkəsici dərmandan başqa heç nə verilmir.

Şöbələrdə antisanitariya hökm sürür. Hər şöbədə (100 - 120) xəstə ücün bir sanitar qovşagı var, palatalarda muxtəlif xəstəliklərdən (vərəm, Hepatit, SPİD və s.) əziyyət çəkən dustaqlar bir yerdə yerləşdirilir. CÇM- dən hospitala “naryad” almaq ücün sistemləşdirilmiş şəkildə rüşvət verilməlidir. Qapalı və xüsusi tipli rejimlər ücün “naryad” sirf Penitensiar Xidmətin göstərişi ilə verilir. Narkomaniyadan mualicə yalnız kağız üzərində aparılır. Bu cür “mualicə”-ni almamış məhkum cəza müddətindən əvvəl azad ola bilmir, ona görə tələb olunan rüşvəti verməyə məçbur olur. Məhbusların Müalicə Müəssisəsinə köçürülməsi zamanı bəzən onlar arasında ayrı- seçkilik edilir. İmkansız və həbsində siyasi motivlər olan məhbusların Müalicə Müəssisəsinə köçürülməsi aylarla yubadılır, bəzən isə imkan verilmir.

Əsassız həbslər və saxlanılanlarla rəftar.Bir çox yerli və beynəlxalq tənqidlərə baxmayaraq ölkədə qanunsuz və əsassız həbslər azalmaq əvəzinə artmaqdadır. Bir növ polis, hüquq- mühafizə orqanları nəyin bahasına olursa olsun insanları cəzalandırmaq üçün onları həbs etməyə daha çox meyllidir. Bu meyl sərt inzibati idarəetmə tələbindən doğmaqla, ölkədə qorxu xofunun möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, həm də korrupsiya faktorundan irəli gəlir. Yəni həbs olunanların böyük əksəriyyəti həbs edənlərin hədəfində həm də potensial gəlir mənbəyidir. Son illər genişlənən qanunsuz həbslər təkcə sıravi şəxslərin deyil, ictimai- siyasi fəalların da say artımı ilə müşahidə olunmaqdadır. Məsələn, ölkənin aparıcı müxalifət partiyalarından olan AXCP- nin yalnız rəhbərliyinə daxil olan 10- a yaxın şəxs qanunsuz həbs həyatı yaşayır. Müsəlman Birliyi Hərəkatının sədri, sədr müavini (Taleh Bağırzadə və Elçin Qasımov- red.) başda olmaqla təşkilatın bütün İdarə heyəti üzvləri, aparıcı fəalları həbsdədir. NİDA Vətəndaş Hərəkatının 5 tanınmış üzvü həbsdədir. Musavat və İslam partiyasının da bəzi üzvləri qanunsuz həbs həyatı yaşayır və s.

Aparılan araşdırmalar göstərir ki, ictimai siyasi fəallar daha çox Hakimiyyəti zorla ələ keçirmə (Maddə 278), Hakimiyyət nümayəndəsinə müqavimət (315- ci maddə), Narkotika (234- cü maddə), Xuliqanlıq (221- ci maddə), Qanunsuz silah gəzdirmə (228- ci maddə), Qanunsuz hərbi birləşmələrdə iştirak, İğtişaşlara çağırış və iştirak (220.1, 220.2- ci maddə), Vəzifə səlahiyyətlərindən sui- istifadə (308- ci maddə), qanunsuz sahibkarlıq və vergidən yayınma və s. qondarma maddələrlə ittiham olunaraq həbs edilirlər.

“Əsassız həbs və ya saxlama qanunla qadağan olunsa da, hökumət ümumilikdə bu qadağalara əməl etməmiş və cəzasızlıq problem olaraq qalmışdır”. Bu barədə qeyd ABŞ Dövlət Departamentinin, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında və bəyanatlarında vaxtaşırı əks olunur. Siyasi cəhətdən fəal olan və digər şübhəli şəxslər bəzən polis təcridxanasında olarkən bir neçə saat və yaxud bir neçə gün ətraf mühitdən təcrid olunmuş şəraitdə saxlanılıblar. Dövlət orqanları tərəfindən tez-tez siyasi motivlərə söykənən və adi məhkəmə işləri zamanı vəkillərin öz müştəriləri ilə görüşmələrinə icazə verməməsi halları mövcuddur. Məsələn, Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə 26 noyabr 2015- ci ildə həbs olunarkən uzun müddət onun vəkili ilə görüşünə icazə verilməmiş, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xarici aləmdən təcrid olunmuş vəziyyətdə saxlanılıb və işgəncələrə məruz qalıb.

2017- ci ilin baş vermiş ən səs- küylü və əsassız həbslərindən biri AXCP-nin sədr müavini, Milli Suranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlının həbsidir. O, 25 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax rayonu ərazisində yerləşən “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçərkən çantasına 12 min ABŞ dolları qoyularaq həbs edilib. O, Cinayət Məcəlləsinin 206.1- ci maddəsi ilə (qaçaqmalçılıq) ittiham edilərək 3 il müddətə azadlıqdan məhrum edilib.

Gözəl Bayramlı səhhətində yaranan ciddi problemlərə görə vaxtaşırı müayinə və müalicə məqsədi ilə tez- tez qonşu Gürcüstana gedirdi. Belə səfərlərin birində ölkəyə qayıdarkən həbs olunub. Onun həbsindən 21 gün əvvəl- 04 may 2017-ci il tarixdə hakimiyyətin maraqlarına xidmət edən virtualaz.org saytında Eynulla Fətullayev “Gürcüstanda gizli antiazərbaycan yuvaları-görüşlər, pullar, təlimatlar” başlıqlı məqaləsində Gözəl Bayramlıya qarşı “Emissarlarla görüşüb, pul və təlimatlar alıb, geri qayıdıb” kimi əsassız ittihamlar irəli sürüb.

Əfqan Muxtarlının həbsi. Gözəl Bayramlının həbsindən bir neçə gün sonra müstəqil araşdırmaçı jurnalist, oturum izni alaraq Gürcüstanda yaşayan Əfqan Muxtarlı mayın 29-u Tbilisidə yaşadığı evin yaxınlığında oğurlanıb başına torba keçirilərək zorla Azərbaycana gətirilərək absurd ittihamlarla həbs edilib. 2017- ci ilin may ayında Gürcüstanda yaşayan iş adamı, “Lanset” klinikasının təsisçisi Fərman Ceyranlı da həbs olunub. Xatırladaq ki, hər üç şəxsin Azərbaycan hakimiyyəti üçün təhlükəli şəxs olması yuxarıda adı çəkilən “Gürcüstanda gizli antiazərbaycan yuvaları-görüşlər, pullar, təlimatlar” adlı yazıda qeyd olunub.

Azərbaycan hüquq- mühafizə orqanları oğurlanıb Bakıya gətirilən Əfqan Muxtarlını üzərində 10 min avro ilə sərhədi qanunsuz keçməkdə ittiham edərək ona qarşı sərhədi qanunsuz keçmə (Maddə 318.1), qaçaqmalçılıq (Maddə 206.1) və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək (Maddə 315.2) ittihamı irəli sürülüb. O, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib ki, Ə.Muxtarlı dostları ilə görüşdükdən sonra evə gələrkən ona zəng edib və yolda olduğunu bildirib. O qeyd edib ki, Ə.Muxtarlının həmin vaxt üzərində bir neçə lari məbləğində pulu varmış, xarici pasportu isə üzərində deyil, evdə olub.

Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranı olan Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda fəal iştirak etmiş, “Silahlı Qüvvələrin tender gizlinləri”, “Əliyevlərin Gürcüstandakı biznesləri” (https://www.meydan.tv/en/site/politics/8759/, https://www.meydan.tv/en/site/society/9330/, https://www.meydan.tv/az/site/politics/9580/ və s. adlı araşdırma- yazıların müəllifidir. O bu yazılarda hakim ailənin Gürcüstandakı biznes gizlinlərini açır, dövlət büdcəsindən mənimsəmələr və korrupsiya hallarını kəskin tənqid edib (https://iwpr.net/people/afganmukhtarli, http://reporter.ge/tag/aphgan-mukhtarli/).

Ə. Muxtarlının həbsində hüquqi pozuntular. Əfqan Muxtarlının hüquqlarını müdafiə edən vəkillər, ictimai müdafiəçiləri və həyat yoldaşı Leyla Mustafayeva onun həbsini Azərbaycan və Gürcüstan hüquq- mühafizə orqanlarının öncədən planlaşdıraraq siyasi sifariş əsasında birgə həyata keçirdikləri əməliyyat hesab edirlər. Jurnalistin vəkilləri bildirir ki, həbs və istintaq dövründə onun bir sıra hüquqları kobud şəkildə pozulub. Bu pozuntuların aradan qaldırılması və istintaqın obyektiv, hər tərəfli həyata keçirilməsi ilə bağlı vəkillərin verdiyi bütün vəsatətlər rədd edilib. İstintaq orqanı faktiki olaraq bununla da ibtidai araşdırmanın ilkin dövründən müstəqil və obyektiv araşdırma aparmaq imkanlarından imtina edib. Jurnalistin vəkillərindən olan Elçin Sadıqovun verdiyi və rədd edilən vəsatətləri aşağdakılardır:

  1. 1.Ə.Muxtarlının üzərindən çıxdığı iddia edilən 10 min Avronun üzərindəki əl-barmaq izlərinin çıxarılması və kimə məxsus olması barədə ekspertiza keçirilsin; 
  2. 2.Sərhəd zastavasının 29 may 2017-ci il tarixə saat 20:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan müşahidə və təhlükəsizlik kameralarının videolent yazıları və görüntüləri təqdim edilsin; (Həmin vəsatət təmin olunsaydı Ə.Muxtarlının sərhəd zastavasına avtomobildə gətirilib gözübağlı şəkildə avtomobildən düşürülüb zasatavanın inzibati binasına salındığı sübut ediləcəkdi və onu gətirən xüsusi təyinatlıların şəxsiyyətini müəyyən etməyə imkan verəcəkdi- red.) 
  3. 3.Əfqan Muxtarlının bədəni üzərindəki xəsarətlərin müayinə edilməsi üçün dərhal məhkəmə tibbi ekspertizası təyin edilsin; (Müstəntiq ekspertin səlahiyyətlərini mənimsəyərək belə nəticəyə gəlib ki, Ə.Muxtarlının bədənində heç bir xəsarət yoxdur, ona görə bu vəsatət də təmin olunmamalıdır. Halbuki ekspertiza rəyi olmadan müstəntiq də daxil olmaqla heç kəsin belə fikir söyləmək hüququ yox idi- red.)

Eyni pozuntular Balakən rayon məhkəməsində davam etdirilmiş və Əfqan Muxtarlı 6 il müddətə azadlıqdan məhrum edilib.

ABŞ Dövlət Departamenti, Amnesty İnternational təşkilatı, Avropa Parlamenti və digər qurumlar   Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə bağlı müvafiq sənədlər qəbul edib, hər iki şəxsin həbsindən narahatlıq ifadə edərək Azərbaycan hökümətini onları və həbsində siyasi motivlər olan digər məhbusları azadlığa buraxmağa çağırıb.

Həbs yerlərində işgəncə halları…

Yerli və beynəlxalq qanunvericilik həbs edilən şəxslərə qarşı işgəncə əməllərini qəti şəkildə qadağan etsə və buna görə ağır cəza nəzərdə tutulsa da ölkə həbsxanalarında dustaqlara qarşı işgəncə halları davam etməkdədir. Həbs edilən şəxslərə qarşı insan ləyaqətini alçaldan münasibətin göstərilməsi, onların qəddarlığa və işgəncələrə məruz qalması həm müvəqqəti saxlama və istintaq təcridxanalarında, həm də cəza çəkmə müəsissələrində həyata keçirilir. İşgəncə təkcə fiziki zor tətbiq etməklə deyil, insan ləyaqətini alçaldan münasibətə məruz qoymaq, qeyri- əlverişli saxlama şəraiti, aşındırıcı pisxoloji münasibət, diskriminasiya və s. hərəkətlərdə özünü biruzə verir. Həbs olunan bir çox dustaqların, onların yaxınlarının, vəkillərinin verdiyi məlumatlara əsasən təhlükəsizlik qüvvələri saxlanılan şəxsləri etirafedici ifadələr almaq, qorxutmaq və s. məqsədilə döyüb. Cəzasızlıq problem olaraq qalır. Verilən məlumatlara əsasən pis rəftar olunduqlarını bildirən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət orqanları de- fakto qadağa qoyur, onların vəkillə təmin olunmaları yubadılır. Cərimə təcridxanasına salınan dustaqlar elə hallar olur ki, şiddətli şəkildə döyülür. Qeyri- rəsmi məlumatlara görə döyülərək dəli edilmiş onlarla məhkum var.

Siyasi məhbuslara təzyiqlər və işgəncələr. Son zamanlar həbsdə olan siyasi məhbusların saxlanma şəraitində problemlərin və onlara qarşı təzyiqlərin, işgəncələrin artdığına dair məlumatlar qeydə alınmaqdadır. Eyni zamanda bir çox ictimai fəallar həbs olunarkən və ya həbsdə saxlandığı müddətdə işgəncələrə, qəddarlığa, insan ləyaqətini alçaldan münasibətə məruz qalıblar.

