Bazar, 22 Dekabr 2019 22:32

"Kölgə" Elvin İsayevin azadlığını tələb edir - BƏYANAT

Siyasi məhbuslara və ailələrinə "Kölgə" Yardım Birliyi Elvin İsayevin Ukraynadan oğurlanaraq, Azərbaycana aparılmasını, həbs olunmasını və işgəncələrə məruz qalmasını pisləyən bəyanat yayıb. Bu barədə Birliyin sözçüsü Röya Rəfili Xeberinfo.de-ə məlumat verib.

Bəyanatı təqdim edirk:

"Azərbaycan Respublikasının vətəndaşı Elvin İsayev İltixam oğlunun həbsilə bağlı “Kölgə“ Yardım Birliyinin bəyanatı “Kölgə“ Yardım Birliyi Azərbaycan Respublikasının vətəndaşı Elvin İsayev İltixam oğlunun Ukraynadan oğurlanaraq, Azərbaycana aparılmasını, Azərbaycanda cinayət işi açılaraq, işgəncələrə məruz qoyulmasını kəskin şəkildə pisləyir və azadlığını tələb edir. Biz İsayev Elvinin heç bir cinayət törətmədiyinə inanırıq, onun həbsinin məhz siyasi sifariş olduğunu iddia edirik. Elvin İsayevin Ukraynadan oğurlanaraq, Azərbaycana göndərilməsi və işgəncələrə məruz qalması insan hüquq və azadlıqlarının pozulması, demokratik dəyərlərə hayqırıdır. Azərbaycanın siyasi hakimiyyəti bu addımıyla vətəndaşlara və müxalif düşərgəyə qarşı əzələ nümayiş etdirir, heç bir hüquq və dəyər tanımadığını göstərir. “Kölgə“ Yardım Birliyi Əliyev sülalə hakimiyyətinin zorakı siyasətini pisləyir, bütün siyasi məhbuslar daxil olmaqla, Elvin İsayevin azadlığını tələb edir.

“Kölgə“ YB İdarə Heyəti"

Qeyd edək ki, Elvin İsayev dekabrın 12-də Ukraynadan oğurlanaraq Azərbaycana deportasiya edilib. E.İsayevin barəsində cinayət işi açılıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Oxunuş sayı 1270 dəfə
Şərh vermək üçün giriş edin
Top