Çərşənbə, 01 İyul 2020 11:21

Siyasi məhbus müraciət yaydı: "Atamın həbsdən azad edilməsinə diqqət ayırın"

Siyasi məhbus Məhəmmədəli Axundzadə xəstə atası siyasi məhbus Rufullah Axundzadənin azad edilməsilə bağlı İlham Əliyevə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevaya müraciət edib. Bu barədə M.Axundzadənin həyat yoldaşı Xeberinfo.de-ə məlumat verib.
Müraciətdə deyilir:
"Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Pentinsinyar xidmətinin 6 sayli cəza çəkmə müəssisəsində saxlanılan Axundzadə Məhəmmədəli Rufullah oğlu tərəfindən müraciət:
Bağışlayan və Rəhm edən Mehriban Allahın adı ilə!
Yazaraq xatirladiramki ki, Atam Rufullah Höccətullah oğlu Axundzadə 2011-ci il şərlənərək böhtan dolu ittihamlarla 11 il 6 ay azadlıqdan məhrum edilib. Artıq 9 il 6 aydır ki, haqq etmədiyi cəzanı çəkir. Rufullah Axundzadə ürəyindəki qüsura görə hərbi xidmətdən vaxtindan əvvəl azad olunub. Bundan başqa əsəb xəstəsidir. 2013 -cü ildə həbsxanada miokart infarkt keçirib və bununla yanaşı son zamanlar ayaqlarında yaranmış problemlərdəndə əziyyət çəkməkdədir. Dövlətin məsul şəxsləri dəfələrlə atamla həbsxanada görüşüb, səhhətinin yaxşı olmadığını təsdiq ediblər. Lakin heç bir nəticə olmayıb.
Covid-19 bizi də təhdid edir, atama görə çox narahatıq. Danınmaz faktdir ki, yuxarıda sadaladığım xəstəlikləri və bununla yanaşı 65 yaşi olan bir şəxsin həyati daha çox təhlükədədir. Odur ki, sizi atamin həbsdən azad olunması ilə bağlı diqqət göstərməyə çağırıram.
Axundzadə Məhəmmədəli Rufullah oğlu".
 
Oxunuş sayı 1677 dəfə
Şərh vermək üçün giriş edin
Top