Saxlanılan şəxslərə qarşı son illər ən böyük və total işgəncə hərəkətləri “Nardaran işi” ilə bağlı həbs olunan şəxslərə qarşı həyata keçirilib. Onlar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hadisə günü (26 noyabr 2015- ci il) və hadisədən sonra adı çəkilən idarədə ağır işgəncələrə məruz qalıblar.  Taleh Bağırzadə və digər təqsirləndirilən şəxslər məhkəmədə verdikləri ifadələrində bildiriblər ki, Nardaran kənd sakini Fərahim Bünyatovu DİN BMCMİ- nin əməkdaşları onların gözü qarşısında Nardaranda mebel maşınında avtomatın qundağı ilə döyə- döyə öldürüblər. MBH- nın Mətbuat Xidmətinin rəhbəri Əbülfəz Bünyatov aldığı ağır zərbələr nəticəsində belı sınıb. Bədənin yarısı iflic vəziyyətindədir, cürümə gedir. Ağır yataq xəstəsi olmasına baxmayaraq həbsdədir. 26 noyabr 2015- ci ildə hadisə zamanı güllə- boran edilən şəxslərdən Cahad Balakişiyevin, Şamil Əbdüləliyevin və Bəhruz Əsgərovun bədənində 3 ildən çoxdur ki, güllə qəlpəsi var. Onların bədənindən qəlpənin çıxarılmasına və müalicə olunmalarına imkan verilmir, şərait yaradılmır.

Həbsdə olanlara fiziki zorakalıqla yanaşı psixoloji işgəncə veriblər. Müsəlman Birliyi Hərəkatında təbliğat şöbəsinə rəhbərlik edənSeyfəddin Şirvanov məhkəmədə bildirib ki, onu əvvəlcə 13-cü polis bölməsinə, ordan isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Seyfəddin Şirvanov deyir ki, orada onu həyat yoldaşını həbs etməklə hədələyiblər: “Mənə evimdən guya silah çıxması barədə sənədə qol çəkdirmək istədilər. İmzalamaqdan imtina elədim. Dedilər ki, “həyat yoldaşın imzalayıb, əgər sən imtina eləsən, hamilə arvadını tutub, silahı onun adına yazacağıq”. Mən də qorxumdan imzaladım. Bir neçə aydan sonra yoldaşımla danışanda soruşdum, dedi ki, gəlib axtarış aparıblar, amma heç nə tapa bilməyiblər. Onda başa düşdüm ki, məni aldadıblar”.

MBH fəalı Ramil Əliyev məhkəmədə verdiyi ifadə zamanı bildirib ki, "Bandotdel"-də mənim başıma o qədər vurdular ki, axırda huşumu itirdim. Mənim əsəblərim orada pozulub".

Elçin Qasımov məhkəməyə işgəncələrlə bağlı şikayət təqdim edib. Onun sözlərinə görə, 2015-ci il noyabrın 5-də Sabunçu polis idarəsində 70-ə yaxın saxlanılan şəxsi döşəməyə yatmağa məcbur edən polislər onların üstündə gəziblər.

Vəkil Yalçın İmanov təqsirləndirilən şəxslərə verilmiş işgəncələrlə bağlı bildirib ki, həbs edilən şəxslərin hammısına işgəncə verilib; “Həm həbs edilərkən, həm də sonradan “bandotdel”- də saxlandıqları müddətdə onlara ağır işgəncələr verilib. Yaxınları və ailə üzvləri ilə hədələniblər. Ailə üzvlərinin, xüsusən həyat yoldaşlarının, ana və bacılarının “bandotdel”- ə gətirilib rüsvay ediləcəyi ilə hədələniblər (Məsələn, Cabbar Cabbarov, Rasim Cəbrayılov, Zakir Mustafayev, Abbas Quliyev və s.). İşgəncələr mütəmadı döymə, fiziki əzab vermə, zorlamaqla, axtalamaqla hədələmə və s. olub”.

Təəssüf ki, Taleh Bağırzadənin və digərlərinin igşəncəyə məruz qalmasına hüquqi qiymət verilməsi və ölçü götürülməsi ilə bağlı məhkəmə tərəfindən hər hansı addım atılmayıb. İşgəncə hallarının araşdırılması ilə bağlı Elçin Qasımovun rəsmi müraciətini hakim Mail Bayramov Baş Prokurorluğa göndərsə də heç bir nəticə olmayıb.

Amnesty İnternational təşkilatı 06 fevral 2017- ci ildə yaydığı "Azərbaycan: "Nardaran işi"-ndə işgəncə və ədalət mühakiməsi" adlı sənəddə də qeyd olunur ki, işgəncə altında alınmış etirafedici ifadə sübut üçün əsas sayıla bilməz.(https://www.amnesty.org/fr/documents/eur55/5633/2017/en/)

MBH- nın fəalı, 20 il həbs cəzasına məhkum edilmiş siyasi məhbus Abbas Hüseyn saxlandığı Qobustan Qapalı Həbsxanasında isti yay ayında- avqustda həbs yerində günorta dirəyə bağlanılaraq saatlarla qızmar günün altında saxlanılıb. Çarmıxa çəkilərək işgəncəyə məruz qalıb. Onun alçaldıcı formada işgəncələrə məruz qalması ilə bağlı məsələni ictimailəşdirdikdən sonra onun vəkili Yalçın İmanova qarşı təzyiqlər başlamış və o Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib (https://www.bbc.com/azeri/azerbaijan-42056790).

3 il 8 ay həbs həyatı yaşamış və 2018- ci ilin may ayında azadlığa çıxmış keçmiş siyasi məhbus, 7gün.az saytının baş redaktoru Cavid Şirəliyev bildirir ki, hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan istənilən şəxsdən etirafedici ifadə almaq üçün onlara müxtəlif işgəncələr verilir; “Müvəqqəti saxlama yerlərində onları günlərlə döyürlər. Mən 30 avqust 2014-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb elə həmin gün DİN-in BMCMİ-nə gətirilmişəm. Sözügedən idarənin müvəqqəti saxlama yerinin normal şəraiti olsa da, burada da saxlanılan şəxslərdən etirafedici ifadə almaq üçün işgəncələr (xüsusi vasitələr tətbiq etməklə döymə, elektrik cərəyanı vermə və.s) verilir. Polis əməkdaşları məndən rəhbəri olduğum 7GUN.az saytının idarəetmə panelinin login və parolunu öyrənmək üçün, həmçinin saytdakı yazılar və youtube sosial şəbəkələrində yaydığım videolara görə bir neçə gün axşam saatlarında məni döyürdülər. İki ayaq barmaqlarımın dırnaqlarını çıxarmışlar. Nəticədə dəfələrlə huşumu itirmişdim. On gün sonra Penitensiar Xidmətin 1 saylı İstintaq təcridxanasına köçürüldüm”.

Həbsdə olduğu müddətdə 9 saylı CÇM- də siyasi məhbus Rüfət Səfərovla birlikdə işgəncələrə məruz qalması barədə C. Şirəliyev deyir; Rüfət Səfərovla 6 ay 9 saylı CÇM- də olmuşuq. Dustaqlara qarşı baş verən qanunsuzluqlara Rüfət bəylə bir yerdə etiraz edərək 22 avqust 2017- ci ildə aclıq aksiyasına başladıq. Dərhal bizim hər ikimizi ayrı- ayrılıqda vəhşicəsinə döyüb “kars”-a saldılar. Döyülmə nəticəsində mənim 3 dişim və burnum sındı. Aldığım işgəncə nəticəsində səhhətimdə yaranan ciddi problemə görə Müalicə Müəssisəsinə göndərildim. Müalicə olunarkən öyrəndim ki, mənim adımdan Rüfət Səfərovun əleyhinə saxta izahat yazıblar. Rüfət Səfərovun ailə üzvlərinin verdiyi məlumata görəkeçmiş prokurora müxtəlif formada işgəncə veriblər; “Axırıncı dəfə onu cəzalandırarkən carmıxa çəkməkləri, təpik-şilləyə, yumruğa tutmaqları bir yana, ürəkləri soyumadığından yerə yıxıb dubinka ilə o ki, var çırpıblar. Sonra üzərinə bir vedrə soyuq su töküblər. Müəssisənin Füzuli adlı əməkdaşı Rüfətə “vətən xaini” deyərək asfalt döşəmədə uzanıqlı vəziyyətdə təpiyi ilə onun başını əzməyə başlayıb. Bundan sonra Rüfətdə güclü qan təzyiqi əmələ gəlib. Baş arğılarından yuxusunda da problemlər yaranıb. Sonuncu dəfə “kars”-a salındıqda 9 saylı cəzaçəkmə müəssisəsinin tərbiyəvi məsələlər üzrə rəis müavini Azər Bağırzadə tutduğu vəzifədən qovulub. Bu ad sosial şəbəkə istifadəçilərinə yaxşı bəllidir. Həmin Azərdir ki, Rüfətin əl-ayaqlarını dəmir çarpayının dirəklərinə qandallayıb. O səhər radələrindən axşam saatlarınadək zəncirlənmiş vəziyyətdə qalıb, Dəhşətli işgəncələr azlıq edirmiş kimi, həmin bu Azər vəhşicəsinə zəncirləmə işini həvəslə icra edib. Yalnız Ombudsman Aparatının əməkdaşları Rüfətə baş çəkdikdən sonra o, zəncirdən azad ola bilib”. 

Həbs yerlərində təkcə siyasi məhbuslara deyil, digər dustaqlara, o cümlədən hakimiyyət daxili mübarizənin nəticəsi olaraq siyasi motivlərlə həbs olunmuş bəzi şəxslərə qarşı da təzyiq və diskriminasiya göstərilib. Məsələn, 13 saylı CÇM- də saxlanılan Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin özünü müdafiə xarakterli yazısı vəkilləri vasitəsi ilə informasiya resurslarında dərc edildikdən sonra ona qarşı təzyiqlər güclənib. Özünü ifadə etmək hüquqları məhdudlaşdırılıb, 15 gün müddətinə “kars”-a salınıb. Dərmanlar, geyim, yemək, telefon danışıqlarından məhrum edilib. Xəstə vəziyyətdə müayinə və müalicəsinə imkan verilməyib, psixoloji təzyiqlərə məruz qalıb. Uzun müddət xarici aləmdən təcrid edilib. 15 sentyabr 2017- ci ildən 2018-ci ilin 29 yanvarına qədər vəkilləri ilə, eləcə də bacısı Əminə Hacıyeva ilə görüşlərdən məhrum edilib. Bu hadisədən sonra onun vəkilinin birinin fəaliyyəti bir il müddətinə dayandırılmış, digər vəkilinə isə töhmət verilib və s.

Həbs yerlərində ölüm halları...

Aparılan araşdırmalar göstərir ki, Azərbaycan həbsxanalarında məhbuslara verilən işgəncələr nəinki aradan qaldırılır, əksinə bəzən bu işgəncələr ölümlə nəticələnir. Son zamanlar elə bir il olmur ki, işgəncə nəticəsində məhbus dünyasını dəyişməsin. Bir çox hallarda bu faktlar ört- basdır edilir və məhbusun ölümü başqa səbəblərlə əlaqələndirilir. ABŞ Dövlət Departamentinin illik Hesabatında qeyd olunur ki, Azərbaycan həbsxanalarında yalnız işgəncə nəticəsində bir ildə ən azı 4 ölüm faktı qeydə alınıb.

Mehman Qələndərovun ölümü.İctimai fəal, blogger Mehman Qələndərov Gürcüstanda mühacir həyatı yaşadığı vaxt Azərbaycan hakimiyyəti əleyhinə Tbilisidə keçirilən "Biz kral istəmirik!", eləcə də “siyasi məhbuslara azadlıq” aksiyalarının təşkilatçılarından və iştirakçılarından olub. Tbilisidən Bakıya qayıtdıqdan sonra 07 fevral 2017- ci ildə Facebook sosial şəbəkəsində "Hamımız Qiyas olaq, qul olma!" statusunu yazıb məlumat paylaşaraq Bakıda Heydər Əliyevin heykəli önünə gedərək "heykəl məhbusları" Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələb edib, tək başına aksiya keçirib. Aksiyadan dərhal sonra narkotika ittihamı ilə şərlənərək həbs olunub.

Mehman Qələndərov həbsindən sonra Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən siyasi məhbus kimi tanınıb. 28 aprel 2017- ci ildə Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə həyatına son qoyulub.

Onun müəmmalı ölümü ilə bağlı hüquq müdafiəçiləri tərəfindən məlumat ictimailəşdirildikdən sonra Penitensiar Xidmət bildirdi ki, o, hazırda öz kamerasında sağ- salamatdır (!?). Yaxınları onun ölümünü təsdiqlədikdən və mərhumun yaxın dostu Qələndər Muxtarlı onun nəşini morqda gördükdən sonra aidiyyatı qurumlar meyidin yaxınlarına verilməsindən imtina ediblər. Mehman Qələndərov aprelin 30- da Bakı İstintaq Təcridxanasının yaxınlığında gizlicə dəfn olunub. Mehmanın atası, anası və öz ailəsi yoxdur. Qohumlarına ciddi təzyiqlər edilib. Hətta ona yas vermək də qadağan olunub. Penitensiar Xidmətin yaydığı məlumatda onun saxlandığı kamerada intihar etdiyi bildirilsə də onu yaxından tanıyanlar M. Qələndərovun intihar etməsinə inanmadıqlarını bildiriblər. Onun möhkəm iradəli bir adam olduğunu qeyd edir və həbsxanada öldürüldüyü ehtimalını irəli sürürlər.

