Çərşənbə axşamı, 16 Aprel 2019 20:02

Müsavat Partiyasının saxta sənəd qalmaqalı davam edir - FOTOFAKT

Müsavat Partiyasının mühacirlərə saxta sənəd satması ilə bağlı qalmaqal böyüyür. Lakin Müsavat rəhbərliyi susmağa üstünlük verir, bir-birinin ardınca yayınlanan məlumatlara münasibət bildirmir.

Xeberinfo.de Müsavat AKM-in keçmiş üzvü, Almaniyada mühacir həyatı yaşayan Zakir Ağayevin paylaşdığı məlumatı təqdim edir:

"Müsavat vә Müsavat AKM-in Avropadakı qaranlıq işlәri silsilәsindәn.

Şәkildә gördüyünüz Müsavat AKM vәsiqәsi Orxan Qәhrәmanova mәxsusdur. O 2016-cı ildә Almaniyaya gәlib. Onu tanıyanların nәzәrincә, hakimiyyәtlә yaxın әlaqәlәrini nәzәrә alıb, GÖNDӘRİLİB dә demәk olar. Onu yaxından tanıyanların dediyinә görә, onu Almaniyada Müsavat AKM-in yüksәk vәzifәli şәxslәri qarşılayıblar(Bakıdan gәlәn tapşırıq әsasında). Dәrhal AKM-ә üzv edib siyasi mühacir, hәm dә guya köhnә müsavatçı kimi miqrasiyaya tәqdim ediblәr. 2017-ci ildә Almaniyada Müsavat Partiyası üzvlәrinә cinayәt işi açıldıqdan bir müddәt sonra müәmmalı şәkildә Almaniyanı tәrk edib Azәrbaycana qayıdıb.

Sosial şәbәkәlәrdә yayılan mәlumatlara görә, hәmin cinayәt işindә Azәrbaycan hökumәtinin Avropaya siyasi mühacir adı altında öz AGENTLӘRİNİ yerlәşdirmәsi ilә bağlı da bәndlәr var. İddialara görә bu işdә hakimiyyәtә bәzi tanınmış Müsavat AKM üzvlәri dә kömәk edirmiş. Bunları nәzәrә alıb Orxan Qәhrәmanovun Almaniyanı niyә tәrk etmәsini anlamaq olar. Hazırda Orxan Bakıda bir neçә #hamam-sauna işlәdir. Bu haqda onun öz facebook sәhifisәndәki paylaşımlarından da görmәk olar.

Müsavat üzvlәrinә sәslәnirәm. Belә bir müsavatçı tanıyırsınızmı? Әgәr tanımırsınızsa, necә olub ki, onu Müsavat AKM-ә üzv qәbul edib, miqrasiya idarәsinә dә köhnә müsavatçı kimi tәqdim ediblәr? Sonra deyirsiniz ki, Müsavatın adını belә işlәrdә hallandırmayın, fakt tәqdim edin. Bu fakt deyilmi?"

58382280 2115001188621207 7282048283646623744 n57761917 944296045763778 1038793606392971264 n

Oxunuş sayı 916 dəfə
Şərh vermək üçün giriş edin
Top