Cümə, 03 May 2019 14:22

Siyasi mühacirin qardaşı işdən qovuldu

Ziya Cəbiyev: “Qardaşımın işindən uzaqlaşdırılmasında əsas səbən kimi mənim siyasi fəaliyyətim və tənqidi statuslarım göstərilib“

Siyasi mühacir Ziya Cəbiyevin qardaşı Vüsal Cəbiyev işlədiyi zavoddan uzaqlaşdırılıb. Bu barədə Z.Cəbiyev özü Xeberinfo.de-ə məlumat verib.

Z.Cəbiyev bildirib ki, qardaşı Vüsalı haqsız yerə işdən uzaqlaşdırıblar: "Mən Almaniyada siyasi statusla yaşayıram. Təbii ki, hökuməti yanlış siyasətinə görə tənqid edirəm. Bundan əvvəl də dəfələrlə qardaşımı və yaşlı atamı polis hədələmişdi.

Qardaşımın işindən uzaqlaşdırılmasında əsas səbəb kimi mənim siyasi fəaliyyətim və tənqidi statuslarım göstərilib. Dəfələrlə mənə təzyiq etmək üçün yaxın qohumlarım təhdid olunub. Qardaşım Baku Steel Company-nın Sumqayıtdakı filialında (boru zavodunda) çalışırdı. Bir neçə dəfə xəbərdarlıq edilmişdi, hətta zavodun direktoru Rasim Məmmədovun təhdidi də çatdırılmışdı".

Oxunuş sayı 874 dəfə
Şərh vermək üçün giriş edin
Top