Mehman Qələndərov həbs edilən zaman ağır işgəncələrə məruz qalıb, ona qarşı qeyri- insani münasibət göstərilib. Onu təhdid edərək həbsxanadan sağ çıxmayacağını bildiriblər.

Vətəndaş cəmiyyəti fəalları Mehman Qələndərovla bağlı ictimai dinləmələr təşkil etmiş, hüzr məclisi təşkil etmişdilər. Penitensiar Xidmət müstəqil mətbuat və vətəndaş cəmiyyəti nümayəndələrinin M. Qələndərovun saxlandığı kameraya baxış keçirilməsi ilə bağlı istəyinə imkan verməyib. Prokurorluq ölüm faktı ilə bağlı cinayət işi açsa da sonradan ləğv edib.

ABŞ Dövlət Departamentinin 2018- ci il Hesabatında Mehman Qələndərovun Kürdəxanı təcridxanasında ölümü “müəmmalı ölüm” adlandırılır. Qeyd olunur ki, rəsmilər onun özünü asdığını bildirsələr də, bu iş üzrə heç bir araşdırma aparılmayıb, bloggerin özü isə tələm-tələsik basdırılıb.

Avropa Birliyi və Amnesty İnternational təşkilatı da Azərbaycan hakimiyyətini bloggerin ölümünü araşdırmağa çağırıb.

Polis bölməsində ölüm halları. Ölüm halları təkcə Cəza Çəkmə Müəsissələrində deyil, polis şöbələrində də qeydə alınır. Təəssüflə qeyd etmək lazımdır ki, polis bölmələrində ölüm halları davam etməkdədir və yuxarı dövlət orqanları bu halların qarşısını almaqda nəinki maraqlı görünmür, əksinə, hadisəni törədənlər məsuliyyətə cəlb edilmir, aidiyyatı qurumlar (DİN və Baş prokurorluq) ictimaiyyətə hadisə barədə yanlış məlumat verərək, polis özbaşınalığını gizlətməyə çalışırlar. Həmçinin öldürülən şəxsin yaxın qohumları dövlət orqanları tərəfindən təhdid edilərək qorxudulur və ya nəyinsə qarşılığında ələ alınaraq susdurulur...

Astara rayon Şiyəkəran kənd sakini Bəhram İmamverdiyev 14 fevral 2018-ci il tarixdə Astara rayonunda polis tərəfindən saxlanılıb və polis şöbəsinə aparılıb. Bir müddət sonra polis şöbəsindən bildirilib ki, Bəhram İmamverdiyev saxlama kamerasında özünü asaraq intihar edib. Astara polisində ölü tapılan B. İmamverdiyevin anası Bonu İmamverdiyeva bildirib ki, oğlu Astara polis şöbəsində işgəncə ilə öldürülüb (http://www.faktxeber.com/News_h509569.html)Daxili İşlər Nazirliyi bu iddianı rədd edib, hər hansı işgəncə faktı olmadığını bildirib. Baş Prokurorluqda isə özünüöldürmə həddinə çatdırma ilə bağlı cinayət işi açılıb.

DİN bildirib ki, mərhumun anasının ittihamları "əsasızdır, həqiqiətdən uzaqdır və şantaj xarakteri daşıyır (!?). Bəhram İmamverdiyev polis tərəfindən oğurluqda şübhəli bilinərək saxlanıb və bu zaman onun üzərindən oğurluğu sübut edən maddi sübutlarla yanaşı narkotik vasitə olan heroin və həşiş də tapılıb və müsadirə edilib”.

Mərhumun anası Bonu İmamverdiyeva deyir ki, oğlu Bəhram İmamverdiyev fevralın 14-də axşam saatlarında polis tərəfindən saxlanıb və səhəri gün oğlunun polis şöbəsində olduğunu öyrənib ora gedib. Orda ona oğlunun narkotik vasitəyə görə saxlandığını və sabah gəlib oğlunu aparmasını söyləyiblər. O deyib ki, polis şöbəsində olanda təcili tibbi yardım maşını dayandığını görüb, amma həkimin oğlu üçün gəldiyini güman etməyib. O düşünür ki, oğlunun 5 "nəşə bükülüsünü" cibinə qoyub küçəyə çıxması inandırıcı deyil (https://www.bbc.com/azeri/azerbaijan-43112973)

25 sentybar 2018- ci il tarixdə 37 yaşlı Qazax rayon sakini Elmir Axundov Qazax rayon polis şöbəsində dünyasını dəyişib. Bacısı qardaşının polis tərəfindən zorla polis şöbəsinə aparıldığını, şöbəyə gedənə qədər sağ- salamat və gümrah olduğunu, eləcə də orda döyülərək aldığı işgəncə nəticəsində dünyasını dəyişdiyini bildirib. Elmir Axundovun ölümündən sonra Azadlıq qəzetinin facebook səhifəsində yayımlanan video- görüntülərdə onun Qazax rayon Polis Şöbəsində döyülərək öldürüldüyü qeyd olunur və adı çəkilən şəxsin bədənində çoxsaylı qançır və işgəncə izləri videoda aşkar görünür (https://www.facebook.com/azadliqqazeti/videos/470792580092869/).  Mərhumun bacısı Ülviyyə Axundova bildirib ki, meyitin üzərində zorakılıq izləri olub. Onun fikrincə, polislər onu döyüb, öldürüblər: "45 dəqiqənin içində sapsağlam bir insanı öldürdülər. Onun hər hansı xəstəliyi, problemi yox idi. Ancaq biləyini, qolunu, əlini, ayağını qırmışdılar. Dizlərindən daş çıxarmışıq, sürüyüblər, nə ediblər, bilmirəm” (https://criminal.az/skoc-edalet-kimi-taninan-reise-qarsi-sok-iddia-polisler-onu-dyub-ldurubler/). Xatırladaq ki, Qazax rayon polis şöbəsinin rəisi məhbuslara ağır işgəncə verməsi ilə mənfi ad qazanmış, “skoç Ədalət” kimi tanınan Ədalət Əliyevdir 

Təəssüfləndirici haldır ki, polis bölmələrində baş vermiş müəmmalı ölüm halları obyektiv şəkildə araşdırılmır. Məsələn, 2015- ci ilin 20 avqust tarixində Mingəçevir şəhər polis şöbəsində baş vermiş müəmmalı ölüm hadisəsi buna misal ola bilər. Mingəçevir polis şöbəsi əməkdaşlarının şəhər sakini Bəhruz Hacıyevi polis şöbəsinə aparmasından sonra polislər B. Hacıyevin dindirilmə zamanı özünü binanın 3- cü mərtəbəsində ataraq intihar etdiyini bildiriblər. Mərhumun yaxınları, hadisə şahidlərinin söylədikləri isə polis şöbəsinin açıqlamasının tam əksini göstərir. Mərhumun meyidinə baxış zamanı onun üzərində işgəncə izləri olub. Mərhumun atası Dilsuz Hacıyevin bildirdiyinə görə Bəhruz küçədən polis maşınına mindirilərək şöbəyə aparılıb. Nəzarət kameralarına baxan mərhumun atası qeyd edir ki, oğlu polislərə qarşı heç bir müqavimət göstərmədən şöbəyə daxil olub. Orada üstünə baxış keçiriblər. Daha sonra ona qarşı işgəncə olub və B. Hacıyev işgəncə nəticəsində ölüb. Bundan təşvişə düşən polis işçiləri B.Hacıyevin cəsədini binanın 3- cü mərtəbəsindən aşağı ataraq olaya intihar görüntüsü veriblər.

Atası oğlunun intihar etməsi ilə bağlı polisdən deyilənləri “yalan” adlandırıb və bildirib ki, oğluna şöbədə işgəncə verilib, hətta bədənində elektroşok izləri də var, amma bu fakt gizlədilib. Atanın dediyinə görə, illərdir ki, oğlunun işgəncəyə məruz qalması faktının araşdırılması ilə bağlı döymədiyi qapı qalmayıb: “Müraciətlər etməkdən artıq yorulmuşam. Oğlum şöbədə öldürülüb, onun işinə düzgün baxılmır. Uşağın böyründə qara nöqtələr- elektoşok yerləri var, amma bu məsələni üzə çıxarmaq istəmirlər. Prokurorluqdan şikayət edirəm, ərizələrimi yenidən baxılmaq üçün prokurorluğa göndərirlər. Bu, necə mümkündür? Bundan sonra nə edim, sözümü kimə deyim? Göz görə-görə oğlumun qanını batırırlar”.

Azərbaycan həbsxanalarındakı işgəncələr beynəlxalq hesabatlarda...

Azərbaycandakı həbs yerlərində məhbuslara verilən işgəncələr təkcə yerli hüquq müdafiəçiləri və təşkilatlar tərəfindən deyil, dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən də birmənalı şəkildə açıq qeyd və tənqid olunur. ABŞ Dövlət Departamentinin, Birləşmiş Millətlər Təşkilatının (BMT), Amnesty İnternational, Human Rights Watch və s. təşkilatlarının hesabat və sənədlərində Azərbaycandakı işgəncə hallarına geniş yer verilir.

ABŞ Dövlət Departamentinin İnsan haqları ilə bağlı illik hesabatının Azərbaycan bölümündə deyilir ki, pis rəftar hallarının əksəriyyəti polis məntəqələrində baş verib; “Hüquq-mühafizə orqanları etirafedici ifadə almaq üçün işgəncə və digər zorakı metodlardan istifadə edib. Belə metodlardan biri kimi bəzən şübhəli şəxslər zorlanmaqla hədələniblər. Pis rəftara məruz qaldıqlarını iddia edən saxlanılan şəxslərin müstəqil müayinəsinə de-fakto qoyulmuş qadağa qalmaqda davam edib”. Dövlət Departamentinin 2018- ci ildə yaydığı Hesabatda vurğulanır ki, Azərbaycan həbsxanalarında işgəncələrin kifayət qədər geniş yayılmasına baxmayaraq belə halların araşdırılmasına de-fakto qadağan qoyulub. Sənəddə qeyd olunur ki, RATİ sədri Mehman Hüseynov, jurnalist Əfqan Muxtarlı, Müsəlman Birliyi Hərəkatının liderlərindən Abbas Hüseynov və NİDA fəalı Bayram Məmmədova qarşı işgəncə şikayətləri də araşdırmasız qalıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsinin yaydığı növbəti Hesabatda göstərilir ki, son illər Azərbaycan həbsxanalarında yüzlərlə işgəncə faktları qeydə alınıb, amma hökumət işgəncələrə görə bir nəfər günahkarı belə məsuliyyətə cəlb etməyib, baxmayaraq ki, cəzaçəkmə yerlərindən işgəncələrlə bağlı yüzlərlə şikayət daxil olur. 10 müstəqil ekspetdən ibarət İşgəncələr Əleyhinə Komitə vaxtaşırı monitorinq çərçivəsində Azərbaycanda vəziyyəti, hökumətin BMT-nin İşgəncələrə Qarşı Konvensiyasına əməl edib-etmədiyini öyrənir. Hesabatda bəzi bölümlərə nəzər salaq;

“İşgəncəverənlərin cəzasız qalması praktikası. Komitəhüquq- mühafizəvəistintaq orqanlarıəmək-daşlarının vətəndaşlardan etiraf xarakterli vəya digərlərininəleyhinəifadəalmaq üçün mütəmadi olaraq, işgəncə, qəddar davranışdan istifadəetməsi barədədaxil olan çoxsaylı məlumatlardan narahatdır. Narahatlıq doğuran həm dəodur ki, üzv dövlət dialoq zamanı işgəncələr, qəddar davranış barədəsəslənən bütün ittihamlarıəsassız sayır. Halbuki, onların bir qismi BMT-nin insan haqları iləbağlı başqa strukturları tərəfindən dəaraşdırılıb.

Üzv dövlətin hesabatına görə, 2010-2015-ci illərdəbircənəfər dəişgəncəverməyə görəcinayət məsuliyyətinəcəlb olunmayıb. Halbuki, 2009-2013-cü illərdəhəbs yerlərindəməsul şəxslərin qəddar davranış vəişgəncələriləbağlı Penitensiar Xidmətə 334 şikayət daxil olub. 2010-2013-cü illərdəvəzifəli şəxslərin vətəndaşlara işgəncə verməsi haqda Daxili Işlər Nazirliyinə984, Baş Prokurorluğa da 678 analoji şikayət daxil olub. Komitəhesab edir ki, bu göstəricilər Azərbaycanda işgəncələr haqda şikayətlərin operativ, effektiv vəqərəzsiz araşdırılmadığının aşkar sübutudur.

Üzv dövlət işgəncələrədözümlü yanaşmamalı, vətəndaşlara işgəncəverənlərin cəzasız qalması praktikasına son qoyulmalıdır. Işgəncəqəddar davranış hallarının araşdırılması üçün görülən tədbirlər barədəkonkret məlumatlarınəldəolunması təmin edilməlidir. Hər bir vətəndaşın şikayətinin obyektiv vəeffektiv şəkildəaraşdırılması hüququ təmin edilməlidir.

