Cümə, 01 Noyabr 2019 11:18

Nurlana istefaya göndərilməklə layiqli cəzasını almalıdır - BƏYANAT

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Slavyan Universitetində 20 Yanvar faciəsinin mühəndislərindən olan Primakovun 90 illik jubley tədbirinə etiraz bəyanatı yayıb. Bu barədə Xeberinfo.de-ə Birliyin sədri, ictimai xadim Jalə xanım Cəfərova məlumat verib. 

Xeberinfo.de həmin bəyanatı təqdim edir:

"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə Qarabağa qarşı olan təcavüzkar siyasəti otuz ilə yaxındır ki davam edir. Dağlıq Qarabağ bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Ermənistanın Qarabağa ərazi iddiasının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri "böyük Ermənistan" yaratmaq xülyasının nəticəsidir. Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmir. Bu baxımdan, Qarabağ problemi və erməni məsələsi tarixən mövcud olmuşdur. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində dövlətimizə külli miqdarda maddi-mənəvi ziyan dəymişdir.

Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Bütün bunlar az imiş kimi sapıözümüzdən olan üzdəniraq “ziyalı”ların vurduğu zərbə heç bir ölçüyə sığmır.

1990-cı il 20 yanvar faicəsinin müəlliflərindən olan cəllad Jevgeni Primakovu xatırlamayan yoxdur. İllərdir bu cəlladların ədalət məhkəməsi qarşısında layiqli cəzalarının almasını tələb etdiyimiz halda heç bir məntiqi izahına ehtiyac olmayan iyrənc bir addım atılır. Bu 90 yaşlı cəlladın yubileyi şərəfinə Slavyan universitetinin rektoru Nurlana Əliyevanın tələbələr arasında esse müsabiqəsi keçirilməsini təklif edib. Bunun izahı varmı? İllərdir bacardığımız qədər yetişməkdə olan yeni nəslə Vətən sevgisini aşılamağa çalışdıq. Şəhidlərimizi tanıtdıq, işğalçıları tanısınlar deyə, bu gün də əlimizdən gələni edirik və bu bizim vətəndaşlıq borcumuzdur. Bəs görəsən özünü ziyalı sayan rektor nə düşüncə və əxlaqla bu addımı atıb? Bu rəzil addımın yalnız cavabı bu ola bilər. Belə bir insan nəinki ali məktəbə rəhbərlik edə bilməz, beləsinin Azərbaycanda nəfəs alması belə günahdır. Biz Milli Mədəniyyətin Təbliği ictimai Birliyi olaraq xalqın səsinə səs verərək tələb edirik:

1. Əliyeva Nurlananın bütün elmi titulları ləğv edilsin

2. İstefaya göndərilməklə layiqli cəza verilsin.

3. Şəhid ailələrindən bütün ictimaiyyətdən üzr istəsin".

Oxunuş sayı 1127 dəfə
Şərh vermək üçün giriş edin
Top