Rusiya ABŞ-ın Suriya aviabazasına hücumundan sonra “ABŞ-la Suriyada insidentlərdən qaçmaq haqqında” memorandumun fəaliyyətini dayandırıb.
Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik ABŞ-ın bugünkü addımının Rusiya-Amerika münasibətlərini daha çox dağıtdığını bildirib.
Qeyd edək ki, tərəflər arasında memorandum 2015-ci ilin oktyabrında imzalanıb.