Bazar, 22 Dekabr 2019 11:58

Gəncə məhbusları aclıq aksiyasına başladı

2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluğunu çəkən Gəncə məhbusları aclıq aksiyasına başlayıb. Bu barədə məhbusların yaxınları məlumat verib.

Gəncə məhbusları heç bir günahı olmadan həbs edilmələrinə, istintaq zamanı onlara verilən dəhşətli işgəncə faktlarının araşdırılmamasına, işgəncə verənlərin cəzalandırılmamasına etiraz olaraq aslığa başlayıblar. Məhbuslar eyni zamanda onların yaxınlarının bir ildən çoxdur ki, adiyyatlı dövlət qurumlarının qarşısında etdikləri aksiyaların cavabsız qalmasına etiraz edirlər.

Gəncə məhbusları Əli Hüseyn oğlu Rzayev, Toğrul Mahir oğlu Verdiyev, Zabil Qabil oğlu Məmmədov, Elvin Novruz oğlu Nəzərov, Elman Telman oğlu Quliyev, Orxan Zakir oğlu Yeğnəliyev, Kamal Qüdrət oğlu Quliyev bu gündən başlayaraq aclıq aksiyasına qoşulublar.(Vetenugrunda.az)

Oxunuş sayı 786 dəfə
Şərh vermək üçün giriş edin
Top