Çərşənbə axşamı, 30 Yanvar 2018 21:00

İsrail əsgərləri fələstinli gənci öldürüblər

Bu barədə "İhlas" agentliyi xəbər verib.

Məlumata görə, hadisə Ramallah şəhərinin şimal-şərqində, Müğir adlı ərazidə qeydə alınıb. Fələstinin Səhiyyə Nazirliyinə istinadən yayılan xəbərdə bildirilir ki, hərbçilər 16 yaşlı Leys Heysem Əbu Naimə atəş açıblar. Nəticədə o, aldığı xəsarətdən ölüb. 

Oxunuş sayı 1708 dəfə
Şərh vermək üçün giriş edin
Top