Çərşənbə axşamı, 17 Dekabr 2019 21:05

AİP sədr müavininin səhəti pisləşdi

Azərbaycan İslam Partiyasının sədr müavini Ruhullah Axundzadənin səhətində yenidən problem yaranıb.

Bu barədə onun yaxınları məlumat veriblər.

Məlumatda bildirilir ki, 65 yaşlı siyasi məhbus miokard infaktdan sonra aldığı müalicə öz təsirini göstərməyib.

"2013-cü ilin may ayında miokrd infaktı keçirən Ruhullah Axundzadə bu barədə müalicə alsa da mövcud şərait və qərəzli münasibət onun sağalmasına deyil, xəstəliyinin daha da şiddətlənməsinə səbəb olub.  Hipertoniyadan əziyyət çəkən R. Axundzadənin müxtəlif xəstəliklər səbəbindən dərman asılılığı hal hazırda gözlərinin tutulması, kəskin böyrək çatışmamazlığı, qara ciyərində ciddi zədə və qarın boşluğu problemlərinin intensivliyinə gətirib çıxarıb. Son günlər isə o ağırlaşan vəziyyəti səbəbindən gündəlik həbsxana qaydlarına belə riayət edə bilmir. Ayaq üstə sərbəst dayana bilməyən Ruhullah Axundzadə dərmanların da ona kömək göstərmədiyini bildirir. Dəfələrlə Pentesiar xidmətin Müalicə Mərkəzində olan Axundzadə hal hazırda çox çətin durumdadır. O xəstəxanada da ona qərəzli yanaşıldığını, lazımlı müalicə göstərilmədiyini vurğulayır. Hətta son günlər məhkum həyatı yaşadığı 15 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyətinin çətin olması ilə bağlı dəfələrlə rəhbərliyə müraciətinə baxmayaraq Pentesiar xidmətin tibb personalı onu müayinə və müalicə etmək istəmir. Axundzadə bütün bu davranışların onun siyasi fəaliyyəti ilə əlaqəli olduğunu düşünür", - deyə yaxınları qeyd edirlər.

Səhhəti ilə bağlı narahatlıq yaşayan Axundzadənin ailəsi yardım üçün müxtəlif əlaqədar təşkilatlara və qurumlara müraciət etməyə hazırlaşırlar.

Onlar ölümə qurban verilmədən Axundzadəni xilas edəcəklərini ümid etdiklərini diqqətə çatdırırlar.

Xatırladaq ki, Azərbaycan İslam Partiyasının sədr müavini, Astara rayon təşkilatının sədri Ruhullah Axundzadə 2011-ci il yanvar ayının 21-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb. Uzun sürən məhkəmədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 
 
Yaxınları, özü və vəkilləri təqsirsiz olduğunu vurğulayırlar.
Oxunuş sayı 768 dəfə
Şərh vermək üçün giriş edin
Top