İşgəncəyolu iləəldəolunmuş sübutlar. Komitəilkin istintaq zamanı adamlardan işgəncəyolu iləifadəalınması vəsonradan həmin ifadələrdən məhkəmədəsübut kimi istifadəolunması hallarından da narahatdır. Nəzərəalmaq lazımdır ki, Cinayət Prosessual Məcəllənin 125.2.2-ci maddəsi zor tətbiqi, hədə-qorxu, aldatma, işgəncə, qeyri-insani rəftar yolu iləəldəolunmuş sübutların məhkəmətərəfindən qəbulunu qadağan edir. Komitəni narahat edən məqamlardan biri dəbudur ki, üzv dövlət hakimlərin işgəncəyolu iləəldəolunmuş sübutları qəbul etməkdən imtina etməsi, yaxud məhkəmədəki çıxışında istintaq zamanı işgəncəaltında etirafedici ifadəverdiyini deyən şəxsin söylədiklərini araşdırması barədəheç bir fakt təqdim etməyib.

Üzv dövlət praktikada işgəncəyolu iləəldəolunmuş sübutlardan istifadəolunmaması, məhkəmələrdəbu cür sübutların qəbul edilməməsi üçün təcili tədbirlər görməlidir. Həmçinin bu cür sübutlarəsasında mühakiməolunmuş şəxslərin təkrar məhkəməsi keçirilməli, onlara adekvat kompensasiya verilməlidir. Üzv dövlət komitəyəqanunsuz əldəolunmuş sübutların məhkəmədəqəbul olunmaması, bu yolla sübut topladığına görəvəzifəli şəxslərin məsuliyyətəcəlb olunması halları barədəməlumat verməlidir.

Yetkinlik yaşına çatmayana qarşı işgəncə. Komitəxüsusən yetkinlik yaşına çatmayanlardan etirafedici ifadələr almaq üçün onlara işgəncəverilməsi, onların bu barədəşikayətləri üzrəeffektli araşdırma aparılmamasından narahatdır. Üzv dövlət yetkinlik yaşına çatmayanların yalnız vəkili vəqanuni nümayəndəsinin iştirakı ilədindirilməsini təmin etməlidir. Həmçinin yetkinlik yaşına çatmayanların işgəncəyəməruz qalmamasına qanunvericilik səviyyəsindətəminat verilməlidir.

Həbsxanalardakı ölüm hallarının araşdırılmaması. Dövlət qanunvericiliyədəyişlik edərək, müstəqil yerli vəbeynəlxalq hüquq-müdafiə, humanitar təşkilatların həbs yerlərindəsaxlanılanlara baş çəkməsinəimkan yaratmalıdır. Üzv dövlət öz hesabatında cəzaçəkməmüəssisələ-rindəməhbusların sayının azaldıldığını, saxlanma şəraitinin yaxşılaşdırıldığını, yeni müəssisələrin tikildiyini qeyd etsədə, komitəhəbs yerlərindəməhbusların hüquqlarının pozulması vəölümlər barədəçoxsaylı şikayətlərdən narahatdır. Narahatlığaəsas verən məqamlardan biri də türmələrdəki şəraitdir. Həbsxanada baş verən bütün ölümlər operativ vəobyektiv şəkildəaraşdırılmalı, adamların işgəncənəticəsindəölümünəsəbəb olanlar cəzalandırılmalıdır. Komitəbu tövsiyəsini bir daha təkrarlayır ki, həbs yerlərində, xüsusən 6 və14 saylı cəzaçəkmə müəssisələrindəsaxlanma şəraiti yaxşılaşdırılmalıdır.

Qanunvericilikdə hər cür işgəncəyə görə cəza növləri nəzərdə tutulub. Təəssüf ki, Azərbaycanda hələ heç bir dövlət qurumu və ya vəzifəli şəxs məhbusa verilən işgəncəyə görə rəsmi qaydada ittihama məruz qalıb cəzalandırılmayıb. Bu faktın özü onu göstərir ki, hüquq- mühafizə və penitensiar xidmət sahəsində işgəncə halları bilərəkdən və qanunsuz şəkildə ört- basdır edilir”.

Qeyd; Təəssüflə qeyd etmək lazımdır ki, son illər BMT- nin İşgəncələr Əleyhinə Komitəsinin Hesabatında Azərbaycanda həbs yerlərində işgəncə hallarının mövcudluğu və bu barədə lazımi ölçü götürülməməsi ilə bağlı qeydlər edilməsinə baxmayaraq bu istiqamətdə hər hansı addımlar atılmır.

Məhbuslara işgəncə verən vəzifəli şəxslərin

QARA SİYAHISI;

Həbs edilən şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən işgəncəyə məruz qalırlar. İşgəncə halları dustaqların cəza çəkdikləri CÇM- lərində olduğu müddətdə də baş verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların bildirdiyinə görə aşağıda adları qeyd olunan vəzifəli şəxslər dustaqlara daha çox işgəncə veriblər;

1. Ərşad Həsənov- 14 saylı Cəza Çəkmə Müəssisəsinin keçmiş rəisi, təqaüddədi

2. Əlzamin Quliyev- 14 saylı CÇM- də keçmiş rejim rəisi

3. Rauf Məcidov- DİN Tərtər RPŞ- nin keçmiş rəisi

4. Əlifağa Kazımov- Lənkəran rayon Polis İdarəsinin rəis müavini

5. Vüsal Şəbəndiyev- DİN Neftçala rayon polis şöbəsinin rəisi

7. Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN- də başqa vəzifəyə keçirilib

8. Azər Seyidov- 1 saylı Bakı İstintaq Təcridxanasının keçmiş rəisi

9. Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının keçmiş rəisi

10. Samir Hüseynov- 17 saylı CÇM- nin keçmiş rəisi

11. Rauf Məmmədov- 12 saylı CÇM- nin keçmiş rəisi

12. Qacay Aslanov- 17 saylı CÇM- nin keçmiş rəisi müavini

13. Babək İsgəndərov- 17 saylı CÇM- də rejim rəisi, ləqəbi “işgəncələr kralı”

14. Aftandil Ağayev- Qobustan Qapalı həbsxanasının rəisi

15. Şakir Bayramov- Gəncə İstintaq Təcridxanasının keçmiş rəisi

16. Murtuz Sadıqov- 8 saylı CÇM- nin rəisi

17. Nazim Kənkərli- 14 saylı CÇM- nin keçmiş rəisi

18. Əli İbrahimov- 14 saylıCÇM-nin keçmiş rəisi

19. Nizami Quliyev- Vərəm Dispanserinin keçmiş rəisi

20. Elçin Əlicanov - 17 saylı CÇM- nin keçmiş rəisi

21. Fikrət Qafarov - Qobustan Qapalı həbsxanasının keçmiş rəisi və s.

22. Mirsaleh Seyidov- Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi

23. Tərlanov Elman Zöhrab oğlu- DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı

24. İmanov Pərviz Nüsrət oğlu- DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı

25. Kazımov Azər Əzizağa oğlu- DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı

26. Məmməd Mahmudov- 16 saylı CÇM- nin keçmiş rəisi və s.

27. Azər Bağırzadə- 9 saylı CÇM- nin keçmiş rəis müavini

28. Cəfərov Emin - Qobustan Qapalı Həbsxanasının rəis müavini

29. Şakir Qəniyev- 2 saylı CÇM- nin rəis müavini

30. Kazımov İbrahim- DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı

31. Cəfərov Şahlar Dadaş oğlu- DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı

32. Ağabəyov İslam Tofiq oğlu- DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı

33. Əlimərdanov Kərim- DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı

34. Ağayev Elman- DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı

35. Cəfərov Rüstəm- DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı

36. Tərxan Əhmədov- DİN Sabunçu rayonu Nardaran kənd 42- ci polis bölməsinin rəisi

37. Mirqafar Seyidov- Bakı şəhər Baş Polis İdarəsinin (BBPİ) rəisi

38. Şirəli Babayev- BBPİ Narkobiznes əleyhinə idarənin rəisi

39. Süleyman Nemətov- Quba rayon polis şöbəsinin rəisi

40. Ədalət Əliyev- Qazax rayon polis şöbəsinin rəisi

41. Tahir Quliyev- Oğuz rayon polis şöbəsinin rəisi

42. Qiyas Beybutov- Göyçay Rayon PŞ-nin Təhlükəsizlik bölməsinin rəisi

43. Yusif Xəlilov - Göyçay Rayon PŞ-nin Narkotiklərlə Mübarizə bölməsinin keçmiş rəisi

44. Pərviz Məmmədov- DİN Nərimanov rayon Polis İdarəsinin əməliyyatçısı

45. Əhməd Əhmədov- Naxçıvan MR- nın keçmiş DİN rəhbəri

Bu siyahı hüquq- mühafizə orqanları və aidiyyatı qurumlar üçün adları siyahıda olan, qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslərin əməllərini araşdırmaq üçün bir sənəddir, ilkin arayışdır. Adları siyahıda olan vəzifəli şəxslər öz status və vəzifələrindən, imkanlarından sui- istifadə edərək dinc, günahsız insanlara- məhbuslara ağır işgəncələr verib, onlara qarşı qəddarlıq nümayiş etdiriblər. Məhz onların qanunsuz əməlləri nəticəsində həbs yerlərində çoxlu sayda məhbus ağır mənəvi, psioxloji və fiziki zərbələr alıb, bəziləri sağlamlığını, bəziləri isə həyatını itirib. Hüquqi- mühafizə orqanlarının adları siyahıda olan “işgəncə kralları”- nın qanunsuz hərəkətlərini araşdırıb müvafiq ölçü götürməsi üçün xeyli əsaslar, faktlar və sübutlar var.

Bu siyahı eyni zamanda ictimai qınaq üçün əsaslı və əhəmiyyətli bir sənəddir. Qanun və bəşəri dəyərlər hər cür işgəncəni, zorakalığı, insan ləyaqətini alçaldan hərəkəri bir mənalı olaraq qadağan etsə də adları siyahıda olan bu şəxslər Azərbaycanda təkcə suçlu, cinayət törətmiş insanlara qarşı deyil, eyni zamanda günahsız dustaqları, siyasi məhbuslara qarşı da ağır işgəncələrə yol veriblər. Cəmiyyət belə şəxsləri tanımalı, hər yerə onları qınamalı və cəzalandırılmalarını tələb etməlidir. Çünki qanunlara və insanlığa düşmən kəsilən belə şəxslər cəmiyyət üçün zərərli və ziyanlı şəxslərdir. Onların hərəkəti topluma zorakalıq, qisasçılıq, nifrət və düşmənçilik aşılayır. Belə şəxsləri öz ailələri, övladları, qohumları da yaxından tanıyıb ən azından qınamalıdır...

Təəssüflə qeyd etmək lazımdır ki, adları yuxarıda qeyd olunan şəxslər Penitensiar Xidmət və DİN- də məsul vəzifə tutublar və hazırda onların bir çoxu yüksək vəzifə daşıyırlar. Lakin onların qanunsuz və insanlığa sığmayan hərəkətlərinə görə nəinki cəzalandırılıblar, hətta bəzilərinin vəzifələri və rütbələri artırılıb. Yaş senzi ilə bağlı pensiya çıxan “işgəncə kralları” isə işlədiyi müddətdə Azərbaycan vətəndaşlarına qarşı sərgilədiyi qeyri- insani münasibətə və işgəncələrə görə Azərbaycan respublikasının dövlət büdcəsindən pensiya alırlar (!?). Azərbaycan dünyanın çox az saylı ölkələrindən biridir ki, orada dinc, müqavimətsiz və günahsız insanlara qarşı zor tətbiq edən məmurlar cəzalandırılmır, əksinə onların vəzifələri artırılır. Pensiyaya çıxdıqda isə ən yüksək səviyyədə (işlədyi müddətdə aldığı maaşın 70- 80%- i həcmində) məvacib alırlar.

Müəmmalı qətllər. Son zamanlar ölkədə çox pis bir tendensiyanın əsası qoyulur. Azərbaycanın güc strukturları tərəfindən (DİN, MN, DTX və s.) dinc, silahsız insanları öldürmə hallarının sayı artmaqdadır. 2017- ci ilin məlum 02 aprel döyüşlərindən sonra bəzi hərbçilərin müəmmalı şəkildə həbs edilməsi və qeyri- döyüş şəraitində öldürülməsi halları baş verib. Bəzi hərbçiləri gecə ikən gəlib evlərindən aparıblar və səhəri gün onların ölüm xəbəri yayılıb. Bəzi öldürülmüş hərbiçilər “vətən xaini” adlandırılaraq islami qaydalara zidd olaraq gizli və yaxınlarının iştirakı olmadan basdırılıb. Öldürülmüş hərbiçlərdən biri sonradan bəraət alıb və prokurorluqdan bu barədə onun ailəsinə məktub göndərilib. Eyni zamanda bu yaxınlarda məhkəməsi başa çatmış bəzi hərbiçilərin məhkəməsində məlum oldu ki, onlar intihar nəticəsində deyil, müəmmalı və ya işgəncə nəticəsində öldürülüb.

