Çərşənbə, 22 May 2019 22:47

Keçmiş diplomat AND-dan getdi

Avropada fəaliyyət göstərən AND (Azərbaycan Naminə Demokratiya) təşkilatının həmsədri, keçmiş diplomat Arif Məmmədov istefa verib.

Xeberinfo.de-in verdiyi məlumata görə, bu barəd A.Məmmədov facebook səhifəsində yazıb. Həmin statusu təqdim edirik:

“Dostlar, bu gün AND hərəkatının həmsədr vəzifəsindən və ümumiyyətlə AND hərəkatından çıxmaq qərarı veriləm.

Son iki ildə AND hərəkatı Avropada çox güclü və effektiv siyasi qüvvəyə çevrildi.

Beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratdıq. Avropa Şurasında, Avropa Birliyində korrupsiya şəbəkəsinin ifşa olunmasında AND hərəkatının xidmətləri göz qabağındadır.

Son bir ildə AND hərəkatı onlarla siyasi məhbus ailələrinə maddi və mənəvi dəstək göstərmişdir.

Bütün dostların olduğu kimi ANDın İdarə Heyyətinin üzvləri və diqər ANDçılar bu xəbəri ilk dəfə öyrənəcəklər. Düşündüm ki öncədən desəm dostlar fikrimi dəyişdirməyə çalışacaqlar.

ANDın daha böyük uğurlarına inanıram və səmimi olaraq bunu arzulayıram və hər zaman ANDa dəstək verməyə hazıram.

Xüsusilə vurğulamaq istərdim ki nə mənim siyasi baxışlarımda, nədəki mövqeyimdə heç bir dəyişiklik yoxdur və ən böyük arzum Azərbaycanın demokratik qüdrətli dövlət olmağına nail olmaqdır.

Bu gündən etibarən fəaliyyətimi müstəqil siyasətçi kimi davam edəcəyəm“.

Oxunuş sayı 713 dəfə
Şərh vermək üçün giriş edin
Top