Çərşənbə axşamı, 11 Fevral 2020 17:40

Berlində parlament seçkilərinə etiraz edildi - VİDEO

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Səfirliyinin qarşısında bir qrup azərbaycanlı mühacir Azərbaycan Milli Məclisinə keçirilən 6-cı çağırış seçkilərə etiraz edilib. Mühacirlər seçkilərin nəticələrini tanımadıqlarını və xalqın iradəsini əks etdirmədiyini bildiriblər.
Qeyd edək ki, aksiyanın təşkilatçıları siyasi mühacir, jurnalist Natiq Həziquliyev və siyasi mühacir Emin Qurbanov olublar. 

Aksiyanın qətnaməsini təqdim edirik:  

"ERKLÄRUNG
zur organisierten Kundgebung der in Deutschland lebenden politischen Asylbewerber vor der Botschaft der Republik Aserbaidschan in Berlin (Natig Haziguliyev und Emin Gurbanov) gegen die vorgezogenen Parlamentswahlen am 09.02.2020
Vor zwei Tagen, am 09.02.2020, wurden wir zum Zeugen noch einer weiteren Farce über Wahlen in Aserbaidschan. Ohne Begründung und ohne Notwendigkeit wurden die außerordentlichen Parlamentswahlen durchgeführt. Diese Wahlen sind ein wesentlicher Bestandteil des Spielchen der Regierung von Aliyev über Reformen. Das Regime versucht mit einigen kosmetischen Schönheitsveränderungen seine "Reformen" durchzuführen, um sein Leben zu verlängern, und das vollständige Gegenteil seiner 27 Jahre lang durchgeführten Politik zu zeigen. Die Menschen sind jedoch der falschen und verräterischen Politik des unterdrückten Regimes überdrüssig und glauben an nichts. Aber in einem einzigen Fall wird es die Reformen akzeptieren, wenn das Team von Ilham Aliyev aus der Regierung zurücktritt. Über welche Art von Reformen kann man sprechen, wenn sich das Leben eines Bürgers nicht verbessert und die Menschen keine positive Veränderung in ihrem Privatleben verspüren?!
Wir denken, dass die Regierung von Aliyev 27 Jahre lang im Mittelpunkt gezeigt hat, wozu sie fähig ist und was sie machen kann. Es gab keine andere Fähigkeit, als Feindschaft zu den Menschen aufzubauen. Was hat sich jetzt geändert, warum und wie kann sie positive Schritte unternehmen, dieser korrupt herrschende Familienclan?!
Die Korruption dieser Regierung hat die Grenzen überschritten und erstreckt sich auf europäischen Abgeordneten. Die europäischen Länder haben diesbezüglich bereits mit ihrer Untersuchungen in diesem Bereich begonnen. In diesem Fall scheinen politische Entscheidungen und Maßnahmen der Regierung nicht überzeugend zu sein. Da das Gesetzbuch über Wahlen in Aserbaidschan nicht geändert wurde, die Leiter der Wahlkreise da sind, beschäftigt sich die politische Führung mit der Plünderung des Vermögens des Landes usw.
Wir halten es für eine Schande für Aserbaidschan, unbegründet die vorgezogenen Wahlen anzukündigen. Noch beschämender ist es, dass Dutzende von "Abgeordneten", die eingestehen, ihre Pflichten nicht erfüllt zu haben, wieder im Parlament vertreten sein werden. Wir halten dieses Parlament nicht für legitim. Denn dieses Parlament ist kein Ausdruck des Willens des Volkes. Das Parlament, das den Willen der politischen Regierung vertritt, kann keine wirksamen Entscheidungen für Staat und Volk treffen.
Wir, die Asylbewerber, glauben, dass das aserbaidschanische Volk das falsche Parlament nicht anerkennen wird. Wir akzeptieren keine durchgeführten Wahlen des gierigen Familienclans von Aliyev und haben kein Vertrauen dazu. Das Volk hat nur eine Forderung - die Regierung von Aliyev muss mit seinem gesamten Team zurücktreten. Wir, als Volk, werden erst dann die demokratischen Wahlen durchführen und unser Parlament zusammensetzen. Bis dahin werden wir unermüdlich daran arbeiten, das Regime zu entlarven.
Der gierig herrschende Familienclan von Aliyev muss in einer demokratischen Welt bekannt werden, und es muss von allen akzeptiert werden, dass dieses Regime eine Bedrohung für demokratische Werte, für das Prinzip der Wahl und der Auswahl darstellt.
Wir halten die Wahlen am 09. Februar 09 für Farce und erkennen die Legitimität des Parlaments nicht an!

