Bazar, 10 Dekabr 2017 21:00

“Qüds problemi Qarabağ probemini gündəmdən çıxarmayacaq”

Sərdar Cəlaloğlu: “Qüdsün paytaxt elan edilməsi Türkiyəni seçdiyi inkişaf yolundan saxlamağa xidmət edir”

ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanıması Yaxın Şərqdə vəziyyəti gərginləşdirib və yeni toqquşmalara səbəb olub. Maraqlıdır, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi Qarabağ problemini ən azından yaxın gələəck üçün dünya gündəmindən çıxarda, arxa plana keçirə bilərmi?

ADP sədri Sərdar Cəlaloğlu bu qənaəti bölüşmədiyini vuğuladı:“Qüds məsələsi Fələstin-İsrail məsələsi deyil. Bu, müsəlman-ABŞ məsələsidir. Çünki Qüds yalnız fələstinlilərin deyil, bütün müsəlman xalqlarının üç müqəddəs şəhərindən biridir. Ona görə də biz bu məsələyə Fələstin-İsrail konteksindən yox, islam dünyası ilə Amerikanın konteksindən yanaşmalıyıq.

Bu məsələnin Qarabağ problemini dünya gündəmindən çıxarda biləcəyinə gəlincə, bu iki məsələ arasında əlaqə yoxdur. Düzdür, Qarabağ problemi də analoji olaraq türk dünyasına qarşı rusların hazırladığı bir proyektdir. İsrail proyekti isə qərblilərin yaratdığı bir proyektdir və zaman-zaman bundan istifadə edib Türkiyəyə qarşı müəyyən addımlar atırlar. Indiki halda da Qüdsün paytaxt elan edilməsi Türkiyəni müəyyən oyunlara çəkməyə, onu seçdiyi inkişaf yolundan saxlamağa xidmət edir. Qarabağ problemi isə Rusiyanın maraqları dairəsində olan bir məsələdir. Bu iki məsələ arasında bir əlaqə yoxdur. 40 ildir ki, Qüds məsələsi var. Fələstin problemi var. Bu problemdən sonra Qarabağ və digər regional problemlər meydana çıxıb. Bir sözlə, düşünmürəm ki, Qüds problemi Qarabağ probemini arxa plana çəkəcək”.

Oxunuş sayı 1349 dəfə
Şərh vermək üçün giriş edin
Top