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 03 iyul 2018- ci ildə baş vermiş məlum Gəncə hadisələri ilə bağlı 9 nəfər müəmmalı şəkildə öldürlüb. Öldürülmüş şəxslərin bəzilərinin nəşi ailəsinə verilməyib. Halbu ki, güc strukturlarının həmin şəxsləri öldürmədən həbs etmək və məhkəmə önünə çıxarmaq imkanları olub. Bu imkanlardan yararlanmayaraq insanları günün günorta çağı öldürmək cəmiyyətdə böyük narahatlıq və haqlı suallar yaradıb. Təəssüf ki, aidiyyyatı qurumlar hələ də bu suallara ağlabatan cavablar verə bilməyiblər.

İctimai fəalların oğurlanması. Son illər Azərbaycanda ictimai fəalların mülki geyimli şəxslər, əslində polis orqanlarında çalışan şəxslər tərəfindən müəmmalı və zorakılıqla oğurlanması halları baş verir. Oğurlanmış şəxslər 3, 5, hətta 7 gün naməlum yerdə, naməlum şəkildə saxlanılıb müxtəlif psixoloji və zorakı təzyiqlərə məruz qalırlar. Müsəlman Birliyi Hərəkatını üzvü Əhsən Nuruzadə 2017- ci ildə 2 dəfə belə vəziyyətlə üzləşib. O, yaşadığı evin yanında və küçədə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən məcburi şəkildə maşına oturdularaq adı çəkilən idarəyə aparılıb. Uzun müddət onun yeri haqqında ailə üzvlərinə və vəkilinə məlumat verilməyib. Yerli və beynəlxalq təşkilatlar məsələyə müdaxilə etdikdən və hadisə ictimai rezonans yaratdıqdan sonra o, Nərimanov rayon məhkəməsinin qərarı ilə inzibati həbs cəzasına məruz qalmış və sonradan yeri bəlli olub. O, saxlandığı müddətdə ona təzyiqlər göstərilib, məhbusların hüquqlarının müdafiə edilməməsi, ictimai fəallıq göstərməməsi tələb olunub. Deyilən şərtləri qəbul etmədikdən sonra 3- cü dəfə oğurlanaraq haqqında narkotika ittihamı ilə cinayət işi açılıb. Həbs olunaraq 7 il müddətə azadlıqdan məhrum edilib.

Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov 08 may 2018- ci ildə Şəmkirdə həbs olunaraq DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, orda bir müddət yeri gizli saxlanılmış və saxlandığı müddətdə psixoloji, fiziki təzyiqlərə məruz qalıb. Onun qardaşı oğlu Vidadi Rüstəmli də anoloji qaydada həbs edilib adı çəkilən idarədə saxlanılıb. Hər iki şəxsdən AXCP- nin maliyələşdirilməsinə dair etirafedici ifadələr alınmağa çalışılıb. Hər iki şəxsə qarşı öncə nakrotika ittihamı irəli sürülüb, daha sonra fərqli yeni ittihamlar əlavə edilib. Onlar 20 gündən çox qanunvericiliyin tələblərinə zidd olaraq“bandotdel”- də saxlanılıb.

18 yaşı tamam olmamış ictimai fəal Fatimə Mövlamlı Milli Şuranın 31 mart 2018- ci ildə keçirdiyi mitinqdən sonra oğurlanaraq 5 gün gizli saxlanılıb. Bildirdiyinə görə onu DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsində saxlayıblar. İctimai fəalların başladığı “Fatiməni tapın” kampaniyasından sonra o azad edilib. Gənc fəalın bildirdiyinə görə o saxlanılan zaman təhdid və hədə- qorxulara məruz qalıb.

Eyni vəziyyətlə Cümhuriyyət Düşüncə Mərkəzinin rəhbəri, KXCP üzvü Ceyhun Nəbi də qarşılaşıb. O, 23 oktyabr 2018- ci il tarixdə Rusiyadan Azərbaycana dönən gün yaşadığı Şəmkir rayonunda həbs edilərək Bakıya, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Onun yeri 4 gün naməlum saxlanılıb. Məsələ ictimailəşdikdən və ictimai fəalların, hüquq müdafiəçilərinin “Ceyhun Nəbinin yerini de” ictimai kapmaniya başladıqdan sonra o azad edilib. Ondan adı çəkilən idarədə sosial şəbəkələrdə yazılarına və ictimai- siyasi fəaliyyətinə dair suallar verilib.

Həbs yerlərində korrupsiya halları

Azərbaycan həbsxanalarında korrupsiya halları ölkənin hər yerində olduğundan daha eybəcər və acınacaqlı halda mövcuddur. Əgər nisbi azadlıqda olanlar rüşvət verməyə məcbur edilən zaman onların başqa alternativ seçim və hərəkət imkanları varsa, dəmir barmaqlılar arxasında olan dustaqlar bu imkanlardan məhrumdurlar. Buna görə də məhbuslar onlardan tələb olunan rüşvəti ya verməyə, ya da onun ağır formada bədəlini ödəməyə məhkumdurlar. Aparılan araşdırmalar göstərir ki, həbs yerlərində hər il korrupsiya nəticəsində böyük həcmdə pullar yığılır və dövriyyədə olur. Bu pullar ölkədə mövcud olan korrupsiya iyerarxiyasınauyğun şəkildə toplanır və əsasən yuxarılara ötrülür.

Həbs yerlərində yığılan rüşvətin təyinatı və həcminı cədvəl şəkilində aşağıdakı kimi müqayisəli şəkildə təqdim etmək olar;

Cədvəl 2.

Sıra

Sayı

Alınan rüşvətin təyinatı Rüşvətin həcmi Qanunda dövlət rusumu nəzərdə tutulurmu?
1. Məhbusa göndərilən sovqat və ya bağlamanın qəbulu 5- 15 manat Xeyr
2. Məhbusla görüş 20-100 manat Xeyr
3. Aşağı çarpayıda yatmaq 150- 200 manat Xeyr
4. “Burjuysku” kamerada yer almaq 500- 2000 manat Xeyr
5. CÇM- lərdə xüsusi otaqlarda qalmaq 1 ayı 150-300 manat Xeyr
6. Saç saxlamaq 10- 20 manat Xeyr
7. İdman zalında məşq etmək 10-30 manat Xeyr
8. Telefonla danışmaq 1- 10 manat Xeyr
9. ½- lə vaxtından qabaq azad olmaq ayı 350- 400 manat Xeyr
9. 1/3- lə vaxtından qabaq azadlığa çıxmaq ayı 250- 300 manat Xeyr
10. Fərdi qaydada hamamda çimmək 1-5         Manat Xeyr
11. Camaşırxanada paltar yumaq 1 paltar 50 pik-1 manat Xeyr
12. Tibbi Müəsissəyə (“Sançasta”) getmək 200- 500 manat Xeyr
13. Əlavə olaraq Tibbi Müəsissədə qalmaq ayı 150- 200 manat Xeyr
14. Uzun müddətli görüş almaq 150- 300 manat Xeyr
15. “Karmoşka”- nı (gözlüyü) açdırmaq 1 saatı 5 manat Xeyr
16. Kamerada vintiliyator və elektrik pilətələrinin saxlanması 1 ayı 10- 30 manat Xeyr
17. Yeməkxanada yemək 1 porsiyası 3- 7 manat Xeyr
18. Karantində məcburi əməyə cəlb edilməmək üçün 250- 300 manat Xeyr
19. Kompyuter mərkəzində oyun oynamaq saatı 5 manat Xeyr

Qeyd; Həbs yerlərində olan maqazinlərdə qiymətlər adi qiymətlərdən 1,5- 3 dəfə bahadır

Həbs yerlərində olan korrupsiya halları ilə bağlı keçmiş siyasi məhbus, 7gün.az saytının redaktoru Cavid Şirəliyev qiymətlərin aşağıdakı kimi olduğunu bildirir;

-   Karantindən vaxtından əvvəl kameraya keçmək üçün qiymət 500-1000 manat arasında dəyişir;

-   Kameraya keçirildikdən sonra gəzinti yerinin qapısının 24 saat açıq qalması aylıq 150-250 manat;

-   Elektrik qızdırıcısı aylıq 150-200 manat;

-   Telefon danışığı 15 dəqiqəsi 5 manatdır. Sovqatın verilməsində ərizənin yazılması 2 manat, ərzağın ötürülməsi 5-10 manatdır. Şüşə arxasında görüş 20-40 manat, açıq görüş isə 100 manatdan başlayır. Axtarış (şmon) hər həftə 5 manatdır.

Xəstələrə heç bir halda lazımi səviyyədə tibbi yardım göstərilmir. Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında vəziyyət daha da acınacaqlıdə. Sözügedən təcridxana müasir standartlara uyğun deyil. 4 nəfərlik kameralarda 8 nəfər, ən yaxşı halda 6 nəfər saxlanılır. Bu təcridxanada telefon danışığının dəqiqəsi 1 manatdır. Hətta elə imkansız şəxslər var ki, onlar aylarla ailə üzvlərilə telefonda danışa bilmir. Cəzaçəkmə Müəssisələrində vəziyyət bir qədər fərqlidir. Cəzaçəkmə Müəssisəsinə ilk daxil olan məhkum 14 gün karantində saxlanılmalıdır. Vaxtından əvvəl karantindən çıxmaq istəyən məhkum bir qayda olaraq rüşvət verməlidir. Əks təqdirdə həmin məhkum ərazidə işlədilir. Karantindən çıxan hər bir məhkuma yataqxanalarda (barak) yaxşı yerlər təklif olinur. Burda da qiymətlər müxtəlifdir. Telefon danışığı 15 dəqiqəsi 2 manatdır. Xüsusilə, Cəzaçəkmə Müəssisələrində rəhbərliyin öyrədilmiş adamları var. Onların vasitəsiə məhkumlara süni problemlər yaradılır ki, onlardan pul alınsın. Cəzaçəkmə Müəssisələrində saxlanılan məhkumların qidalanmalarında da problemlər mövcudur. Demək olar ki, heç bir məhkuma cəzaçəkmə müəssisəsi tərəfindən normal yemək verilmir. Məhkumlar ailələri tərəfindən gətirilən ərzaqdan istifadə edir. Konkret olaraq bütün cəzaçəkmə müəssisələrində məhkumlara qarşı işgəncələr, qeyri-insani rəftar və ləyaqəti alçaldan hərəkətlər olur. Bütün bunların başında isə şübhəsiz ki, rüşvət dayanır.

Azel.tv saytının redaktoru, keçmiş siyasi məhbus Əfqan Sadıqov bildirir ki, hələ həbs yerlərində olarkən korrupsiya hallarının tuğyan etməsinə dair xeyli yazılarımız olub; “Ordakı rüşvət mexanizminin ifşa olunmasını, insanların necə soyğunçuluğa məruz qalmasını məhbusların öz dilindən eşitmək daha maraqlı və əsaslıdır. Baxın, görün həbsdə olan məhbuslar əlavə olaraq hansı məşəqqəti, zülmü yaşayır və onları dövlətin adı ilə necə soyub talan edirlər;

- Valideyn və ailə üzvləriylə görüş 150-200 manat;
- Kamerada “pletka” işlədilməsinə icazə hər ay üçün 100 manat;
- Dustağa göndərilən puldan və dustaqların etap üçün Kürdəxanıdan çıxarıldığı və gətirildiyi vaxt axtarış (şmon) zamanı üzərindən çıxan pulun təxminən 15-20%-ni istəyirlər;
- Evə zəng vurmaq istəyəndə 5 manat verməsən icazə verilmir; 
- Televizorda yalnız Az.tv göstərilir, bütün kanalları qəsdən ayırıblar. Başqa kanallara baxmaq istəsən 150 manat ver bayırda 30 manatlıq aparatdan gətirib qursunlar;
- Cəzaçəkmə müəssisənin göndərilmə (bölgü) vaxtı hər müəssisənin şərait və yerinə görə qiyməti var, 100-500 manat;
- Büdcədən dustaqların gündəlik xərcləri üçün ayrılan pulların əvəzinə verilən yeməklər: səhər-axşam qreçqa (papuqay yeməyi), yaxud perlova verilir. Günorta yağsız, ətsiz sup. Qarox, makaron, düyü, perlova supu;
- 8 nəfərlik kameraya 12-15 nəfər salınır. “Prostina, balış üzülər” dəyişdirilmir. Hər ay 12-15 nəfərlik kameraya 1 dəfə ümumi 1 kq yağ, 1kq şəkər tozu verilir (payok);
- Qap-qara, içi çiy olan çörək verilir. Çörəyi sıxanda damcı-damcı su süzülür. Dustaqları mədə qıcqırması (joqa) xəstəliyinə salır. Bir yerin ağrıyanda günlərlə həkim gözləməyə məcbursan. Həkim gələndə də demək olar ki, heç bir dərman olmur. Dərman istəsən hökmən hörmət etməlisən;
- Xəstə-sağlam, bütün dustaqları eyni kamerada saxlanılır.

1 saylı Bakı İstintaq Təcridxanasında müəssisə rəisinin işlətdiyi dükanda qiymətlər çox bahadır;
- Bayırda 1 litirlik duru yağ (3 man), Kürdəxanıda 4.50 man;
- 0.50 qəpiklik əl-üz sabunu 1.50 manat;

- 1 qutu (5 ədəd) göy paltar sabunu-5 manat;
- Qalina blanka 1 ədəd-0.50 qəpik;
- 0.50 qəpiklik dəftər-2 manat;
- 5-6 manatlıq kolbasa-12 manat;
- Qatılaşdırılmış süd (skuşonka)-3 manat;
- Paçka kofe 1 ədəd-0.60 qəpik;
- 0.60 qəpiklik makoron, vermeşil-1.80 manat;
- Toyuq 8 manat. Yumurta 0.30 qəpik;
- Qələm 0.20 qəpiklik-0.60 qəpik. Krassvord-1 manat.
- 1 litir qazsız su 0.80 qəpik və s.

