Şənbə, 20 İyul 2019 23:01

Trola ciddi suallar ünvanlanmaz

İki ay əvvəl olardı. Müsavatçı (bir zaman yüksək post tutub) bir dostumla Azərbaycanda siyasi məhbus mövzusunda danışırdıq. Söhbət Tofiq Yaqubludan düşdü. Müsavatçı dostum dedi ki, Tofiq Yaqublu qorxmaz və çox cəsarətli adamdı, hakimiyyətə qarşı sərt döyüşür. Amma Əli Kərimlinin troludur. 
Tofiq bəy haqqında dediklərinin birinci hissəsini qəbul etdim, ikinci hissəsi məni çoox təəccübləndirdi, Müsavat Partiyasında Divan üzvü olduğunu bildirdim. Adam daha iddialı danışdı...
Bir neçə gün əvvəl xidmətdə olan əsgərimizin əlindən silahının alınması ölkəmiz üçün böyük biabırçılıq oldu və hələ də hökumət adekvat cavab verməyib. Bu zaman Tofiq Yaqublu İranın Bakıdakı səfirliyi qarşısında peyda oldu. Xəbərin başlığını oxuyanda inanmadım. Çünki, Tofiq bəy həmin gəncləri götürüb, Gürcüstan səfirliyinin qarşısına getməliydi. Əlqərəz, sonra məlum oldu ki, İran Ermənistanla silah istehsalını təkzib edib və edir. Deməli, Tofiq bəy dəqiqləşdirmədiyi məlumata görə qonşu ölkənin səfirliyinə hücum edib. (Niyə Tofiq bəyin adını qeyd edirəm, axı orda başqaları da olub? Tofiq bəyin yaşı və təcrübəsi belə davranışla düzmütənasib olmadığı üçün). 
Bəli, lap elə hücum, yaxud basqın etmişdilər. Əsasım; Bakıda yeganə səfirlik İranındır ki, kim istəsə əlinə bir şüar tutub qapısının ağzını kəsdirə bilir. Bu dəfə basqın olduğu üçün polis risk eləmədi, Tofiq bəyin bandasının qarşısını aldı. 
Müvasatçı dostumun dediyi, görüntülərə baxanda bir də yadıma düşdü. Tofiq bəyin trol olduğuna inanmağa başladım. Həm də Ata Abdullayevin Əli Kərimliyə qarşı məlum hərəkətini xatırladım, bir az boy fərqi olmasaydı deyərdim, elə eyni davranışdır. 
İllərdir hörmətli Tofiq bəyə ünvanlamaq istədiyim bəzi suallar da var idi. Daha ehtiyac qalmadı, trola ciddi suallar ünvanlanmaz! Sonda deyim ki, hörmətli Əli bəyin trolu olduğuna hələ də inanmıram.

Cavid Cabbarlı

Oxunuş sayı 872 dəfə
Şərh vermək üçün giriş edin
Top