Bazar ertəsi, 08 Aprel 2019 22:44

Taleh Xasməmmədov Müsavatdan xaric edildi - İlginc səbəb

Keçmiş siyasi məhbus Taleh Xasməmmədov Müsavat Partiyasının üzvlüyündən xaric edilib. Bu barədə T.Xasməmmədov Facebook hesabında bununla bağlı yazıb: “Dostlar məni təbrik edə bilərsiniz! Bu gün Müsavat Partiyası sıralarından hansısa qərarla xaric edilmişəm. Əminəm ki, vaxt gələcək əleyhimə bilməyərəkdən çıxmış həqiqi müsavatçılar mənim mövqeyimdə olacaqlar. Çünki, 19 ilin müsavatçısını bir statusa qurban edən "partiya" heç bir halda xalqın etimadını qazana bilməz, bundan heç şübhəniz olmasın!”

Bu əsnada Müsavat Partiyası NTK-nın məsələ ilə bağlı açıqlaması yayılıb. Həmin açıqlamada deyilir ki, NTK özünün genişləndirilmiş iclası keçirilib. “Toplantıda ölkədə, dünyada gedən proseslərlə yanaşı, partiyadaxili nizam-intizam da müzakirə mövzusu olub. Partiya üzvü Taleh Xasməmmədov partiyanın dəst-xəttinə uyğun hərəkətlər etmədiyinə görə, dəfələrlə xəbərdarlıqlar almasına baxmayaraq, öz bildiyini etmişdir. Facebook-da partiya əleyhinə böhtan xarakterli statuslar paylaşmış, iclaslara gəlməmiş və başqa partiyanın nizamnaməsinə uyğun hərəkətlər etmədiyinə görə gizli səsvermə yolu ilə partiya sıralarından xaric olunub”.

Oxunuş sayı 758 dəfə
Şərh vermək üçün giriş edin
Top