Keçmiş siyasi məhbus Tofiq Yaqublu da həbs yerlərində korrupsiya hallarının mövcudluğu ilə bağlı keçmiş həmkarları ilə eyni fikirdədir. O bildirir ki, həbs yerlərində korrupsiya halları zəncirvari formada mövcuddur və həbs olunan şəxsə onu həbs edənlər və həbsdə saxlayanlar potensial gəlir mənbəyi kimi baxır. Həbs yerlərində əsas korrupsiya halları məhbusların 1/3- lə vaxtından əvvəl azadlığa çıxması, dustağın Müalicə Müəssisəsinə göndərilməsi, baraklarda xüsusi otaqlarda qalmaq, ayrıca soyuducu saxlamaq və s. zamanı daha çox özünü göstərir.

Azərbaycanda siyasi məhbus problemi...

Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda siyasi məhbuslar problemi problem kimi 1993- cü ildən meydana gəlməyə başlayıb. Qeyri- rəsmi məlumatlara görə ötən 25 ildə, konkret olaraq 1993- cü ildən bu günə qədər Azərbaycanda təxminən ən azından 2300 nəfərdən çox insan (adları müxtəli siyahılarda qeyd olunan-red.) ictimai, siyasi, dini və s. fəaliyyətinə görə həbs olunub və ya onların həbsində siyasi motivlər olub. Bu şəxslərin təxminən 1500 nəfəri yerli hüquq müdafiə və bəzi beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. Azərbaycanda siyasi məhbusların pik sayı ölkəmizin Avropa Şurasına daxil olduğu ərəfəyə təsadüf edir. Həmin ərəfədə yerli hüquq müdafiəçilərinin təqdim etdiyi siyahıda 700 nəfərdən artıq şəxsin adı siyasi məhbus kimi göstərilib. Onlar zaman- zaman Avropa Şurası və digər beynəlxalq təşkilatların, eləcə də yerli hüquq müdafiə təşkilatlarının dəstəyi ilə bu və ya digər formada azadlığa çıxdılar. Amma ölkədə siyasi məhbus problemi öz həllini tapmadı. Davamlı olaraq yeni həbslər həyata keçirildi.

Ötən müddət ərzində də Azərbaycan siyasi lekskonuna məhbuslarla bağlı yeni terminlər daxil olub; “4 iyun Gəncə işi” məhbusları, “OMON” məhbusları, “Şahmərdan Cəfərovun işi üzrə məhbuslar, saxta dövlət çevrilişi məhbusları, Səid Dadaşbəyli dəstəsi, seçki məhbusları, 2 aprel məhbusları, vicdan məhbusları, Kür məhbusları, İsmayıllı məhbusları, Binə məhbusları, hicab məhbusları, NİDA- çı məhbuslar, Evrovizyon məhbusları, like məhbusları, Naradan məhbusları, Heykəl məhbusları, siyasi girovlar və s.

Azərbaycan siyasi məhbusların sayına görə hazırda Avropanın lider ölkələrindən biridir. Ölkədə azad mətbuat, müstəqil vətəndaş cəmiyyəti institutları sıradan çıxarılıb. Bir çox ictimai fəallar, müxalif partiya üzvləri, jurnalistlər, bloggerlər, dindarlar və s. qanunsuz həbs həyatı yaşayır. Ölkəmiz dünyanın ən çox siyasi və vicdan məhbusu olan ölkələrindən biridir. Rəsmi məlumatlara görə onların sayı 150 nəfər civarında olsa da əslində bu rəqəm daha çoxdur. Hətta Avropanın son avtoritar ölkələrindən hesab olunan Belorusiyada dövlət başçısı Lukoşenko öz sərəncamı ilə axırıncı 6 siyasi məhbusu da azadlığa buraxıb. Amma Azərbaycanda siyasi məhbus problemi nəinki həll olunur, əksinə, onların həbsdən çıxan həmkarlarının yerinə yeniləri şərlənib həbsə atılır.

Azərbaycanda siyasi məhbus problemi son illərin ən aktual problemlərindən birinə çevrilib. Bu da onunla bağlıdır ki, ölkədə avtoritar idarəçilik gücləndikcə, söz, mətbuat, ifadə, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırldıqca ictimai- siyasi fəaliyyətlə məşğul olan şəxslərin həbsi də durmadan artır.

Siyasi motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il tarixdə Avropa Şurası Parlament Assembleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə baxış” üzrə Qətnamənin qəbul edilməməsindən sonra daha da artıb.

Son illər həbsdə olan siyasi məhbusların azadlığa çıxma imkanları yerli və beynəlxalq təpkilərin müqabilində artmaq əvəzinə azalmaqdadır. Əfv sərəncamlarında onların sayı azalır və ya o şəxslər “humanizm” aktından bəhrlənə bilir ki, onların azadlığa çıxmasına saylı günlər və ya aylar qalır. Məsələn, 2018- ci ilin mart ayında imzalanan əfv sərəncamı ilə azadlığa çıxan ən azından 11 siyasi məhbusun yarısının cəza müddətinin bitməsinə, onların azadlığa çıxmasına çox az qalmışdı. Eyni zamanda siyasi məhbusların azadlığa çıxmasının qarşısının alınması üçün son zamanlar pis bir tendensiyanın əsası qoyulub. Belə ki, azadlığa çıxmasına 57 gün qalmış Əli İnsanov, bir neçə gün qalmış AXCP sədrinin müşaviri Məmməd İbrahim və hicab məhbusu Telman Şirəliyev şərlənərərək həbsdə saxlanıb, onlara yeni, qondarma ittihamlar irəli sürülüb.

Siyasi məhbus probleminə beynəlxalq baxış. Azərbaycanda siyasi məhbus problemi vaxtaşırı olaraq beynəlxalq birliyin diqqətində olur. Qəbul olunan sənədlərdə, Hesabat və Qətnamələrdə problemin həlli zəruruliyi vurğulanır. ABŞ Dövlət Departamentinin 2018- ci ildə yaydığı Hesabatın Azərbaycana aid fəslində deyilir ki, ölkədə ən əhəmiyyətli insan haqları pozuntularına – müəmmalı ölümlər, bəzən insan həyatı üçün təhlükəli həbsxana şəraiti, qanunsuz həbslər, ədliyyənin müstəqil olmaması, siyasi məhbuslar, böhtanın kriminallaşdırılması, jurnalistlərə fiziki hücumlar, şəxsi həyata müdaxilə, ifadə, sərbəst toplaşma azadlığına müdaxilələr və məhduddiyyətlər, jurnalistlərlə, müxalifət fiqurları ilə sərt rəftar, hərəkət azadlığının məhdudlaşdırılması, kütləvi hökumət korrupsiyası və sair daxildir. Sənəddə yerli hüquq- müdafiə təşkilatlarına istinadən Azərbaycanda 156 siyasi məhbusun mövcudluğu qeyd olunur. Hesabatda bildirilir ki, sosial mediada hökumətin, prezidentin və onun ailəsinin tənqidi çox vaxt qanunsuz həbs və ədalətsiz məhbusetmə ilə nəticələnir. 2017- ci ilin avqustunda Turan agentliyinin direktoru Mehman Əliyevin də qanunsuiz olaraq həbs edildiyi bildirilir. Belə həbs olunanlardan birinin də Elgiz Qəhrəman olduğu qeyd olunur...

Azərbaycanda siyasi məhbus probleminin mövcudluğu və problemin həlli Avropa Şurası Parlament Assembleyasının (AŞPA) da vaxtaşırı olaraq diqqət mərkəzində olub. Qurumun 2018- ci ilin iyun ayında keçirilən sessiyasında Azərbaycanda siyasi məhbus probleminin araşdırılması və həlli ilə bağlı məruzəçi təyin edib. Belə ki, qurumun üzvü Pieter Omtzigt başda olmaqla AŞPA-nın 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürüb. Deputatların müraciətində vurğulanırdı ki, 2013-cü ildə AŞPA almaniyalı deputat Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabatı rədd edib. Onlar AŞPA-nın Müstəqil Araşdırma Qrupunun yaydığı korrupsiya ilə bağlı sənədə istinadən hesab edirlər ki, bəzi keçmiş və indiki deputatların həmin hesabatın qəbul edilməməsində müəyyən maraqlar naminə (korrupsiya, kürü, hədiyələr və s.) əhəmiyyətli rol oynadığına aid şübhələr var. Deputatlar bəzi şəxslərin işini də yada salaraq bildirir ki, Azərbaycanda siyasi məhbus problemi realdır.

İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottir məruzəçi təyin edilib. O, "Azərbaycanda siyasi məhbuslar" adlı hesabat hazırlayacaq.

Avropa Birliyi son illər Azərbaycanla bağlı qəbul etdiyi bir neçə sənəddə ölkədə insan haqlarının pozulduğunu bildirir, siyasi motivli həbslər olduğunu qeyd edir. Avropa Parlamentinin 15 iyun və 04 iyul 2018- ci ildə Azərbaycanla bağlı qəbul etdiyi Qətnamədə bildirilir ki, araşdırmaçı jurnalist Əfqan Muxtarlı Tbilisidə mayın 29-da yoxa çıxıb və bir neçə saat sonra Bakıda peyda olub; “Vəkili deyir ki, Əfqan Muxtarlını naməlum adamlar tutub, onlar Gürcüstanın kriminal polisinin uniformasında imişlər, jurnalisti maşına basıblar, döyüblər və maşını Azərbaycan sərhəddinə sürüblər. Üstünə 10 min avro pul qoyublar”.

Sənəddə Əfqan Muxtarlının oğurlandığı bildirilir və bu hadisə kəskin şəkildə pislənilir. Gürcüstan hakimiyyətinin bu hadisə ilə bağlı olması barədə bütün şübhələrə aydınlıq gətirilməsi üçün mümkün addımların atılmasının vacib olduğu bildirilir. Sənəddə Azərbaycan hakimiyyətinə müraciət edilir ki, təxirəsalınmaz qaydada Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etsin və jurnalisti azadlığa buraxsın. Sənəddə Aİ-yə Əfqan Muxtarlı, Mehman Hüseynov, İlkin Rüstəmzadə, Seymur Həzi, Rəşad Ramazanov, Elçin İsmayıllı, Qiyas İbrahimov, Bayram Məmmədov, Asif Yusifli və Fuad Qəhrəmanlının dərhal azad edilməsinə nail olması tövsiyə edilib.

Təəssüflə qeyd edilməlidir ki, uzun illərdir ki, Azərbaycanda siyasi məhbus problemi var və bu problem həllini tapmır. Hakimiyyət bir tərəfdən ictimai fəallları şərləyib həbs edir, digər tərəfdən onları uzun müddət həbsdə saxlamaqla ölkədə siyasi məhbusların sayını artırır. Yerli və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur. Təcrübə və reallıq göstərir ki. ölkədə siyasi məhbus probleminin həlli yollarından biri bu istiqamətdə Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təpkilərin artması və ciddi sanksiyaların tətbiqi ilə mümkün ola bilər. Təəssüflə qeyd edilməlidir ki, hələ ki, bu istiqamətdə atılan addımlar yetərli deyil...

Siyasi məhbuslarla bağlı sifarişli və ədalətsiz qərar qəbul edən vəzifəli şəxslər. Aparılan araşdırmalar göstərir ki, siyasi məhbuslarla bağlı ibtidai istintaqı həyata keçirən DİN, prokurorluq əməkdaşları və ədalətsiz məhkəmə hökmü çıxaran hakimlər siyasi sifariş yerinə yetirərək günahsız şəxslərə ağır cəza verməklə qanunları pozur və qeyri- insanı hərəkətlər edirlər. Amma onların hərəkətinə qarşı cəmiyyətin münasibəti hələ tam adekvat deyil. Hazırda aidiyyatı dövlət qurumları tərəfindən həmin vəzifəli şəxslər məsuliyyətə cəlb olunmasa da onların mütləq bir gün qanun qarşısında cavab verəcəyi şübhəsizdir. Lakin onların qanunsuz, bədnam əməllərini qeyd etmək, aidiyyatı hüquq- mühafizə orqanlarına təqdim etmək, eləcə də həmin şəxslərə qarşı ictimai qınağı gücləndirmək üçün siyasi məhbuslar haqqında sifarişli qərar çıxaran prokurorluq əməkdaşlarının və hakimlərin adları tez- tez ictimaiyyətə təqdim olunmalı və qınanmalıdır. Beləliklə, onların bir qisminin adlarını təqdim edirik;

Siyasi məhbuslar haqqında sifarişli hökm çıxaran hakimlərin

QARA SİYAHISI

1. Ramella Allahverdiyeva- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Əvəz Zeynallı, Xədicə İsmayıl və digər keçmiş siyasi məhbuslar haqqında hökm çıxarıb- red.)

