Bazar ertəsi, 14 May 2018 22:00

Netenyahu: "Eurovision-2019" Qüdsdə keçiriləcək

Bu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision-2018" mahnı müsabiqəsində birinci yeri tutan israilli müğənni Netta Barazilanın "Toy" ("Oyuncaq") mahnısı əslində feminizimi təbliğ etdiyi üçün birmənalı qarşılanmadı. Üstəlik, mahnını dəcəl qız qiyafəsində və obrazında ifa edən Netta əslində maskalanaraq feminist çağırışlar etməsi ona qarşı sevgi deyil, qıcıq yaratdı. lakin bütün bunlara baxmayaraq bu cığıltılı və bəyənilməyən mahnı yarışmada birinciliyi əldə edə bildi. 

Əslində siyasi məqsədlər üzərində qurulmuş və siyasi məqsdələr üçün istifadə edilən "Eurovision" mahnı müsabiqəsi hər zaman olduğu kimi bu il də qalibin səsvermə ilə seçildiyini söyləsə də bu seçkilərin saxtakarlığı artıq bütün dünyaya bəllidir. Hər zaman Qərb dünyasının siyasi maraqlarına xidmət edən"Eurovision" mahnı müsabiqəsi bu dəfə məqsədli şəkildə İsrail təmsilçisini birinci yerə çıxartdı. Niyyət bəlliydi. Hazırda Fələstin torpaqlarında gedən müharibə ocaqlarına od tökmək, islam aləminin qırmızı xətti olan Qüds kimi müqəddəs yerdə eynicinsliliyi təbliğ edən yarışmanı keçirməklə müsəlmanların yarasının qaysağını qopartmaq niyyətiydi bu. 

Vetenugrunda.az-ın İsrailin "haaretz.com" saytına istinadən verdiyi xəbərə görə,  "Eurovision-2019" mahnı müsabiqəsi Qüdsdə keçiriləcək. 

"Netta, sən İsrailə böyük şöhrət gətirdin. Gələn il Qüdsdəyik!" deyən İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision" mahnı müsabiqəsinin gələn il Qüdsdə keçiriləcəyinə vəd verib. Bu barədə o, "Twitter"də yazıb.

Oxunuş sayı 2102 dəfə
Şərh vermək üçün giriş edin
Top