×

Xəbərdarlıq

JUser: :_load: ID-si 5168 olan istifadəçini yükləmək alınmadı
Çərşənbə axşamı, 18 İyun 2019 12:12

Mursini hökumət öldürüb – Müsəlman Qardaşları

Müsəlman Qardaşları təşkilatı Məhəmməd Mursinin ölümünə görə məsuliyyəti Misirin indiki hakimiyyətinin üzərinə atıb.

Təşkilat yaydığı bəyanatda olayın qətl olduğunu bildirib.

Beynəlxalq İnsan Haqları təşkilatı da Misir hökumətini tənqid edib. Təşkilat yaydığı bəyanatda Mursinin ölümünün dəhşətli, amma gözlənilən olduğunu bildirib. Hüquq müdafiəsi təşkilatı keçmiş prezidentə hakimiyyət tərəfindən heç bir tibbi yardım göstərilmədiyini bəyan edib.

Qeyd edək ki, Mursi dünən məhkəmə zalında vəfat edib. Sabiq prezidentin məhkəməyə çağırılmasına səbəb hökumətin ona qarşı irəli sürdüyü HƏMAS lehinə casusluq etmək iddiası olub. (axar.az)

Oxunuş sayı 753 dəfə
Şərh vermək üçün giriş edin
Top