2. Əfqan Hacıyev- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Leyla və Arif Yunuslar, digərləri)

3. Cavid Hüseynov- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (“NİDA- çıların işi” üzrə)

4. Rəşid Hüseynov- Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi (İlqar Məmmədov, Tofiq Yaqublu, “İsmayıllı hadisələri” işi)

5. Şövkət Nəcəfova- Sumqayıt Məhkəməsinin hakimi (Seymur Həzi)

6. Elşad Əliyev- Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi- Murad Ədilov

7. Zeynal Ağayev- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Nicat Əliyev və digər Eurovision məhbusları, Asif Yusifli)

8. Samir Əliyev- Sabunçu rayon Məhkəməsinin hakimi (Hacı Taleh Bağırzadə)

9. Eldar İsmayılov- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Mövsüm Səmədov, Rufulla Axundzadə və digər dindarlar, Rəsul Cəfərov)

10. Eldar Mikayılov- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Ömər Məmmədov, “hicab məhbusları” işi)

11. Faiq Qasımov- Bakı Apellyasiya Məhkəməsinin hakimi (bir sıra siyasi işlər)

12. Mirzəyev Sahibxan- Bakı Apellyasiya Məhkəməsinin hakimi (bir sıra siyasi işlər)  

13. Camal Ramazanov- Bakı Apellyasiya Məhkəməsinin hakimi (bir sıra siyasi işlər)

15. Mirzəli Abbasov- Bakı Apellyasiya Məhkəməsinin hakimi (bir sıra siyasi işlər)

16. Əmir Bayramov- Bakı Apellyasiya Məhkəməsinin hakimi (bir sıra siyasi işlər)

17. Mirpaşa Hüseynov- Bakı Apellyasiya Məhkəməsinin hakimi (bir sıra siyasi işlər)

18. Həsən Əhmədov- Bakı Apellyasiya Məhkəməsi hakimi (bir sıra siyasi işlər)

19.Vaqif Mursaqulov- Bakı Apellyasiya Məhkəməsinin hakimi (bir sıra siyasi işlər)

20. İsmayıl Əhmədov- Şirvan Apellyasiya Məhkəməsinin hakimi (AXCP fəalı Murad Adilov)

21. Cəlilov Oruc- Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi (Abdullayev Mübariz

22. Ənvər Seyidov- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Səid Dadaşbəyli və digərləri)

23. Ilham Cəfərov- Ali Məhkəmənin hakimi, bir sıra siyasi işlər

24. İlqar Murquzov- Bakı Apellyasiya Məhkəməsinin hakimi- (Xədicə İsmayıl və digərləri)

25. İnqilab Nəsirov- Ali Məhkəmənin hakimi- Araz Quliyev və digər Masallı dindarları

26. Nizami Quliyev- Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi-Araz Quliyev və digərləri

27. Kamran Əkbərov- Şirvan Apellyasiya Məhkəməsinin hakimi- Araz Quliyev və digərləri

28. Tirqay Hüseynov - Nərimanov rayon Məhkəməsinin hakimi (“Hicab məhbusları”-nın işi)

29. Əlövsət Abbasov- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (“Nardaran işi” ilə bağlı- Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digərləri)

30. Sevinc Quliyeva- Abşeron rayon məhkəməsinin hakimi (Əvəz Zeynallı və digərləri)

31. Səbuhi Hüseynov- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Əhsən Nuruzadə və digərləri)

32. Mayıl Bayramov- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Elçin Qasımov və digərləri)      

33. Mirbahəddin Hüseynov- Şəki Apelliyasiya məhkəməsinin hakimi (Tofiq Yaqublu, İlqar Məmmədov və Taleh Xasməmmədovun işi)

34. Novruz Kərimov- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Pərviz Həşimli və digərləri)

35. Tamella Nəsrullayeva- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (Orxan Kərimli və digərləri)

36. Vüqar Məmmədov- Bakı Apelliyasiya Məhkəməsinin hakimi (Qiyas İbrahimli və digərləri)

37. Şəlalə Həsənova- Nəsimi rayon məhkəməsinin hakimi (Mehman Qələndərov və digərlərinin işi)

38. Çingiz İsgəndərov- Ucar rayon məhkəməsinin keçmiş hakimi (Taleh Xasməmmədov və Fuad Hüseynov)

39. Fərhad Əfəndiyev- Göyçay rayon məhkəməsinin keçmiş sədri (Taleh Xasməmmədovun işi)

Siyasi sifarşləri icra edən Prokurorluq əməkdaşlarının

QARA SİYAHISI                                                   

1. Rüstəm Usubov - Baş prokurorun birinci müavini
2. İbrahim Ləmbəranski - Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi
3. Əhmədov Eldar - Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin rəisi
4. Orxan Zeynalov – Dövlət Sərhəd Xidmətinin müstəntiqi
5. Pərviz İbayev - Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi
6. Ramil Qurbanov - Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi
7. Emil Qəhrəmanov - Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi
8. Qasım Məmmədov - Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi
9. Səttar Rzayev - Baş Prokuroruğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin şöbə prokuroru

10. Vüqar Nəsibov - Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi
11. Sənan Paşayev - Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi
12. Orxan Babayev - Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi

13. Nadir Mirzəyev - Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi

14. Qabil Qasımov- Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsinin müstəntiqi

15. Mübariz Süleymanov - Nərimanov RPİ-nin müstəntiqi (Məmməd İbrahimin işi)

16. Hacı Əfəndiyev - DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi (Murad Ədilovun işi)

17. Yasin Məmmədov- Keçmiş MTN- nin İbtidai İstintaq İdarəsinin keçmiş rəis müavini (Səid Dadaşbəyli dəstəsi və digərləri)

18. Nadir Mustafayev- Keçmiş MTN- nin İbtidai İstintaq İdarəsinin sabiq baş müstəntiqi (Səid Dadaşbəyli dəstəsi və digərləri)

19. Sahib Ələkbərov- Keçmiş MTN- nin İbtidai İstintaq İdarəsinin sabiq müstəntiqi (Səid Dadaşbəyli dəstəsi və digərləri)

20. Eldar İsmayılov- Keçmiş MTN- nin İbtidai İstintaq İdarəsinin sabiq müstəntiqi

21. Ramazan Hadıyev- Fizuli rayon prokuroru

22. Muxtar Eminov- Göyçay rayon prokuroru

Siyasi işlərlə bağlı saxta rəy verən ekspert

  1. 1.Ceyhun Allahverdiyev- Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Ekspertiza Şöbəsinin rəisi (Günel Həsənli, Emin Hüseynov, Aqil Xəlil, Cəmil Həsənli, Qənimət Zahid, Rafik Tağı və digərləri ilə bağlı saxta rəy verib)

Qeyd. Adları siyahıda qeyd olunan şəxslər siyasi məhbuslara qarşı saxta ittiham aktı tərtib edən prokurorluq əməkdaşlarının və onlar haqqında qanunsuz, ədalətsiz məhkəmə hökmü çıxaran hakimlərin bir qisminin adıdır. Bu istiqamətdə araşdırmalar davam edir.

Siyasi məhbusların vəkillərinə olan təzyiqlər. Siyasi məhbusları və həbsində siyasi motivlər olan şəxsləri müdafiə edən vəkillər son zamanlar müxtəlif formalarda təzyiqlərə məruz qalıblar, Vəkillər Kollegiyasından xaric ediliblər. İlqar Məmmədovun vəkili olmuş Xalid Bağırov, Hacı Taleh Bağırzadənin, Abbas Hüseynin və digər dindar məhbusların hüquqlarını müdafiə edən vəkil Yalçın İmanov, Alayif Həsənov Vəkillər Kollegiyasının üzvlüyündən xaric ediliblər. Asif Yusiflinin, Murad Adilovun, Elnur Seyidovun, Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev, Fuad Əhmədlinin və digər siyasi məhbusların vəkili Asabəli Mustafayev, Əfqan Muxtarlının vəkili Nemət Kərimli, İradə Cavadovanın fəaliyyəti 1 il müddətə Vəkillər Kollegiyasında dayandırılıb. Azərbaycan adam sayına görə vəkillərin ən çox azlıq təşkil etdiyi ölklərdən biridir. Belə olan halda nümayəndəlik institunun fəaliyyətinin ləğv edilməsi ilə paralel olaraq müstəqil və obyektiv vəkillərin Vəkillər Kollegiyasından uzaqlaşdırılması ölkədə insan haqlarının qorunması sahəsində bərbad vəziyyəti daha da pisləşdirib.

BMT- nin İşgəncələr Əleyhinə Komitəsini Azərbaycanda Vəkillər Kollegiyasının yetərincəmüstəqil olmaması, icra hakimiyyətindən asılılığı, bu qurumun üzvlərinin sayının məhdudluğu vəbütün bunların da ölkədəvəkilliyin müstəqilliyinəmənfi təsir göstərməsindən narahatdır. Komitəhəmçinin ölkədəhəbs olunmuş fəalları müdafiəedən vəkillərəqarşı təzyiqlərdən, beləvəkillərin Kollegiyadan çıxarılmasından narahatlığını bildirir. Komitə bildirir ki, üzv dövlət qanunvericilikləyanaşı, praktikada da vəkillərin müstəqilliyini təmin etməlidir.

ABŞ Dövlət Departamentinin Hesabatındadeyilir ki, həbs edilmiş şəxslərin vəkillə görüşünə dərhal icazə verilməməsi Azərbaycanda geniş yayılmış praktikaya çevrilib. Ölkədə müstəqil məhkəmə sisteminin olmaması mühakimələrin ədalətliyini təmin etmək imkanı vermir. Departament vəkillərin Kollegiyadan uzaqlaşdırılmasından narahatlığını ifadə edib.

Azərbaycanda siyasi motivli həbslər. Son illər ölkədə bir çox siyasi motivli kütləvi həbslər həyata keçirilib ki, həmin həbslərin siyasi tərəfləri və səbəbləri lazımi qədər araşdırılmayıb, ictimaiyyətə açıqlanmayıb. Nəticədə hazırda yüzlərlə insan siyasi mülahizələrlə həbs həyatı yaşayır. Son illər aparılan kütləvi həbslər içində aşağıdakı ümumiləşdirilmiş 4 istiqamət üzrə həbslər qeyd oluna bilər;

a) Evrovizion həbsləri; 2012- ci ildə Bakıda keçirilən, böyük vəsaitlər hesabına başa gələn təmtaralı ilk beynəlxalq Evrovizion yarışması zamanı xeyli sayda insanlar həbs olundu. Həmin hadisələr zamanı həbs olunan qruplardan biri şərti olaraq “Padarov dəstəsi” oldu ki, həmin hadisələr zamanı 50- yə yaxın şəxs həbs edildi. 2 nəfər öldürüldü. 3 nəfərə ömürlük həbsə məhkum edilməklə 29 nəfərə ağır cəza verilib. Həbs etmə əməliyyyatını o zamankı Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu həyata keçirib. Məhkəmənin gedişində məlum olub ki MTN- nin iddia etdiyi öncədən əlbir olan, xaricdən silah gətirib təlim keçən, xüsusi planlar hazırlayan “mütəşəkkil dəstə”- nin əksər üzvləri bir- birini tanımır (!?). Həbs olunanların yaxınlarının və müdafiəçilərin məlumatına görə həmin şəxslərdən etirafedici ifadələr almaq üçün onlara keçmiş MTN- də ağır işgəncələr verib ailə üzvləri ilə təhdid ediblər. Onların bəziləri günahsız həbs olunub, bəzilərinə isə ifrat cəza verilib.

b) “MTN məhbusları”.Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) mövcud olduğu son dönəmlərdə quruma rəhbərlik edənlər dövlət başçısının və digər yüksək vəzifəli şəxslərin yanında öz nüfuzlarını süni şəkildə yüksəltmək, özlərinin önəmli, əvəzedilməz, peşəkar və s. olduqlarını göstərmək, əlavə imtiyaz və var- dövlət əldə etmək üçün tez- tez müxtəlif əməliyyatlar həyata keçiriblər. Xeyli sayda qanunsuz silahlı dəstələr, terrorçular, casuslar, vətən xainləri “zərərsizləşdirilib”, prezidentə qarşı həyata keçirilməsi planlaşdırılan sui- qəsdlərin dövlət çevrilişlərinin, terrorun “qarşısı alınıb”. Sonradan məlum oldu ki, MTN- nin keçirdiyi əməliyyatlar zamanı baş vermiş qanunsuzluqlar, günahsız insanların yersiz incidilməsi, işgəncələrə məruz qalması, həbs edilməsi, onların əllərindən mülklərinin və pullarının alınması ilə bağlı cinayətlərin miqyası o qədər geniş oldu ki, adı çəkilən qurum ləğv edildi. Nazirliyin yüzlərlə əməkdaşı işdən çıxarıldı, onlarla yüksək vəzifəli şəxsi həbs olundu. Amma keçmiş MTN- nin xətti ilə həyata keçirilən əməliyyatlar zamanı maddi və mənəvi ziyan dəymiş xeyli sayda insanların zərəri ödənilmədi, onlara hər hansı kompensasiya verilmədi. Həbs olunmuş xeyli sayda günahsız insanlar bu gün də qanunsuz olaraq həbsdə saxlanılır.

b) 02 aprel döyüşlərindən sonra hərbçilərin həbsi.2017- ci ilin 2 aprelində Azərbaycanla Ermənistanın təmas nöqtəsində atəşkəsin pozulması nəticəsində ordumuzun sıralarından 100- dən çox əsgərimiz şəhid oldu. Sonrakı günlərdə müəmmalı şəkildə hərbi hissələrdə və ona yaxın bölgələrdə hərbilərin həbs edilməsi və müəmmalı şəkildə işgəncə nəticəsində öldrülməsi halları meydana gəldi. Həmin ərəfədə ən azından 8 nəfər hərbçi sübutsuz- dəlilsiz qətlə yetirildi. Onların bəzilərinin nəşi ailəsinə verilməyək “vətən xaini” adı ilə gizli dəfn olundu. Öldürülən və həbs edilən hərbçilərlə bağlı sonrakı dönəmlərdə, eləcə də bu yaxınlarda keçirilən məhkəmələrdə məlum oldu ki, öldürülən şəxslər intihar etməyib, işgəncə altında öldürülüb və ya güllələnib. Eləcə də bir çox şəxslər günahsız həbs olunub. Öldürlən şəxslərdən birinin valideyni bildirib ki, onun oğluna verilən işgəncə ermənilərin Xocalıda dinc azərbaycanlılara verdiyi işgəncədən daha dəhşətli olub (https://www.youtube.com/watch?v=VFouqlXdI5U&fbclid=IwAR19o8z24Hfsh-xzgCHwqA05a_x9MpPgneJ75cLihM0q4WFcQNeJbdZWEPg). ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı yaydığı hesabatda da 2017-ci ilin may ayında casusluqda ittiham olunan beş hərbçinin naməlum şəraitdə ölməsindən söz açılır; “Onların da tez bir şəkildə dəfn olunduğu deyilir. Yerli insan haqları fəalları bunun işgəncə izlərinin ört-basdır olunması üçün edildiyini deyiblər”.

