Bazar, 10 Dekabr 2017 21:00

Ruhani Səudiyyəyə iki şərt qoydu

İran İslam Resublikasının prezidenti Həsən Ruhani bu gün ölkə parlamentində çıxış etdiyi zaman Səudiyyə Ərəbistanı ilə olan münasibələrinin bərpa edilməsi üçün iki şərtin yerinə yetirilməli olduğunu bildirib.

"Bizim qonşumuz olan Ərəbistanla bir problemimiz yoxdur, amma aramızdakı münasibətlərin yaxşılaşması üçün bu ölkədən yalnız iki təşəbbüs göstərməsini istəyirik. Biz, Ərəbistandan Sionist Rejim ilə əlaqələrini təxirə salmasını və illər ərzində Yəmənə qarşı apardığı qeyri-insani hava hücumlarını dayandırmasını istəyirik. Səudiyyə Ərəbistanı bu iki işi gördüyü zaman onlarla yaxşı münasibətlərimizi başlada bilərik. Ərəbistanın müstəqil olmasını, region məsələlərini düşünməsini və belə davranmasınn lazımlığını deyirik. Onlar bu iki işi gördükləri zaman yaxşı münasibətlərə malik olmağı başlada bilərin, ancaq bunu başladan tərəf Səudiyyə Ərəbistanı olmalıdır", - deyə Ruhani bəyan edib.

Oxunuş sayı 1431 dəfə
Şərh vermək üçün giriş edin
Top