Cümə, 22 İyun 2018 22:00

İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaraladı

İsrail ordusunun hərbçiləri Qəzza zolağında fələstinlilərin “Böyük qayıdış yürüşü” aksiyasını işıqlandıran “Anadolu” informasiya agentliyinin foto-müxbiri Əli Cadallahı yaralayıb.

Çəkiliş vaxtı zirehli gödəkçədə olmuş jurnalist sol əlindən güllə yarası alıb.

Müxbirinin “Şəfa” xəstəxanasına yerləşdirildiyi bildirilir.

Oxunuş sayı 1860 dəfə
Şərh vermək üçün giriş edin
Top