Bazar, 26 İyul 2020 10:56

Cəmiyyət rejimin AXCP-ə qarşı hücumuna etiraz etməlidir - BƏYANAT

Almaniya mühacirlər tərəfindən yaradılmış "Kölgə" yardım Birliyi AXCP üzvlərinin həbs edilməsi və işgəncələrə məruz qalması ilə bağlı etiraz bəyanatı yayıb.

Xeberinfo.de bəyanatı təqdim edir:

"Azərbaycanda Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin həbs edilməsi, işgəncələrə məruz qalması ilə bağlı “Kölgə“ Yardım Birliyinin etiraz BƏYANATI

“Kölgə“ Yardım Birliyi İlham Əliyevin AXCP haqqında qərəzli və nifrətdolu çıxışından sonra AXCP üzclərinin kütləvi həbsini kəskin qınayır və dərhal hamısının azad edilməsini tələb edir.

“Kölgə“ YB hesab edir ki, Fuad Qəhrəmanlı, Asif Yusifli və AXCP-in digər üzvlərinin həbsi siyasi sifarişdir, bu şəxslər heç bir cinayət törətməyiblər. Daim Əliyev tayfa rejiminə qarşı mübarizə aparıblar və ölkədəki problemlərin məhz İlham Əliyev tərəfindən yaradıldığını açıq şəkildə demişlər, onun yarıtmaz və xain siyasətini ifşa etmişlər.

“Kölgə“ YB düşünür ki, hakimiyyət iyul ayının 14-ü axşam saatlarında Bakıda keçirilən “Orduya dəstək“ yürüşündən sui-istifadə edib. Cəsur və fədakar gəcnlərin Qarabağa sevgisini müşahidə edən qəsbkar və satqın rejim xalqın İlham Əliyevin ətrafında olduğunu iddia etməklə yanaşı, müxalif düşərgəni də zəiflətmək istəyir. Həmin yürüşə ancaq orduya dəstək məqsədilə çıxan Asif Yusiflini və yürüşə qatılmayan digər fəalları həbs edib.

Biz birmənalı şəkildə bir neçə təxribatçının Milli Məclisə girməsini İlham Əliyevin növbəti fitnəsi hesab edirik, həmin təxribatda iştirak etməyənlərin həbs edilməsini rejimin müxalifətə qarşı ədalətsiz və xain planı kimi qiymətləndiririk. 

“Kölgə“ YB bu həsbləri ölkədəki ədalətsizliyin nümunəsi kimi dəyərləndirir. Hakimiyyət rəqiblərini ən əxlaqsız üsullarla zəiflətməyə çalışır. Biz bu həbslərə siradan bir siyasi proses kimi deyil, dövlətin və cəmiyyətin əsas sütunu olan ədaləti sarsıtmaq kimi baxırıq. Məhz buna görə də bütün aydınları ədalətsizliyə etiraz etməyə çağırırıq. Bir ölkədə gübahsız insanlar həbs olunurlarsa, ədalətsizlik atəşi bütün ölkəni kül edər.

“Orduya dəstək“ yürüşündə iştirak edənlər həbs edilirsə, ən ağır işgəncələrə məruz qalırlarsa, Qarabağ qaziləri həbsxana köşələrində çürüdülürlərsə İlham Əliyevin komandanlığı ilə Qarabağ problemi heç zaman həll olunmayacaq. Bu qəsbkar və quldur rejim yalnız Qarabağı Azərbaycandan qoparmağa çalışır. Ona görə də bütün fəaliyyəti dövlətimizi təslimçi vəziyyətə salmaqdan ibarətdir.

“Kölgə“ YB hakimiyyətin AXCP-ə hücumlarını terror hesab edir və bütün cəmiyyəti Əliyev rejiminin terroruna qarşı birləşməyə səsləyir.

26.07.2020

“Kölgə“ YB

Almaniya"

Oxunuş sayı 1476 dəfə
Şərh vermək üçün giriş edin
Top