Cümə axşamı, 13 İyun 2019 12:11

Polad Aslanov saxlanılıb

Xeberman.az saytının rəhbəri Polad Aslanov saxlanılıb. Xeberinfo.de-in məlumatına görə bu barədə P.Aslanovun həyat yoldaşı məlumat yayıb.

"Salam dostlar.
Dünən səhər təxminən saat 11yarsında Polad Aslanov,Mən Gülmirə Aslanova və evladımız Fatimə Aslanovanı Biləsuvar Keçid Məntəqəsində bizi saxladılar.Və bizə sistemdə problem olduğunu bildirdilər.Bir neçə dəqiqədən sonra bizi təkrar yoxlama otağına saldılar.Telefonlarımızı zorla əlimizdən aldılar.Və biz tələb edirdik ki,azı səbəb nədi?siz hansı haqla bunları edirsiz?Onlar isə ancaq zorla məni otaqdan çıxardıb Polad bəyi sorğuya çekirdilər.Təxminən 1saat yarımdan sonra DTX nin Biləsuvar rayon şöbəsindən 3nəfər əməkdaş gəldi.Polad bəyi tək sorğuya çəkirdilər.Sonra bizi DTX nin Biləsuvar rayon şöbəsinə gətirdilər.Idarənın rəisi bildirdi ki,mən sizi aparmalıyam Bakıya və bir nəfərə təhvil verməliyəm.Mən onunla çox mübahisə etdim.Telefonumu tələb etdim.Amma onlar kobud şəkildə istəyir biz sizə samalyotda gətirək deyə bizi ələ salırdılar.Və onlar Polad bəyi ayrı maşında sizi ayrı maşında aparacağıq Bakıya.Mən razı olmadım.Və mənə şərt qoydular o zaman Polad bəyin qollarına qandal vuracağıq.Mən də dedim birini də mənim qoluma vurun.Amma bizi ayrı maşında aparsaz mən intihar edəcəm.Beləcə biz birlikdə maşınla Bakı şəhərinə DTX ıdarəsinə gətirdilər.Və Polad bəylə məni ayırdılar.Təxminən 2saatdan sonra onlar uşaqla məni öz yaşadığımız evə gətirdilər.Evdə məhkəmə qərarı ilə axtarış apardılar.Polad bəyə məxsus kompyüter,data kart,nömrə,sənədlər,fotoaparat,video kamera və bir çox avadanlıqları müsadirə etdilər.Və hətta Polad bəyin anasıgilin evində də axtarış apardılar.Həmin evdən Polad bəyə məxsus olmayan bir ədəd kitab və bir ədəd evdə lazım olmayan ,yararsız telefon kartı,Anası Aslanova Güllərə məxsus telefonu da aldılar.Və yenidən bizi DTX apardılar.Təxminən məni 4-5saat sorğuya çəkdilər.Gecə saat 1yarsı məni buraxdılar.Hal-hazırda Polad bəy DTX ıdarəsində saxlanılır".

Oxunuş sayı 825 dəfə
Şərh vermək üçün giriş edin
Top