Çərşənbə, 23 Yanvar 2019 19:26

Dini lider İŞİD cinayətlərinin sənədləşdirilməsini tələb edib

Xeberinfo.de Rusiyanın ərəb dilli "Əl-Yovm" telekanalına istinadən xəbər verir ki, İraqın dini lideri Ayətullah Seyid Əli Sistani BMT-nin istintaq qrupunun İraqdakı İŞİD cinayətlərinin istintaq müdiri Kərim Əsəd Əhməd Xanı və istintaq qrupunun üzvü Nikol əl-Xurini qəbul edib. Görüşdə İŞİD-in İraqda törətdiyi cinayətlərə toxunan Ayətullah Sistani bu cinayətlərin sənədləşdirilməsinə təkid edib. Ayətullah Sistani eynilə nasistlərin II Dünya mühharibəsi zamanı törətdiyi vəhşiliklərin sənədləşdirildiyi kimi İŞİD-in də törətdiyi cinayətlərin sənədləşdirilməsinə lüzum olduğunu bildirib. O, həmçinin bəşəriyyətə qarşı törədilən bu cinayətlərin müqəssirlərin cəzalandırılmasının ən əsas vəzifə olduğunu diqqətə çatdırıb. Sincarda yezdilərə, Mosulda xristianlara və Təlafərdə türkmən şiələrə qarşı törədilən cinayətləriə və həmçinin qadınlara qarşı təcavüzlərə və qul kimi satılma cinayətlərinə daha çox diqqət ayrılması istəyində bulunan Ayətullah Sistani hal şahidlərinin İŞİD təhlükəsindən amanda saxlanılmasını zəruri olduğunu bildirib. Ayətullah Sistani məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının və xarab olmuş şəhər və qəsəbələrin bərpasının İraq dövlətinin vəzifəsi olduğunu bildirərək beynəlxalq ictimaiyyətdən bu işdə İraq dövlətinə yardımçı olmalarını istəyib.

Oxunuş sayı 1454 dəfə
Şərh vermək üçün giriş edin
Top