Cümə axşamı, 05 Mart 2020 18:21

Siyasi məhbus azadlığa çıxa bilər

Siyasi məhbus Axundzadə Məhəmmədəli azadlığa çıxa bilər. Bu barədə məhbusun yaxınlarından biri Xeberinfo.de-ə məlumat verib.
Onun sözlərinə görə, Məhəmməd Axundzadə ona verilən cəzanın üçdə ikisini çəkdiyi üçün Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Yaxın günlərdə məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, Axundzadə Məhəmmədəli 2015-ci il Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə (istifadə miqdarından artıq narkotik maddə daşıma) saxlanılıb, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin heç bir ittihamı qəbul etmir. Həbsinin siyasi sifariş olduğunu bildirir. Onun atası Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Rufulla Axundzadə də 2011-ci ilin yanvar ayında həbs olunaraq, 11 il 6 ay azadlıqdan məhrum edilib.

Oxunuş sayı 838 dəfə
Şərh vermək üçün giriş edin
Top