Çərşənbə axşamı, 29 İyun 2021 01:59

Əliyevlər alman deputatları necə ələ ala bilib? - VİDEO

Yafəs Həsənov: "Biz Azərbaycanı Almaniya kimi demokratik bir ölkəyə çevirmək istəyirdik. Təəssüf ki, Azərbaycan hakimiyyəti Almaniyanı, alman siyasətçiləri Azərbaycan kimi korrupsioner eləməyi bacardı"

Almaniyanın “Birinci kanalı” Azərbaycan haqqında verliş yayımlayıb. XeberinfoTV-nin verdiyi məlumata görə, Veriliş alman deputatların Azərbaycan hakimiyyəti tərəfindən pulla ələ alınmasından bəhs edir. Verilişdə həmçinin Azərbaycanda müstəqil mətbuata və aktivistlərə qarşı təzyiqlərdən söhbət açılır. 28 dəqiqəlik verlişdə Almaniyada siyasi mühacir həyatı yaşayan jurnalist Yafəs Həsənov Azərbaycanda mətbuat və söz azadlığının pozulmasından söz açıb, hökumətin vətəndaşlara basqısından danışıb. O, Alman deputatların Azərbaycan hakimiyyətindən rüşvət almalarını pisləyib: "Biz Azərbaycanı Almaniya kimi demokratik bir ölkəyə çevirmək istəyirdik. Təəssüf ki, Azərbaycan hakimiyyəti Almaniyanı, alman siyasətçiləri Azərbaycan kimi korrupsioner eləməyi bacardı", deyib.

Oxunuş sayı 778 dəfə
Şərh vermək üçün giriş edin
Top