4. 03 iyul Gəncə hadisələri ilə bağlı həbslər; 03 iyul 2018- ci il tarixdə Gəncə şəhər İH-nin keçmiş başçısı Elmaq Vəliyevin şəhər sakini Yunus Səfərov tərəfindən güllələnməsi ilə bağlı respublika prokurorluğunun məlumatına görə, hadisəsi ilə bağlı bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib və müvafiq məhkəmə qərarları ilə həbs olunublar, 11 nəfərin barəsində axtarış elan edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, DİN və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisələrdən sonra Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatlar zamanı 9 nəfər güllələnərək qətlə yetirilib. Onların bəzilərinin nəşi ailəsinə təhvil verilməyib. Yerli hüquq müdafiəçiləri və ictimai- siyasi fəallar şübhəli iddia olunduğu bildirilən öldürülmüş şəxslərin tərki- silah olunması və məhkəmə önünə çıxarılması üçün güc strukturları tərəfindən lazım olan önləyici tədbirlər keçirilmədiyini bildirir. Eyni zamanda qeyd olunur ki, hakimiyyət əslində bu addımı ilə öncədən nəzarətdə saxladığı, zərərsizləşdirmək istədiyi şəxsləri həbs edib və ya aradan götürüb. Bir icra başçısının güllələnməsi üçün əksəriyyəti bir- birini tanımayan 100 nəfərə yaxın şəxsin (bu işlə bağlı həbs olunan, öldürülən və axtarışa verilən şəxslərin ümumi sayı 100 nəfər yaxındır- red.)  səfərbər olması inandırıcı görünmür. Yerli fəalların, şahidlərin və hüquq- müdafiəçilərinin verdiyi məlumata görə həmin şəxslərin əksəriyyətinin “Elmar Vəliyev olayı”- na heç bir aidiyyatı yoxdur və onlar günahsızdır. Məsələn, 2017- ci ilin oktyabr ayında həbs olunan, Gəncə hadisələri baş verən zaman 9 aydır ki həbsdə olan siyasi məhbus Firudin Zeynalov istintaq orqanları tərəfindən bu işə daxil edilib və ona qarşı anoloji ittihamlar irəli sürülüb (!?). Həbs olunan şəxslərdən etirafedici ifadələrin alınması üçün onlara ağır işgəncələr verilib.

Nəticə. Bütün qeyd olunanları ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, yeni həbs yerləri inşa edilib bəziləri təmir edilsə də əksər həbsxanalar Sovet dövründən qalmadır və onlar beynəlxalq standartlara cavab vermir. Saxlanma yerlərində vəziyyət normal səviyyədə deyil, əksinə ağır olaraq qalır, insan həyatı üçün bəzi məqamlar baxımdan təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yoluxucu xəstəliklərin yayılması probleminə səbəb olmuşdur. Məhbusların vəkilləri və ailə üzvləri ilə görüşlərinə məhdudiyyətlər qoyulur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Bir çox hallarda həbs edilən şəxslərə qarşı fiziki zorakalıq və işgəncə halları baş verir.

Həbs yerlərində əsas problemlərdən biri korrupsiya ilə bağlıdır ki, bu problem daha geniş və ağır vəziyyət yaradıb. Məhbusların hüquqlarının lazımi səviyyədə təmin olunmaması, bir çox qanunvericilik aktları, o cümlədən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanun və Avropa Penitensiar Qaydaları tam gücü ilə tətbiq edilmir.

Problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılmalı, qanunların işləməsinə şərait yaradılmalı və dərin islahatlar həyata keçirilməlidir.

Bir çox hallarda açılan cinayət işləri Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə deyil, yuxarı hədlə, bəzi hallarda isə şişirdilmiş halda tətbiq olunur. Bu isə ölkədəki inzibati idaetmənin mahiyyətindən, sərtliyindən doğmaqla yanaşı, həm də hüquq mühafizə orqanlarını bürümüş korrupsiyanın fəsadlarından irəli gəlir. Həbsxanaya atılan insanlar bayırda işlətdiyi “cinayətlər”- lə bərabər həbs həyatı yaşadığı həbsxananın yazılmamış qanunları ilə də cəzalandırılır. Bu gün Azərbaycandakı həbs yerlərinin əksəriyyəti ölüm düşərgələrini- konslagerləri xatırladır. Hazırkı Penitensiar Xidmətin mahiyyəti, iş rejimi, dustaqlara münasibəti Sovet dövründə olduğu kimi qalır. Bir çoxları Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa Penitensiar Qaydalarına, eləcə də digər bir sıra Konvensiyalara qoşulmaqla bu sahədə ciddi islahatların aparılacağını, vəziyyətin düzələcəyini ümid etsələr də gözləntilər özünü doğrultmadı. Digər tərəfdən ölkədəki avtoritar rejimin mahiyyətindən doğan qisasçılıq, repressiyalar, insanlarda qorxu xofu yaratmaq cəhdi dörd divar arasında- barmaqlılar arxasında daha amansız şəkildə həyata keçirilir.

Əldə olunan məlumatlara görə son illər bütün İstintaq Təcridxanaları və CÇM- lər dustaqlarla doludur. Adam sayına və yer sxlığına görə onların sayı həddən çoxdur. Bir çox yerli və beynəlxalq təşkilatların açıqladığı hesabatlarda da bu rəqəm öz əksini tapır.

Azərbaycan həbsxanalarında saxlanma şəraitinin yaxşılaşdırılması, məhbus hüquqlarının qorunması və siyasi məhbus probleminin həll olunması üçün təxirə salınmaz kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsinə ehtiyac var.

Hazırda ən ciddi problemlərdən biri siyasi məhbuslarla bağlı poblemdir. İctimai- siyasi fəaliyyətinə, hüquq- müdafiə, jurnalist fəaliyyətinə, dini baxşılarına görə ölkə həbsxanalarında 150- dən çox siyasi məhbus var. Hakimiyyət özünə təhlükə hesab etdiyi istənilən şəxsi müxtəlif üsullarla şərləyib həbsə atır və onlara qarşı fantastik və absurd məhkəmə cəzası kəsir. Bir sıra yerli və beynəlxalq təşkilatların təkidli tələblərinə baxmayaraq Azərbaycan höküməti siyasi məhbus problemini həll etmək əvəzinə yeni- yeni ictimai fəalları müxtəlif uydurma bəhanələrlə həbs edir. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmiz keçmiş MDB və Avropa ölkələri arasında həm ölkə əhalisini adam sayına, həm də siyasi məhbusların sayına görə lider ölkələrdən biridir. Bu göstərici ölkədə insan haqlarının, sərbəst toplaşmaq, söz mətbuat azadlığının həm də real göstəricisi hesab oluna bilər. Bu göstərici həm də ölkədə mövcud olan avtoritar rejimin dinc, günahsız insanlara tətbiq etdiyi ağır cəzaların statistik nəticəsindən doğur. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda uzun illərdir ki, siyasi məhbus problemi mövcuddur və problem həll olunmamış qalır. Əksinə siyasi motivlərlə həbsdə olanların sayı və onlara verilən absurd cəzaların müddəti artır. Yuxarıda qeyd edildiyi kimi siyasi məhbus probleminin həlli ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təpkilər və ciddi sanksiyalar olmalıdır.

Tövsiyyələr;

Azərbaycanda həbs yerlərində vəziyyətin, infrastrukturun yaxşılaşdırılması, məhbusların hüquq və vəzifələrinin təmin edilməsi, qorunması, eləcə də siyasi məhbus probleminin həlli üçün aşağıdakı tövsiyyələr irəli sürülür;

  1. Həbs yerlərindəki vəziyyətin yaxşılaşdırılması və məhbusların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası təkmilləşdirilsin, qanunların tam gücü ilə həyata keçirilməsi təmin edilsin;
  2. İnsan həyatı üçün təhlükəli olan köhnə İstintaq Təcridxanalarının və CÇM- lərinin ləğv edilərək yenilərini inşa olunması prosesi surətləndirilsin;
  3. Penitensiar Xidmətin ictimaiyyət üçün açıqlığı, şəffaf fəaliyyəti, hesabatlılığı, vətəndaş cəmiyyəti institutlarının sorğularının cavablandırması təmin edilsin;
  4. Həbs yerlərində korrupsiya və işgənçə halları ciddi şəkildə araşdırılaraq aradan qaldırılsın, qanunsuz əməllərə yol verən məsul şəxslər haqqında ciddi ölçü götürülsün.
  5. Penitensiar Xidmət tərəfindən vətəndaş cəmiyyəti institularının həbs yerlərinə daxil olaraq məhbuslarla görüşmək, onları narahat edən problemlərlə maraqlanmaq və monitorinq aparmasına ayrı- seçkilik aradan qaldırılsın və şərait yaradılsın.
  6. Həbs yerlərində ümumi vəziyyətin və saxlanma şəraitinin yaxşılaşdırılması, məhbusların hüquq və vəzifələrinin qorunması sahəsində vəziyyət Azərbaycanın qoşulduğu Avropa Penitensiar Qaydalarına tam uyğunlaşdırılsın;
  7. Həbs yerlərində məhbuslara dövlət tərəfindən verilən yeməyin, qida və ərzaq təminatının keyfiyyəti artırılsın, tibbi, sosial xidmətlər yaxşılaşdırılsın. Penitensiar Xidmət personalının dustaqlara münasibəti qanunvericilk səviyyəsində tənzimlənsin;
  8. Qanunların və cəzaların humanistləşdirilməsi prinsipi əsas götürülərək ölkədə həbs yerlərində məhkumların sayının azaldılması istiqamətində təxirə salınmaz addımlar atılsın;
  9. Müəmmalı qətllərə və siyasi motivli həbslərə son qoyulsun, bu əməllərə yol verən cavabdehlər məsuliyyətə cəlb olunsunlar;
  10. Siyasi məhbuslarla bağlı sifarişli, qurama ittiham aktları tərtib edən müstəntiqlər, həmin ittiham aktlarını müdafiə edən dövlət ittihamçıları və hakimlər məsuliyyətə cəlb olunsun, onlar haqqında ölçü götürülsün;
  11. Siyasi motivli həbslərə son qoyulsun, həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılsın.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 1.Azərbaycan respublikasının Konstitusiyası və Cinayət Məcəllləsi
  2. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu
  3. 3.MƏHKUMLARIN İSLAH EDİLMƏSİNDƏ İCTİMAİYYƏTİN İŞTİRAKI VƏ CƏZANI İCRA EDƏN MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİNƏ İCTİMAİ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI”
  4. “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiya
  5. 5.ABŞ Dövlət Departamentinin hesabatı
  6. 6.BMT- nin İşgəncələr Əleyhinə Komitəsinin hesabatı
  7. 7.Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin hesabatı
  8. 8.Amnestyu İnternational təşkilatının hesabatı
  9. 9.Keçmiş vicdan məhbusları, vəkillər və hüquq müdafiəçiləri ilə müsahibələr
  10. 10.Ədliyyə nazirliyi Penitensiar Xidmətin internet səhifəsi
  11. 11.Daxili İşlər Nazirliyi və Respublika prokurorluğunun rəsmi internet səhifəsi
  12. 12.Avropa Şurasının cinayət işləri və cəzaçəkmə ilə bağlı “SPACE” statistik hesabatı
  13. Avropa Şurasının rəsmi internet səhifəsiDekabr 2018- ci il, Bakı şəhəri

Qeyd; Hesabatdan istifadə edilərkən istinad zəruridir.

Əlaqə; email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. , tel; (+994) 070 971 71 21

Oxunuş sayı 575 dəfə
Şərh vermək üçün giriş edin
Top