Bazar ertəsi, 18 May 2020 23:47

Niyaməddin Əhmədova açılan cinayət işi saxtadır - BƏYANAT

“Kölgə” Yardım Birliyini AXCP üzvü Niyaməddin Əhmədovun saxta ittihamla həbsinə etiraz bəyanatı yayıb. Mayın 18-də verilən bəyanatda terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülən N.Əhmədovun həbsinin siyasi sifariş, həmçinin siyasi əxlaqa zidd olduğu vurğulanır və onun azadlığı tələb edilir.
Bəyanatda bildirilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, həmçinin partiya sədrinin mühafizəçisi Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 maddəsi ilə ittiham irəli sürülməsi dövlət başçısı İlham Əliyev tərəfindən verilən siyasi sifarişdir. “Terrorçuluğu maliyyələşdirmə” ittihamı və barəsində açılan cinayət işi qondarmadır. “Kölgə” Yardım Birliyi bəyan edir ki, Niyaməddin Əhmədova qarşı açılan cinayət işi hüququn tapdalanmasıdır. Birlik həmçinin son iki ayda AXCP üzvlərinə qarşı aparılan repressiyalara diqqət çəkərək, baş verənlərin insan hüquq və azadlıqlarına zidd olduğunu vurğulayıb. “Kölgə” Yardım Birliyi həbs edilən N.Əhmədovun və digər cəbhəçilərin, bütövlükdə siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

 
Oxunuş sayı 819 dəfə
Şərh vermək üçün giriş edin
Top