Aprelin 22-nə keçən gecə Bakıda restoranlardan birində baş vermiş silahlı qarşıdurma zamanı 2 nəfər xəsarət alıb
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 21.00 radələrində Badamdar qəsəbəsində yerləşən "Bulaq" kafesində müştərilər arasında dava düşüb.
Dava zamanı odlu silahdan atəş açılıb və iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıb.
Bildirilir ki, hadisənin iştirakçılarından 4 nəfər artıq həbs olunub. Hazırda Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.