Çərşənbə axşamı, 21 Aprel 2020 22:56

Siyasi məhbusun səhhətində ağırlaşma var - SOS

İkinci qrup əlil, şəkərli diabet və ürək xəstəsi, siyasi məhbus Ruhullah Axundzadənin səhhəti ağırlaşıb. Bu barədə məhbusun ailəsindən Xeberinfo.de-ə məlumat verilib.

Məlumata görə, R.Axundzadə son günlər, xüsusən 65 yaşdan yuxarı olan məhkumların əfv olunmasından sonra ciddi sarsıntı keçirir. R.Axundzadənin 65 yaşı var və əfv olunması üçün bütün prosedur qaydalara əməl edilib, lakin son anda azad olunmayıb. Ona qarşı qərəzli münasibət ağır xəstəliklərdən əziyyət çəkən Axundzadənin vəziyyətini daha da pisləşdirib.

Siyasi məhbusun ailəsindən verilən məlumatda o da bildirilir ki, R.Axundzadənin oğlu Məhəmmədəli Axundzadə atasına qarşı çirkin münasibətə etiraz olaraq, yaxın günlərdə sərt çıxışlar etməyə hazırlaşır.

Qeyd edək ki, Məhəmmədəli Axundzadə də siyasi məhbusdur.

Oxunuş sayı 1086 dəfə
Şərh vermək üçün giriş edin
Top