Bazar, 05 Yanvar 2020 00:28

Berlində Elvin İsayevlə bağlı aksiya keçiriləcək

Berlində Azərbaycan səfirliyi qarşısında bloger Elvin İsayevlə bağlı aksiya keçiriləcək. Bu barədə aksiyanın təşkilatçısı bloger Orxan Ağayev facebook səhifəsində məlumat yayıb. Məlumata görə, "Elvin İsayevə azadlıq" şuarıyla keçirilən aksiya 09.01.2020-ci il tarixdə saat 10:00-dan 12:00-a qədər nəzərdə tutulur. 

Qeyd edək ki, Elvin İsayev 12 dekabr 2019-cu il tarixdə Ukraynadan oğurlanaraq, Azərbaycana gətirilib, hakimiyyəti tənqid etdiyi üçün həbs edilib. Ona qarşı irəli sürülmüş ittihamlarla razı deyil, həbsinin siyasi sifariş olduğunu iddia edir.  

Oxunuş sayı 983 dəfə
Şərh vermək üçün giriş edin
Top