11.02.2020
Berlin, Deutschland"

tərcüməsi: 

"

Azərbaycan Respublikasının Berlindəki Səfirliyi qarşısında Almaniyada yaşayan siyasi mühacirlərin (Natig Haziguliyev və Emin Gurbanov) 09.02.2020-ci il tarixdə keçirilən növbədənkənar Parlament seçkilərinə, etiraz olaraq təşkil etdikləri, aksiyanın QƏTNAMƏSİ

İki gün əvvəl, 09.02.2020-ci il tarixdə Aəzrbaycanda daha bir seçki şousunun şahidi olduq. Heç bir səbəb olmadan, zərurət yaranmadan növbədənkənar Parlament seçkiləri keçirildi. Bu seçki, Əliyev hakimiyyətinin islahat oyununun tərkib hissəsi idi. Rejim ömrünü uzatmq üçün bəzi kosmetik dəyişikliklərlə “islahat” apardığını, 27 ildə yürütdüyü siyasətin tam əksini edəcəyini göstərməyə çalışır. Lakin, xalq qəsbkar rejimin yanlış və xain siyasətindən bezib və heç nəyə inanmır. Ancaq bir halda islahat olduğunu qəbul edəcək – İlham Əliyev komandası ilə iqtidardan gedərsə. Vətəndaşın yaşayışı yaxşılaşmırsa, insanlar şəxsi həyatlarında müsbətə doğru dəyişiklik hiss etmirlərsə, hansı islahatdan danışmaq olar?!

 Düşünürük ki, 27 il ərzində Əliyev hakimiyyəti bacardığını, edə biləcəyini ortaya qoyub. Bu rejimin bacardığı xalqla düşmənlikdən başqa bir şey olmayıb. İndi nə dəyişdi, nədən və necə müsbət addımlar ata bilər, korrupsioner tayfa hakimiyyəti?!

Bu hakimiyyətin korrupsiya əməlləri sərhədləri aşıb, avropalı deputatlara qədər uzanıb. Artıq Avropa ölkələri bu istiqamətdə araşdırmalara başlayıblar. Belə halda hakimiyyətin heç bir siyasi qərarı və tədbiri inandırıcı görünmür. Çünki Azərbaycanda Seçki Məcəlləsi dəyişdirilməyib, Seçki Dairə rəhbərləri yerində, siyasi rəhbərlik ölkənin varidatını talamaqla məşğuldur və sair.

Heç bir səbəb olmadan növbədənkənar seçki elan etməyi Azərbaycan üçün biabırçılıq hesab edirik. Daha biabırçı hal isə odur ki, vəzifəsini yerinə yetirə bilmədiyini etiraf edən onlarla “deputat” yenidən Parlamentdə təmsil olunacaq. Biz bu parlamenti legitim hesab etmirik. Çünki bu Parlament xalqın iradəsinin ifadəsi deyil. Siyasi hakimiyyətin iradəsini təmsil edən Parlament dövlət və xalq üçün faydalı qərarlar qəbul edə bilməz.

Biz, mühacirlər düşünürük ki, Azərbaycan xalqı saxta parlamenti tanımır. Qəsbkar Əliyev tayfa hakimiyyətinin təşkil etdiyi heç bir seçkini qəbul etmir və etimad göstərmir. Xalqın yalnız bir tələbi var – Əliyev hakimiyyəti bütün komandası ilə getməlidir. Biz, xalq olaraq o zaman demokratik seçki keçirib, parlamentimizi təşkil edəcəyik. O günə qədər rejimin ifşası ilə yorulmadan məşğul olacağıq.

Qəsabkar Əliyev tayfa hakimiyyəti demokratik dünyada tanınmalı, bu rejimin demokratik dəyərlər üçün, seçmək və seçilmək prinsipi üçün təhlükəli olduğu hamı tərəfindən qəbul edilməlidir.

09 fevral seçkisini şou hesab edir, Parlamentin legitimliyini tanımırıq!

11.02.2020

Berlin, Almaniya"

Oxunuş sayı 1054 dəfə
Şərh vermək üçün giriş edin
Top